Icma.az
close
up
RU
Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Berlin, 17 may, AZƏRTAC

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2024/2025-ci il mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu tur çempionluğu əvvəlki turlarda təmin edən “Bavariya” və ikinci olan “Bayer Leverkuzen” üçün formal xarakter daşıyıb. Buna baxmayaraq, münxenlilər “Hoffenhaym”ı darmadağın ediblər – 4:0. “Bayer Leverkuzen” isə səfərdə “Maynts” ilə heç-heçə edib – 2:2.

Bu tur “Borussiya Dortmund” üçün xüsusilə vacib olub. Belə ki, dortmundlular UEFA Çempionlar Liqasına vəsiqəni təmin etmək üçün “Holstayn Kiel”ə qalib gəlməli, “Frayburq” isə üçüncü pillədə qərarlaşan “Ayntraxt Frankfurt” ilə görüşdə xal itirməli idi. “Frayburq”un öz meydanında 1:3 hesabı ilə uduzması “Holştayn Kiel” üzərində 3:0 hesablı qələbə qazanan dortmundluların sevincini ikiqat artırıb.

Sonuncu turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Leyptsiq” – “Ştutqart” – 2:3;

“Haydenhaym” – “Verder Bremen” – 1:4;

“Auqsburq” – “Union Berlin” – 1:2;

“Borussiya Mönxenqladbax” – “Volfsburq” – 0:1;

“St. Pauli” – “Boxum” – 0:2.

Beləliklə, “Bavariya” 82 xalla 34-cü dəfə Almaniya çempionu adını qazanıb. Komandanın təcrübəli futbolçusu Tomas Müller bu çempionluqla yeni rekorda imza atıb. O, Almaniya tarixində hamıdan çox – 13-cü dəfə Bundesliqanın qalibi adını qazanıb. Klubun ingiltərəli legioneri Harri Keyn 25 qolla çempionatın bombardiri olub.

Ötənilki çempion “Bayer Leverkuzen” 68 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 60 xalla “Ayntraxt Frankfurt” tamamlayıb.

Çempionatın ilk yarısında zəif çıxış edən, lakin bu ilin yanvarında yeni baş məşqçi Niko Kovaçın rəhbərliyi altında parlaq nəticələr göstərən “Borussiya Dortmund” sonuncu turda qələbə sayəsində dördüncü pilləyə yüksəlib. Komandanın aktivində 57 xal var. Ondan iki xal az toplayan “Frayburq” beşinci sırada yer alıb.

“Maynts” 52 xalla 6-cı, eyni – 51 xal toplayan “Leyptsiq” 7-ci, “Verder Bremen” 8-ci pillələrdə qərarlaşıb. Doqquzuncu sırada yer alan “Ştutqart”ın aktivində 50 xal var. Son yeddi oyunda aktivinə cəmi 2 xal yazdıran “Borussiya Mönxenqladbax” çempionatı 45 xalla 10-cu sırada tamamlayıb.

“Volfsburq” (43), “Auqsburq” (43), “Union Berlin” (40), “St. Pauli” (32) və “Hoffenhaym” (32) müvafiq olaraq 11-15-ci pillələrdə yer alıb.

Çempionatda 16-cı pillədə qərarlaşan “Haydenhaym” (29) Bundesliqada qalmaq üçün mübarizəni davam etdirəcək. “Holstayn Kiel” (25) və “Boxum” (25) isə Bundesliqa ilə vidalaşıb.

Yeni mövsüm üçün Bundesliqaya vəsiqəni “Hamburq”və “Köln” komandaları artıq təmin ediblər. Üçüncü vəsiqə uğrunda isə “Haydenhaym” öz rəqibini gözləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see337

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see211

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see190

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see183

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see171

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see159

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri