Icma.az
close
up
RU
Bundesliqada oynayan ilk azərbaycanlı kimi tarixə düşmək istəyərdim Qarabağ dan ayrılaraq Almaniya klubuna keçən İsgəndərov

Bundesliqada oynayan ilk azərbaycanlı kimi tarixə düşmək istəyərdim Qarabağ dan ayrılaraq Almaniya klubuna keçən İsgəndərov

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanlı futbolçuların xaricə yollanmağa, legioner həyatı yaşamağa üz tutmağa üsünlük vermədiyi vaxtda “Qarabağ”ın U-19 komandasının üzvü Nihad İsgəndərov Almaniyada oynamaq qərarına gəlib. Belə ki, Ağdam klubunun heyətində müxtəlif turnirlərdə xarici skautların diqqətini çəkmiş gənc futbolçu Almaniyanın “Blumenthaler” klubunda oynayacaq. İsgəndərovun artıq vizası alınıb və o, yaxın günlərdə bu ölkəyə yollanaraq həmin komandanın məşqlərinə qoşulacaq. Almaniyada universitetndə təhsil alacaq Nihad Sportal.az saytına müsahibə verib. Vinger kimi çıxış etməyi bacaran futbolçu qarşısına qoyduğu məqsədlərdən də bəhs edib.

- Futbola gəlişin necə alınıb? Neçə il idi ki, “Qarabağ”da oynayırdın?

Mən şahmatla da məşğulam. Müəyyən yerlər də tutmuşam. Futbola gəlişi isə “Mançester Yunayted” akademiyası ilə bağlıdır. O vaxtı Bakıda “Mançester Yunayted” futbol akademiyası var idi. Futbola gəlişim də ordan başlayıb, futbol sirlərini də həmin akademiyada öyrənmişdim. Daha sonra EFA klubuna keçdim. Orada 2-3 il oynadıqdan sonra “Qarabağ”ın düşərgəsinə qoşuldum. Əslində, baxışda oldum. Məni bəyəndilər və ikinci məşqdən sonra müqavilə imzaladıq. 8 il idi ki, “Qarabağ”ın formasını geyinirdim.

- Artıq Almaniyaya gedişin dəqiqləşib, sənin üçün viza da alınıb. Bu variant nə vaxt ortaya çıxdı?

Almaniya futbolu ilə tanışlığım “Hannover-96”dan başlayıb. Ötən il bu klubda baxışda olmuşdum. Orada 1 həftəlik toplanışda məni bəyənmişdilər. Məni bir mövsüm sonra görmək istəyirdilər. Almaniyada yaşamaq, futbolla məşğuliyyətimi davam etdirməyim üçün universitetlərdən birinə daxil olmalıydım. İngilis dilindən imtahan verdim və Konstruktor universitetinə daxil oldum. Həmin universitet də Bremen şəhərində yerləşir. İndi də Almaniyaya yollanacam.

- Adətən azərbaycanlı futbolçuların legioner həyatının uğurlu alınmamasının səbəblərindən biri dil baryeri olur. Yəqin ki, səndə bu cür problem yaşanmaz. Çünki özün qeyd etdin ki, ingilis dilindən imtahan verərək universitetə daxil olmusan..

Dil problemim yoxdur. 7-8 yaşım olandan fərdi olaraq ingilis dili hazırlıqlarına getmişəm. İngilis dili səviyyəm yaxşıdır, rahat şəkildə danışa və başa düşə bilirəm. Alman dili isə məndə yoxdur. Amma yaxşı ki, universitetə daxil olmuşam, orada həm də ingilis, həm də alman dilində oxuyacam. Bu dili də orada öyrənəcəm.

- Almaniyada yəqin ki, tək yaşayacaqsan. Bu məqam sənin üçün problem yaratmayacaqki? Özünü psixoloji sarıdan da hazır hesab edirsən?

Burada heç bir problem görmürəm. Çünki “Qarabağ”la, həm də yığma komandamızla nə qədər toplanışlara getmişəm. Artıq ailədən, dostlardan uzaq qalmağa öyrəşmişəm. Bunu böyük problem kimi görmürəm. Ailə üzvlərim də tez-tez yanıma gəlib-gedə bilərlər. Burada əsas məsələ təbii ki, karyeramdır, işimə, məşqimə fokuslanmağımdır. Darıxmaq, sıxılmaq, bu tip məsələlər işimə təsir etməyəcək. İndiki zamanda da görüntülü zənglər var, tez-tez danışmaq olar ki, bu da darıxmağa imkan verməyəcək. Universitetin kampusunda qalacam. Məşq meydançalarımız da çox yaxındır. Ona görə də, yol barəsində çox da əziyyət çəkməyəcəm.


- İndi yollanacağın komandanın adı bəllidir. Bəs, 2-3 ildən sonra özünü hansı klubda təsəvvür edirsən? Bundesliqada sırf formasını geyinmək istədiyin komanda var?

Xəyalım və oynamaq istədiyim klub “Real”dır. PSJ-nin də adını çəkə bilərəm. Həmişə xəyalım olub ki, bu iki komandanın ya akademiyasında, ya da əsas heyətində oynayım. Hər halda, hazırda bütün fikrim “Blumenthaler”in oyunlarına yönələcək.

- Son vaxtlarda deyəsən yığma komandaya dəvət edilmirdin. Bunu nə ilə əlaqələndirirsən?

Yalan danışmaq lazım deyil, vaxt olub ki, komandamda ehtiyatda da qalmışam, performansım düşüb. Futbolçu həmişə stabil olmalıdır, razıyam. Amma vaxt olur ki, performans düşür, həmin oyununu oynaya bilmirsən, özüvəgüvənin olmur, oyunun alınmır. Ehtiyatda oturduğum vaxtlar da olub. Amma çalışmışam ki, ruhdan düşməyim və öz əziyyətimlə yenidən əsas heyətə düşüm.

- Almaniyaya gedişin U-19 yığmasına düşməyinə səbəb ola bilər?

Əlbəttə ki, ola bilər. Elə ötən il “Hannover-96”ya baxışa gedəndə, orada bir həftə məşq etdim. Bura qayıtdıqdan sonra başqa fiziki durumdaydım, oyunum başqa cür idi.


- “Qarabağ”ın U-19 komandası Gənclər Liqasında oynayacaq. Sən bu şansı əldən buraxmış kimi düşünmürsən? Hər halda, bu komandanın heyətində oynaya bilərdin. ÇL-də 6 oyun oynamaq yox, legioner həyatı yaşamağı seçmiş oldun...

Bəli, Çempionlar Liqası yaxşıdır, uşaqlar orada böyük təcrübə görəcək. Onlara, komandaya böyük uğurlar arzulayıram. Almaniyaya getməsəydim, qalsaydım, yəqin ki, mən də ÇL oyunlarını oynayardım. Sadəcə öz beynimdə qətiləşdirmişəm ki, Çempionlar Liqasında 3-4 oyun oynamaqdansa, Avropaya gedib karyeramı orada qurum, yaxşılaşdırım. Biri var ÇL-də 3-4 oynayırsan, biri də var Avropada həmişəlik oynayırsan. Fərq çoxdur. 

- Komandanı yaxşı tanıyırsan. Səncə, “Qarabağ”ın U-19 komandası ÇL-də layiqli şəkildə mübarizə aparıb, rəqabət göstərə biləcək?

Bəli, inanıram. Bu komandaya çox inanıram. “Qarabağ”dan ayrılsam da, onlarla əlaqə saxlayacam. Onlara hər zaman uğurlar arzulayıram. Ürəyim hər zaman “Qarabağ”ladır, uşaqlarla bir yerdədir. Bütün məşqçilərimə, Rəşad Sadiqova, Aftandil Hacıyevə, komanda yoldaşlarıma təşəkkür edirəm. Bu kluba daim uğurlar arzulayıram. Ümidvaram ki, hər şey çox yaxşı alınacaq. Mən 5-6 dəfə “Qarabağ”ın əsas komandasına zaman-zaman da cəlb edilmişəm.

- Qarşıdakı 2-3 il yəqin ki, sənin karyeran üçün çox önəmlidir. 2-3 il ərzində Bundesliqaya qədər yüksəlməliyəm kimi, qarşına hədəf qoymusan?

Almaniyada gənc yaşda Bundesliqaya yüksəlmək şansım daha çoxdur. Oradakı şərait, futbola fokuslanmaq daha yaxşı durumdadır. Almaniyada akademiya uşaqlarına çox şans verirlər. Özümü qarşıdakı illərdə Bundesliqada təsəvvür edirəm. 

- Yeni komandanla neçə illik müqavilə imzalayacaqsan?

Akademiya ilə danışmışıq, 1 illik müqavilə imzalayacağıq. Bura bizim üçün tramplindir. Burada qalmaq istəmirik. Ya “Hamburq”, “Hannover-96”, ya da “Verder”(Bremen) klubuna keçmək istəyirik. Gedişata uyğun hərəkət edəcəyik. Hər halda, indiki məqamda mən bu klubda oynayacam.

- Belə çıxır ki, “Hannover-96”nın məşqləri, skautları da səni izləyəcəklər...

Bəli. Bu klubda oynadıqdan sonra “Hannover-96” və ya Almaniyanın başqa klubu da mənə təklif göndərə bilər. Bütün skautlar oynayacağım liqanı izləyirlər. Ona görə də yüksək liqaya kimi yüksəlmək üçün şans var.

- Almaniya Bundesliqasında oynamış azərbaycanlı hələ ki olmayıb. Bu mənada, tarixə imza ata biləcəksən?

Əlbəttə. Mən özüm də 1-ci Bundesliqada oynayan ilk azərbaycanlı kimi tarixə düşmək istəyirəm. Azərbaycan futbolundan çıxaraq Bundesliqada oynamaq çox yaxşı olardı. Bütün ailəmin mənimlə fəxr etməsini istəyirəm.

- Futbolçu kimi idealın kimdir?

Ən çox bəyəndiyim futbolçu Neymardır. Onun texnikasını və onun oyununa bənzər oyun göstərməyi həmişə istəmişəm. Neymara kumir kimi baxıram. 10 nömrə mövqeyində oynayıram, sol cinahda da vinger kimi oynamağı bacarıram. 

- Almaniyada Rüfət Dadaşov, Mahir Emreli hazırda karyerasını davam etdirir. Onlarla necə, kontakta keçmək fikrin var? Ən azından sənə dəstək olmaları üçün əlaqə saxlayarlar?

Bəlkə də. Mən U-19 liqasında oynayacam. Onlar isə artıq az-çox hədəflərinə çatıblar və yüksək liqalarda oynayırlar. Təbii ki, xaricdə doğma vətənimin futbolçuları ilə əlaqə saxlamaq, kontaktda olmaq yaxşı olardı. Hər halda, xeyirlisi olsun.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sportal.az
archiveBu xəbər 14 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see362

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see142

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see142

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri