Icma.az
close
up
RU
Bundesliqanın 32 ci turu: “Bavariya” xal itirib, “Borussiya Dortmund” böyükhesablı qələbə qazanıb

Bundesliqanın 32 ci turu: “Bavariya” xal itirib, “Borussiya Dortmund” böyükhesablı qələbə qazanıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 may, AZƏRTAC

Bundesliqanın 32-ci turunda Münxenin “Bavariya” klubu “Leyptsiq”in qonağı olub.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib – 3:3. Ev sahibləri 11-ci dəqiqədə Benyamin Sesko və 39-cu dəqiqədə Lukas Klostermanın qolları ilə hesabda irəli çıxıblar. Lakin “Bavariya” ikinci hissədə Erik Dayer (62), Maykl Olise (63) və Leroy Sanenin (84) sayəsində oyunda dönüş yarada bilib. Buna baxmayaraq, “Leyptsiq” əsas vaxta əlavə edilmiş hissədə (90+5) Yussuf Poulsenin qolu ilə məğlubiyyətdən xilas olmağı bacarıb.

Bu turda “Borussiya Mönxenqladbax” – “Hoffenhaym” oyununda da çoxqollu nəticə qeydə alınıb. Görüş 4:4 hesabı ilə başa çatıb. “Union Berlin” öz meydanında “Verder Bremen” ilə “sülh bağlayıb”– 2:2. Bununla da paytaxt təmsilçisi ardıcıl dördüncü oyunda da 1 xalla kifayətlənməli olub. “St. Pauli” ev oyununda “Ştutqart”a minimal hesabla uduzub. Son beş görüşün birini heç-heçə, dördünü isə qələbə ilə başa vuran “Borussiya Dortmund” bu turda da üç xala sevinib. Komanda “Volfsburq”u məğlubiyyətə uğradıb - 4:0.

Tura mayın 4-də keçiriləcək “Auqsburq” – “Holstayn Kiel”, “Frayburq” – Bayer Leverkuzen” və “Maynts” – “Aytraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, Bundesliqanın 32-ci turunun açılış matçı – “Haydenhaym” - “Boxum” görüşü qolsuz heç-heçə başa çatıb.

Çempionatın başa çatmasına iki tur qalmış hesabında 76 xalI olan “Bavariya” çempionluğu artıq təmin edib. Belə ki, onun ən yaxın izləyicisi “Bayer Leverkuzen”in aktivində 67 xal var. Leverkuzen təmsilçisi 32-ci tur çərçivəsində sabah “Frayburq”a qalib gələcəyi təqdirdə xal fərqi 6-ya ensə də, “Bavariya” ilə top nisbəti 30 qola yaxın olur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri