Icma.az
close
up
RU
Bundestaq: Hazırda Almaniyanın Fələstini tanımasından söhbət gedə bilməz

Bundestaq: Hazırda Almaniyanın Fələstini tanımasından söhbət gedə bilməz

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Almaniyanın Fələstinin dövlətçiliyini tanımasından hazırda söhbət gedə bilməz.

Bizimyol.info xəbər verir ki, bunu Bundestaqın (Almaniya parlamenti) Müdafiə Komitəsinin sədri Tomas Rövekamp bildirib və belə bir addımın “sülh prosesinin nəticəsi olmalıdır, bunun üçün ilkin şərt” olmadığını vurğulayıb.

"İnanıram ki, bundan söhbət gedə bilməz. Yeri gəlmişkən, təkcə bu hökumətdə deyil, əvvəlki hökumətdə də biz həmişə belə bir fikirdə olmuşuq ki, Fələstin Dövlətinin tanınması sülh prosesinin nəticəsi olmalıdır, bunun üçün ilkin şərt deyil. Və bu baxımdan heç nə dəyişməyib”, - Rövekamp ARD telekanalının bununla bağlı sualını cavablandırarkən deyib.

O, Almaniya hökumətinin İsrailə silah tədarükü üçün icazələrin verilməsini dayandırmaq qərarını şərh edərək, bunun hər üç koalisiya - Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyası tərəfindən dəstəkləndiyini qeyd edib. "Almaniya hökuməti bu qərarı birgə qəbul edib və o, həm də birgə həyata keçiriləcək", - Bundestaq komitəsinin rəhbəri vurğulayıb. Eyni zamanda o, belə bir qərarın tənqid edilməsini normal adlandırıb.

Bununla yanaşı, Rövekamp hesab edir ki, İsrail hökumətinin terrorla mübarizə ilə yanaşı, Qəzza zolağında ayrı-ayrı şəhərlərin ələ keçirilməsi məsələsini də gündəmə gətirməsi Almaniyanın “silah təchizatı ilə dəstəkləməyəcəyi” “yeni keyfiyyətdir”. Onun sözlərinə görə, silah ixracına qadağanın tətbiqi dərhal qüvvəyə minən və “sonrakı xəbərdarlığa qədər qüvvədə qalacaq və buna görə də yaxın günlərdə və həftələrdə İsraildə vəziyyətin necə inkişaf edəcəyindən asılı” qərardır. "Bu, əvvəlki ənənədən ayrılma deyil və bizim İsraillə qeyd-şərtsiz həmrəyliyimizi məhdudlaşdırmır", - deyə Rövekamp bildirib.

Öz növbəsində Sol Partiya Almaniyanın bəzi silah növlərinin İsrailə ixracına qadağa qoymasını alqışlayıb. Eyni zamanda, sol təmayüllü xarici siyasət eksperti Lea Reysner Almaniya hökumətini Aİ ilə assosiasiya sazişinin dayandırılması və Fələstinin tanınması da daxil olmaqla əlavə addımlar atmağa çağırıb. Yaşıllar Partiyasının lideri Franziska Brantner də əlavə tədbirlər görməyə çağırıb.

İyulun 29-da Böyük Britaniyanın baş naziri Keir Starmerin ofisi bəyanat yayaraq bildirib ki, əgər İsrail Qəzza zolağına humanitar yüklərin çatdırılmasına mane olmağa davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, London BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətini tanıyacaq. İyulun 24-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri