Bundesver Almaniyanı Rusiyaya qarşı müdafiəyə hazırlamaq istəyir
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Rusiya silahlarını əhəmiyyətli dərəcədə artırır və NATO ölkələrinə hücum edə bilər. Bunun fonunda Almaniya öz müdafiəsini gücləndirməlidir.
Bu barədə Bundesverin baş müfəttişi Karsten Breuer DW-yə müsahibəsində bildirib.
O qeyd edib ki, hücumun qarşısını almağın ən yaxşı yolu müdafiəyə hazır olmaqdır. Belə bir hazırlıq təkcə şəxsi heyətin silahlanmasında və gücləndirilməsində deyil, həm də əhalinin və silahlı qüvvələrin mentalitetində, dözümlülüyündə özünü göstərir.
Breuer əlavə edib ki, Almaniyanın böyümə potensialı olmalıdır.
"Yəni, biz silahlı qüvvələrimizin sayını artırmalıyıq. Hesablamalarımız göstərir ki, biz həm ehtiyatda olanlar, həm də fəal hərbi personal daxil olmaqla onların sayını 460 min əsgərə çatmalıyıq - ", - Bundesverin baş müfəttişi vurğulayıb.
Onun fikrincə, belə sayda əsgər hərbi xidmətin hansısa formada - məcburi və ya könüllü olmaqla təmin edilməlidir. Bu, siyasi qərar olacaq.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















