Icma.az
close
up
RU
Bunker müəllimi kimlərdir? Sizi də aldada bilərlər

Bunker müəllimi kimlərdir? Sizi də aldada bilərlər

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanda bunker ifadəsi 1994-2002-ci illərdə formalaşıb. Həmin vaxtlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul keçirərkən imtahan üçün test tapşırıqlarının hazırlanması məqsədilə xüsusi və təhlükəsizliyi yüksək səviyyədə təmin olunmuş yerlər hazırlayırdı. Müxtəlif ixtisaslar üzrə müəllimlər bunkerə cəlb olunurdu. Əvəllər test bankı olmadığı üçün bunker sistemindəki müəllimlər öncədən hansı sualların yazılmalı olduğunu seçirdilər. İnternet resursları isə demək olar ki, yox idi. "Bunker müəllimi" olan şəxslər TQDK ilə işləyir, test tapşırıqlarının hazırlanmasında birbaşa rola malik idi.

2002-ci ildən etibarən isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test bankını çap etdi. Beləliklə TQDK özünün böyük və zəngin test bankını formalaşdırmağı bacardı. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək onların səlahiyyələri Dövlət İmtahan Mərkəzinə (DİM) verildi. Məhz 2016-ci ildə DİM-in yaradılmasından sonra sualların tərtibi, yoxlanılması və qorunması tamamilə fərqli aspektdə həyata keçirilir.

Hansı müəllimlər bunkerə dəvət olunur?

Dövlət İmtahan Mərkəzi imtahana 6 gün qalmış DİM-in seminarlarında, test tapşırıqlarının yazılmasında iştirak etmiş müəllimlərə dəvət göndərir. Bu dəvəti qəbul etmiş müəllimlər DİM-in inzibati binasına gəlirlər. Binada müəllimlər onlar üçün xüsusi hazırlanmış otaqlara daxil olurlar. Müəllimlərin daxil olduğu bu otaqlar məhz bunker adlanır. Bunkerə daxil olan müəllimlər müəyyən müddət ətrafla heç bir rabitə yarada bilmir və yalnız imtahan sualları ilə bağlı məsələlərlə məşğul olurlar. Bundan sonra həmin müəllimlər kompüterin seçdiyi sualları mövzular və siniflər üzrə uyğunlaşdıraraq bərabər paylanmasını təmin edirlər. Müəllimlər əvvəlcədən hansı sualların çıxacağını bilmir, suallarda isə istədikləri dəyişiklikləri edə bilmirlər. Nəticə etibarilə 20-30 minlik test bankından 120 sual seçilir.

Bunkerə dəvət olunmaq hər müəllimə nəsib olmur. Bunun üçün müəllimlərin savadı, xüsusi bacarığı və elmi nəaliyyətləri gərəkdir. Ən azı 3 il DİM-lə mütəmadi olaraq işləyən, testlər yazan, dərsliklərin qiymətləndirilməsində iştirak edən, müəllim kimi nəticələri yaxşı olan mütəxəssislər bunkerə dəvət olunurlar. Bu müəllimlərin kimliyi ilə bağlı ətrafa məlumat sızdırılmamasına da xüsusi diqqət yetirilir. Bunkerə daxil olan müəllimlər də öhdəlik götürürlər ki, bazada olan sulların kənara sızdırılmasına yol verməyəcəklər. Əks təqdirdə onların məsuliyyətə cəlb olunmaq təhlükəsi var. Bir sözlə, Dövlət İmtahan Mərkəzi bu seçimləri ciddi və obyektiv şəkildə həyata keçirir.

“Bunker müəllimi” adı ilə valideynləri necə aldadırlar?

Əfsuslar olsun ki, hər sahədə olduğu kimi, təhsil sahəsində də bəzi sui-istifadələr, insanların aldadılması halları baş verir. Belə hallardan biri də “bunker müəllimi” adı alında baş verir. Müəyyən işbazlar tərəfindən belə bir fikir formalaşdırılıb ki, sanki "bunker müəllimi" imtahanda hansı sualların düşəcəyini əvvəlcədən bilir, buna aldanan valideyn və abituriyentlər isə həmin şəxslərin repetitor xidmətindən istifadə edirlər. Yəni özünü "bunker müəllimi" kimi təqdim edən işbazlar bir və iki il müddətinə abituriyentləri ali təhsil ocaqlarına girəcəklərinə əmin edir, imtahanda düşəcək suallarla əvvəlcədən onları tanış edəcəklərini bildirir və nəticədə yeniyetmələrin savadını əlindən almaqla yanaşı, onların universitetə daxil olmaq arzusunu da ürəyində qoyur.

Məlumat üçün bildirək ki, 2018-ci ildən etibarən "bunker müəllimi" anlayışı artıq keçmişdə qalıb. 2019-cu ildən yeni qaydada kurikulum əsasında qəbul imtahanları keçirilir. İmtahan suallarının yazılması, yığılması öncədən baş verir və bu suallar məhz avtomatlaşdırılmış sistem əsasında seçilir. Ona görə, hansısa şəxsin özünü "bunker müəllimi" kimi təqdim edərək hansı sualların imtahanda düşəcəyini deməsi reallığı əks etdirmir və insanları aldatmaq məqsədi daşıyır.

Buna görə, valideyn və abituriyentlər heç bir halda "bunker müəllimi" bazarının qurbanı olmamalıdır. Reallıqda "bunker müəllimləri" mövcud olsa da onların imtahan suallarını kənar şəxslərlə paylaşmaq səlahiyyəti və imkanları olmadığından bu cür yalanlara inanmaq olmaz. Abituriyentlər öz təhsil və savadları üzərində çalışmalı, DİM-in jurnalları vasitəsilə qəbul proqramı üzrə hazırlaşmalıdır. Bütün test banklarının hər biri, eyni zamanda qəbuldakı suallar məhz DİM-in siniflər üzrə test kitabçasından düşür. Artıq heç bir müəllim deyə bilməz ki, qəbulda hansı sulların düşəcəyi ona əvvəlcədən məlumdur. Heç bir müəllim qəbul imtahanı ilə hər hansı proqnoz verə bilməz ki, hansı suallar düşəcək.

Yazı Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Yanvar 2026 03:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see387

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see375

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see316

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see290

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see283

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see277

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see271

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see258

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see252

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see250

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see249

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see246

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see238

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see236

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see225

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see224

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see219

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see209

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see200

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri