Icma.az
close
up
RU
​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”

​“Bunu dilə gətirməyib nədən danışacağıq?!”

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bəzən cəmiyyətdə, xüsusən sosial mediada belə təəssürat formalaşır ki, cəsarət ancaq tənqid etməkdir”.

Avtosfer.az xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“COP29-da Azərbaycanın özünün qlobal lider missiyasını ləyaqətlə yerinə yetirməsi, əslində regionda təcavüzkar niyyətlərini açıq müstəviyə keçirmiş Qərb imperializmi üçün fiasko demək oldu.

Amma görünən odur ki, necə ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə, eləcə də COP-da əldə olunan nəticələrlə Azərbaycan cənab İlham Əliyevin təbirincə desək, elə daşları yerindən tərpədib ki, təcavüzkar qütb hələ də bizdən əl çəkmək istəmir.
Təəccüblü deyil ki, Qərbin revanş missiyasına imperializmin Azərbaycandakı marionetləri -  antimilli ünsürlər də adəti üzrə, sözün əsl mənasında, züy tutmaqdadır. Evinə normal modem alıb qoya bilməyən adam – ünsür hökuməti ona internet blokadası tətbiq etməkdə günahlandırır və Qərb muzdu ilə mövcudluğunu sürdürən media, o cümlədən sosial media qaragüruhu da belə saxta məlumatları tirajlayır. Bax, belə bir ucuz situasiya ilə üz-üzəyik”, - deyə deputat bildirib.

J.Əliyevanın sözlərinə görə, cəsarət ancaq tənqid etmək deyil: “Cəsarət ancaq mənfiliklər axtarıb tapıb səsləndirmək paylaşmaqdır. Amma ən böyük cəsarət əslində yaxşı işləri dilə gətirmək bacarığıdır. Biz unutmamalıyıq ki, tariximizin ən qüdrətli dövrünü yaşayırıq, bunu dilə gətirməyib nədən danışacağıq?! Bu gün dünyanı lərzəyə gətirən güclərin Azərbaycana yeganə təsir cəhdi binokllarla baxmaqdan o yana keçmir. Ona görə də artıq qalib kimi, güclü kimi İlham Əliyev kimi düşünməyə, qalib kimi davranmağa başlamalıyıq. Unutmamalıyıq ki, qələbənin nəticələrini gələcək nəsillərə ötürmək bizim öhdəliyimizdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri