Icma.az
close
up
RU
“Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq”

“Bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq”

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib. Noyabrın 6-da Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderləri arasında 5+1 formatında görüş keçirilib. Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-nin Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, hazırda bu sahədə regionda əsasən iki oyunçu - Çin və Rusiya var: 

“Buna baxmayaraq, Vaşinqton rəqabətdə geri qalmaq istəmir. Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında saziş imzalanıb. Özbəkistanın yaxın üç ildə ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar təşkil edəcək. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi açıqlanıb. Saziş aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sektorlarını əhatə edir. ABŞ Qazaxıstan uranının nəqlinə də maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda elan edib ki, ölkəsi “İbrahim sazişinə” qoşulur”. 

Onun sözlərinə görə, Vaşinqtonun hazırladığı saziş müxtəlif müsəlman ölkələrinin İsraillə tərəfdaşlıq münasibətlərini gücləndirməsini nəzərdə tutur:

“Bu Trampın xarici siyasətdə növbəti uğuru sayıla bilər. Vaşinqtondakı görüşdə Mərkəzi Asiyadan keçən “Orta dəhlizin” perspektivi də müzakirə olunub. Mərkəzi Asiya neft və qaz ehtiyatları ilə yanaşı, nadir torpaq metalları ilə də zəngindir. ABŞ üçün bu resursları nəql etmək strateji əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Çin nadir torpaq metalları ixracına məhdudiyyətlər qoyduqdan sonra ABŞ-Çin münasibətlərində yeni gərginlik yaranıb. Hazırda Çin bu bazarın 70 faizini hasilat, 90 faizini emal, 93 faizini isə maqnit istehsalında idarə edir. Öz növbəsində Mərkəzi Asiya ölkələri nadir torpaq metallarını ABŞ-a nəql etməyə hazırdılar. Vaşinqton eyni zamanda Orta Asiyadakı böyük volfram yataqlarına da maraq göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bu metalları “yeni neft” adlandırıb. Qazaxıstan 20 milyon tondan çox yeni nadir torpaq ehtiyatı aşkar etdiyini açıqlayıb. Təsadüfi deyil ki, ABŞ-ın Qazaxıstandakı səfiri Culi Staftın sözlərinə görə, ABŞ-nin ehiyac duyduğu nadir torpaq metallarının az qala yarısı çalışdığı ölkənin ərazisindədir. Bu arada, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 500 milyon dollarlıq nadir torpaq layihələri elan etməsi də diqqəti çəkib. Bu rəqəmlər təsdiqlənərsə, Özbəkistan bu sahədə Çin və Braziliyadan sonra üçüncü yeri tutacaq. Mərkəzi Asiya ölkələri Vaşinqtonla siyasi və iqtisadi əlaqələri  gücləndirməklə Çin və Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağı planlaşdırırlar. Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatını 2015-ci ildə təsis edib. Ancaq Vaşinqton bu illərdə 5+1 formatı çərçivəsində hədəflərini tam müəyyənləşdirməmişdi. Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra bu formatı gücləndirməyə qərar verib”. 

E.Şahinoğlu deyib ki, bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana da faydası olacaq:

“Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq. Buna görə də Tramp administrasiyası üçün 5+1 formatında görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflamaq və “Tramp yolu”nun anonsunu elan etmək vacib idi. Aydındır ki, Moskva və Pekin Vaşinqtondakı sammiti və əldə olunan nəticələri analiz edəcəklər. Moskva və Pekin müxtəlif vasitələrlə Vaşinqtonun planlarına mane olmağa çalışacaqlar. Çin Mərkəzi Asiyanın resurslarına daha çox yiyələnmək üçün bölgə ölkələrinə əvvəlkidən daha münasib kreditlər təklif edəcək. Odur ki, ABŞ da Mərkəzi Asiya ölkələrinə yatırımları artırmağa məcburdur. Mərkəzi Asiyanın resursları uğrunda mübarizəyə qoşulan daha bir istiqamət var. Avropa İttifaqı da Mərkəzi Asiyanın resurslarından faydalanmağa çalışır. Təsadüfi deyil ki, son illərdə Avropa İttifaqı rəsmilərinin və birliyə daxil olan ölkə liderlərinin Mərkəzi Asiya dövlətlərinə səfərləri artıb”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri