“Bunun təşəbbüskarı özüm olacağam” Paşinyan
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh müqaviləsini təsdiq etmədiyi halda, Ermənistan Konstitusiyasına dəyişikliklərin təşəbbüskarının şəxsən özü olacağını bildirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə “Yerevan Dialogue” forumunda çıxışında danışıb.
“Biz müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Konstitusiyaya dəyişikliklərin edilməsinin təşəbbüskarı olacağam. Çünki hesab edirəm ki, sülhə nail olmaq imkanını əldən vermək olmaz”, - deyə Paşinyan qeyd edib.


