Icma.az
close
up
RU
“Bununla razı deyiləm” Premyer Liqadakı qərara Azər Salahlıdan açıq etiraz

“Bununla razı deyiləm” Premyer Liqadakı qərara Azər Salahlıdan açıq etiraz

Icma.az bildirir, sport24.az portalına istinadən.

"İmişli"nin futbolçusu Azər Salahlının Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının XVI turunda səfərdə "Zirə" ilə heç-heçə etdiniz. Oyun haqda nə deyə bilərsən?
- ⁠İlk növbədə matçın çətin keçəcəyini bilirdik. Çünki rəqib bu mövsüm "3-lüy"ə namizəd komandalardan biridir. Çox gözəl futbol nümayiş etdirirlər. Qarşılaşma bizim üçün çətin alındı. İkinci növbəfən oynamağa məcbur idik. Şanslarımızl əks hücumlarda dəyərləndirmək istəyirdik. Heç-heçə alındı, düşünürəm ki, bu rəqibə qarşı pis nəticə deyil. İlk olaraq yaxşı dincələcəyik, daha sonra mövsümün ikinci yarısına hazırlaşacağıq.
- I dövrədə də komandaların dueli heç-heçə ilə yekunlaşmışdı. Səncə, rəqib niyə sizi məğlub edə bilmir?
- ⁠Komanda şəklində kompakt oynayırıq. Bizdə individual oyunçular o qədər də çox deyil. Bizim üstünlüyümüz kollektiv şəkildə birlikdə olmağımızdır. Düşünürəm ki, bunun ən böyük səbəblərindən biri də məhz odur.
- Mövsümün ilk yarısını necə dəyərləndirirsən, 2025-ci ili istədiyiniz, arzuladığınız yerdə başa vurdunuz?
- ⁠Bizim texniki məğlubiyyətimiz də oldu. Həmin qarşılaşmada qalib gəlmişdik. Buna baxmayaraq yaxşı oynadığımız matçlar, qaçırdığımız penaltiləri də vurğulamalıyam. İndikindən daha çox xal toplaya bilərdik. İlk mövsüm üçün bu da pis nəticə deyil. İrəliyə baxmalıyıq.
- Misli Premyer Liqasında legioner limiti ləğv olunsa da sən komandanın heyətində daim meydana çıxırsan. Necə düşünürsən, limitin ləğvi azərbaycanlı futbolçulara təsir edibmi?
- ⁠Əlbəttə. Birmənalı şəkildə pis təsir edir. Çünki bir çox yerli oyunçu komandasında forma şansı əldə edə bilmir. Mən meydana çıxıramsa, bu o demək deyil ki, bununla razıyam. Xeyr. Əsla bununla razı deyiləm. İstəyərdim ki, yerli futbolçularımız da şans əldə etsinlər.
- Daha əvvəl Azərbaycan millisinin də formasını geyinmisən. Mövsümün əvvəlindən də stabil çıxış edirsən. Növbəti toplanışlarda dəvət almaq ehtimalını necə görürsən?
- ⁠Son toplanışda da dəvət gözləyirdim. Çağırılmadım. Amma çalışıram. Hədəflərimdən biri də milliyə qayıtmaqdır. Bunun üçün əlimdən gələni edirəm.
- Premyer Liqada səninlə maraqlanan klublar var. Komandanı dəyişmək ehtimalın varmı?
- ⁠Hazırda "İmişli" ilə müqaviləm var. Düşünürəm ki, pis də təsir bağışlamırıq. İndi bütün fikrim bu komanda ilə uğurlar əldə etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 Dekabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri