Icma.az
close
up
RU
“Burada çox passiv həyat vardı, futbola maraq yox idi” Bölgə klubunun rəhbəri

“Burada çox passiv həyat vardı, futbola maraq yox idi” Bölgə klubunun rəhbəri

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan II Liqasına vəsiqə qazanmış “Ağstafa Gəncləri” komandasının prezidenti Şahin Kərimov İdmanxeber.az saytına müsahibə verib.

Şahin bəy, klubun 2-ci liqaya yüksəlməsi tarixi uğur sayılır. Bu xəbəri eşidəndə hissləriniz necə idi?

Bəli, son zamanlara baxanda bunu uğur saymaq olar. Çünki uzun müddət Ağstafada futbol yox idi, amma biz bu komandayı yaratdıq. İki mövsümə II Liqaya yüksəlməyə nail olduq. Bu, bizim üçün böyük sevinc idi. Çünki klub tamamilə büdcəsiz idi və yalnız yerli uşaqlardan ibarətdi. Heç bir yerdən transfer etməmişdik. Ancaq zəhmətimizlə bu səviyyəyə gəlib çıxdıq. Ona görə də bunu uğur hesab etmək olar.

– Bu uğurun əsas səbəbi nə oldu – futbolçuların əzmkarlığı, məşqçi heyəti, yoxsa rəhbərliyin dəstəyi?

Futbolçular çox əziyyət çəkirdilər. Çünki əksəriyyəti digər sahələrdə çalışırdı, peşəkarlıq isə yox idi. İşdən gələn olurdu, şəxsi problemləri olan olurdu, amma bütün bunları kənara qoyub Ağstafa üçün gəlib pulsuz futbol oynuyurdular. Əlbəttə, sevincimiz çox idi, amma eyni zamanda məşqçi heyətinin bu işdə əziyyəti böyük oldu. Rəhbərliyin də bizə dəstəyi var idi. Hansı sahədə problemimiz olsa, rayon rəhbərliyi bacardıqları qədər kömək göstərirdi.

– Ağstafa kimi bölgədə futbolu inkişaf etdirmək çətin olur. Sizcə, bu uğur bölgədə futbol sevgisini necə dəyişəcək?

Əvvəlki dövrlərdə bölgələrdə futbolu inkişaf etdirmək çətin idi. Çünki ilk növbədə klub olmalı idi. Klub yarandıqdan sonra isə uşaqlar yaxşı futbolçulara baxıb motivasiya tapır, gələcəkdə özlərini futbolçu kimi görmək istəyirdilər. Biz bölgədə futbolu dəyişdik. Burada çox passiv həyat vardı, futbola maraq yox idi. Çünki klub yaradılmamışdı. Amma klub yaradıldıqdan və qələbələr gəldikdən sonra artıq uşaqlar daha həvəslə meydana çıxmağa başladılar. Sonradan gördük ki, böyük dəyişikliklər baş verir.

– Klubun büdcəsi və infrastruktur imkanları 2-ci liqa üçün kifayət edəcəkmi? Hazırlıqlar necə gedir?

Hazırkı infrastruktur II Liqada çıxış etməyimiz üçün yetərli deyil. Sağ olsun, icra başçısı bizə dəstək olmağa hazırdır və söz verib ki, yanımızda olacaq. Amma klubun büdcəsi hələlik çempionat üçün kifayət etmir. Hazırda yalnız AFFA-nın yardımları ilə ayaqda qalırıq. Gələcəkdə kimlərin sponsor olacağını, kimlərin olmayacağını görəcəyik. Cəmi 15 gündür ki, İkinci Liqada oynayacağımızı bilirik. Buna görə də komandamızın daha yaxşı inkişafı üçün sponsor tapmağımız vacibdir. Mövcud büdcə bizim üçün yetərli deyil və büdcəsi olmayan komanda hazırda yalnız yerli futbolçularla çıxış etməyə məcburdur. Əgər gələcəkdə yaxşı büdcəmiz olsa, heyətimizi güclü futbolçularla gücləndirəcək və boş mövqelərimizi tamamlayacağıq.

– Gənclərin yetişməsi üçün akademiya və ya uşaq futboluna xüsusi proqramlar nəzərdə tutulubmu?

Gənclərin yetişdirilməsi üçün hələ böyük imkanlarımız yoxdur ki, akademiya yaradaq. Hazırda klubun strukturunu qurmaq üzərində işləyirik. Yetişən uşaqlarımız var və biz onları məktəblərdə futbol yönündə inkişaf etdiririk. Böyük komandamızı da məhz onların üzərində formalaşdırırıq. Hazırda yaxın ərazilərdə akademiyalar mövcuddur, Bakıda da bizim akademiyamız fəaliyyət göstərir. İstedadlı uşaqları ora göndəririk və onlar orada təhsillərini davam etdirirlər.

2-ci liqada hədəfiniz yalnız qalmaqdır, yoxsa daha yuxarı pillələri də düşünürsünüz?

Bu ilki əsas məqsədimiz yalnız mövqeyimizi qoruyub saxlamaqdır. Büdcəmiz hələ yüksək hədəflərə oynamağa imkan vermir. Komandamızda yerli uşaqlar var və onlar bir neçə ildir klubda çıxış edilər. Düzdür, ustalıqları o qədər yüksək deyil, amma əzmləri və istəkləri böyükdür. Uğurlarımız da məhz bu səbəbdən gəlir.

– Ağstafada azarkeş dəstəyi necədir? Sizcə, 2-ci liqaya yüksəliş bu marağı daha da artıracaqmı?

Bu ilki əsas məqsədimiz yalnız mövqeyimizi qoruyub saxlamaqdır. Büdcəmiz hələ yüksək hədəflərə oynamağa imkan vermir. Komandamızda yerli uşaqlar var və onlar bir neçə ildir klubda çıxış edilər. Düzdür, ustalıqları o qədər yüksək deyil, amma əzmləri və istəkləri böyükdür. Uğurlarımız da məhz bu səbəbdən gəlir.

– Bölgənin gənclərinə mesajınız nədir? Onları klubun yanında görmək üçün hansı layihələr planlaşdırırsınız?

Bu klubun bölgəmizdə futbolun inkişafına böyük təsiri olacaq, çünki artıq gənclərin oynaya biləcəyi bir klubu var. Belə klublar hər yerdə olmalıdır. Biz gənclərlə daimi təbliğat xarakterli söhbətlər aparır, onlara ümid veririk ki, əzmlə çalışsalar, böyük klublarda oynayıb yaxşı futbolçu ola bilərlər.

– Sizcə, Ağstafadan gələcəkdə milli komandaya futbolçu yetişməsi mümkündürmü?

Ağstafa futbol yetişdirən bir bölgədir. Milli komandamız yaradılan zaman artıq Məqsəd Yaqubəliyev oradan çıxış edirdi, Olimpiya yığmasında isə Rufət Mədatov çıxış edib. Bir necə futbolçularmız var ki aşaqı yaş qruplarında çıxış edir

– Futbola marağınız haradan başlayıb və klub rəhbərliyinə gəlməyinizin səbəbi nə olub?

Futbola marağımız uşaq vaxtından yaranıb. Biz uşaqlığımızda, 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində Sevinc Kubokunda çıxış etmişik. Bir neçə dəfə Azərbaycan çempionu olmuşuq və SSRİ birinciliyində dəri top mükafatını qazanmaq üçün Azərbaycanı təmsil etmişik. Özümü futbol rəhbəri hesab etmirəm, sadəcə böyük futbol azarkeşiyəm və həmişə futbolun içində olmaq istəmişəm. Tək məqsədimiz Ağstafada futbolu inkişaf etdirməkdir.

– Son olaraq, azarkeşlərə və bölgə ictimaiyyətinə nə demək istərdiniz?

Azarkeşlərimizə son mövsümdə bizə göstərdikləri dəstəyə görə çox sağol deyirəm. Əminəm ki, bu mövsümdə də bizi tək qoymayacaqlar, həmişə yanımızda olacaqlar. Biz də onları yeni uğurlarımızla sevindirəcəyik. 

Fərid Nəsibov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 23 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri