Icma.az
close
up
RU
Burada heç kim yekəxanalıq etməli deyil Komitə sədri yas mərasimlərindən danışdı

Burada heç kim yekəxanalıq etməli deyil Komitə sədri yas mərasimlərindən danışdı

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Son günlər dəbdəbəli yas mərasimlərinin ləğv olunması ilə bağlı müzakirələr gedir. Bir sıra rayonlarda belə mərasimlərin sadələşdiyi, yemək verilməsinin yığışdırıldığı da qeyd olunur. 

Ümumiyyətlə, yas mərasimlərinin keçirilməsi ilə bağlı qanunvericiliyə hansısa dəyişiklik edilməsi mümkündürmü?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, bu cür mərasimlərin qanunla tənzimlənməsi məsələsində sıxıntılar ortaya çıxır.  Onun sözlərinə görə, bu, insanların mədəni zövqləri ilə bağlı məsələdir:

"Məsələn, kimsə doğum gününü sərbəst, rahat keçirmək istəyir, digəri fişəng atmaq və ya böyük tort hazırlatmaq istəyir. Buna necə qarışasan? İnsanların israfçılıqdan uzaq olması üçün aparılan təbliğatların elə də önəmi olmur. Kim bir az imkan tapırsa, daha çox özünü göstərməyə çalışır. Ona görə bu məsələlər çətin qanunla tənzimlənsin. Cəmiyyətin özünün bunu vərdişə çevirməsi, yas mərasimlərində yeməyin yığışdırılması, yas məclislərinin sadələşdirilməsi hamının marağına uyğun olan məsələ kimi qəbul olunmalıdır. Burada heç kim yekəxanalıq etməli deyil və çalışmalıdır ki, bu kimi prosesləri normal səviyyədə tənzimləmək mümkün olsun. İnsanlara böyük yük düşməsin. Çətinlik buradan qaynaqlanır. 

Bu, cəmiyyətin özünün mədəni problemidir. Bunu çözə bilməsə, yüz qanunda çıxarsan, insanın şəxsi həyatına, özünün yaşam tərzinə qarışmaq mümkün olmur. Deyəcək ki, mən məclisi bu cür keçirirəm, belə fikirləşirəm, öz pulumdu belə xərcləyirəm, sizə nə dəxli? Bunu ümumi cəmiyyətin davranış prinsipləri olaraq həyata keçirsək, təbliğ edə bilsək, ayrı-ayrı bölgələr, kəndlər, şəhərlər, regionların özləri buna keçsələr, bu qədər sıxıntılar ortada qalmaz. İnsanlar rahatlıqla öz məclislərini yola verərlər".

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri