Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

“Burada mənim yaşda adam yoxdur” Videoreportaj

“Burada mənim yaşda adam yoxdur” Videoreportaj

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Ora nəzərdə tutulandan bir saat tez çatmışdıq, hava hələ işıqlanmamışdı. O qədər sakitlik idi ki, ətrafda öz addım səslərimizdən başqa heç nə eşidilmirdi. Lənkəranın Boladi kəndində həyat günəş çıxmağa başlayanda canlandı. Əvvəlcə sakitliyi xoruzların, sonra isə inəklərin səsi əvəzlədi. Artıq darısqal məhəllələrdə heyvanları qabağına qatıb örüşə ötürən yarıyuxulu sakinlər, alatoranda velosipedlə balıq tutmağa gedən gənclər gözə dəyirdi...

“Qafqazinfo” bu dəfə ölkənin ən böyük kəndlərindən sayılan Boladidə olub, sakinlərlə söhbətləşib, gündəlik məşğuliyyətlərini izləyib. 

Reportajın videosunu buradan izləyə bilərsiniz.

Rayon mərkəzindən 18 km aralıda yerləşən kənddə təxminən 10 minə yaxın əhali yaşayır. Enli, asfalt küçələri, bu küçələrdən tez-tez keçən marşrut avtobusları ilə daha çox qəsəbəni xatırlatsa da, içərilərə doğru irəlilədikcə əsl kənd ab-havası hiss olunur. Boladinin bir başından o biri başına gedincə yaranan vaxt itkisinə sakinlər necə deyərlər, ekoloji çarə tapıblar. Bu kənddə demək olar ki, hamı velosiped sürür - addımbaşı yük, bazarlıq çantası ilə velosipedli kənd camaatı gözə dəyir. Səhər saatlarında isə hörümçək toru kimi uzanıb məktəb yoluna birləşən küçələri velosipedli şagirdlər doldurur.

Onlardan biri - 12 yaşlı Ramal Bağırov dərsə gecikməmək üçün iki ildir məktəbə velosipedlə gedir: “Dərslərimi yaxşı oxuyuram. İstəyirəm böyüyəndə polis olum. Velosipedlə məktəbə gecikmirəm, amma bir dəfə “tormoz”u işləmədi, çəpərə dəydim. 3 yaşımdan velosiped sürürəm. Məktəbə də yol uzaqdır, dərsə gecikməmək üçün ən yaxşısı velosipeddir”.

Məktəbin direktoru Seyran Əliyevin sözlərinə görə, əvvəlcə 4-5 şagird bu nəqliyyat vasitəsindən istifadə etsə də, sonradan sayları artıb. Beləcə say artdıqca kənd icmasının dəstəyi ilə məktəbin həyətində velopark tikilib. Artıq yolu uzaq olanların demək olar hamısı məktəbə velosipedlə gəlir. Bəzən onların sayı o qədər çox olur ki, hətta veloparkda yer olmur. 

80-ci illərdə inşa olunan məktəbin təmirə ehtiyacı olsa da, bu şagidləri dərsdən soyutmur. Həmsöhbətimiz deyir ki, Boladi ziyalı kənddir, generalları, 10-a yaxın alimi var. Həmçinin I və II Qarabağ müharibələrində kənd 14 şəhid verib. 

Günortaya doğru getdikcə, kənddə həyat daha da qaynayır. Mərkəzdə sakinlərin yığışıb domino oynadıqları çayxanalar yavaş-yavaş dolmağa başlayır. Bələdçimiz - kənd icra nümayəndəsi Nizami Hüseynov bizə kəndin tarixini ən yaxşı bilən qocaman sakin - 97 yaşlı Hacıbala Cəfərovun evini nişan verir. Ahıl kişi özünün 60-cı illərdə inşa etdiyi evdə tək yaşayır. 11 övladı olsa da, hərənin öz evi var. Hər gün nəvəsi və gəlini ona baş çəkir, yemək gətirirlər.

O, Bakıdan gələn qonaqları mehribanlıqla qarşılayıb həvəslə söhbətə başlayır: “Boladinin adı bolluqla bağlıdır. Burada binə salan Gəncədən gələn Hüseyn adlı şəxs olub. Mənə deyilənə görə, kəndin təxminən 400 ildən çox yaşı var. Burada əvvəldən kənd camaatı əkib-becərməklə məşğul olub. Mən gözümü açanda evimizin qabağı buğda əkinləri idi. Müharibə illərində Boladi çayında çoxlu balıq olardı, vaxtilə burada böyük balıq vətəgəsi var idi. Balıq olmasaydı, kənd acından ölərdi, bizi balıq saxladı. Nəinki Boladini, Lənkəran, Masallı, Lerik əhalisini də. Balıq tutub, ulağa yükləyib aparardıq. Bir hissəsinin pulunu verərdilər, bir hissəsinə görə ərzaq, geyim verərdilər. 

Amma mən bisavad qalmışam. 12-14 yaşımız olanda birinci sinfə getmişik. Üçüncü sinifdə oxuyanda - 1943-cü ildə Lənkərandan bizə dərs deməyə gələn Əlişan müəllimi müharibəyə apardılar. Ona görə də təhsilimiz yarımçıq qaldı”. 

Hacıbala baba uşaqlıqdan anasını itirdiyindən özündən kiçik bacı və qardaşlarına baxmalı olub. Balıqçılıqla yanaşı illərlə mehtərlik edib: “Biz 1933-cü ildə bu məhəlləyə gəlmişik. Onda burada cəmi 4 ev var idi. 1945-ci ildə anam rəhmətə getdi. Atam da müharibədə idi. Mən 3 balanı özüm saxladım. 9 inəyimiz var idi, onun üçünü sağıb südünü satırdım. Puluna buğda, çörək alırdım. Lakin anam öləndən bir neçə gün sonra heyvanlarımızı oğurladılar. Biz qaldıq aşsız...

İndi qocalmışam, vaxt var idi mehtər işləyirdim. Mənim atıma “Qırat” adını qoymuşdular. O atın yüyənini ancaq mən saxlaya bilirdim. İndi hamı bilir ki, bu saat Boladıda mənim yaşımda adam yoxdur”.

97 yaşlı müsahibimizlə birgə evindən bir qədər aralıda vaxtilə özünün saldığı, hazırda nəvələrinin baxdığı mandarin bağına baş çəkirik. Deyir ki, əvvəllər öz həyətində də belə bir bağ olub. Lakin oğru dadandığından bir gün baltanı götürərək mandarin ağaclarının hamısını kəsib...

Qısa müddətlik görüşümüzdə yüz yaşı haqlayan qocanın həyat təcrübəsi, ömür yolu, mehriban, elə bir o qədər də sərt xarakteri gözümüzün önündə aydınlaşır. Onunla söhbət maraqlı olsa da, vaxt azlığından sağollaşmalı oluruq. 

Məhəllədən çıxmağa fürsət tapmamış yağış başlayır. Şəhərdə yaşayanlar üçün yağış bezdirici görünə bilər, amma kənd üçün bərəkət deməkdir. Görünən odur ki, yağıntılı hava kəndlilərin gündəlik işinə o qədər də təsir etmir. Elə qonşuluqdakı həyətdə təsərrüfatla məşğul olan Əzizovlar ailəsi kimi. İmaməli Əzizovun əsl adını burada çox az adam bilir, hamı onu “Qardaş” kimi tanıyır. 

Yaxınlıqdakı meşələrdən palıd qozalarını toplayan İmaməli kişi onları əzərək heyvanların yeminə qatır. Deyir ki, hələ sovet dövründə kolxozlarda bu üsuldan heyvanların südünü artırmaq üçün istifadə ediblər. Hazırda isə onunla bərabər kənddə cəmi bir neçə nəfər sözügedən ənənəni yaşadır. 

Boladi 2013-cü ildə qazlaşdırılsa da, sakinlər hələ də susuzluqdan əziyyət çəkirlər. Quyulardan şor su çıxır ki, bu da nə içməyə, nə də təsərrüfata yarayır. Məcbur olub suyu pulla almalı olurlar. Suvarma suyunu daha rahat tapanlar isə əsasən kəndin çayın aşağısında yerləşən hissəsində yaşayanlardır. 

Bütün cənub zonasında olduğu kimi, bu kənddə də ailələr öz çörəklərini təndirdə bişirirlər. Evində bir neçə saatlıq qonaq olduğumuz kənd sakini Fəxriyyə Əmirova deyir ki, hələ indiyə qədər mağazadan çörək almayıblar: “17 yaşımda gəlin gəlmişəm, 32 ildir bu həyətdə yaşayıram. Təndirdə çörək yapmağı da qayınanamdan öyrənmişəm. Biz indiyə kimi çörək almamışıq, həmişə təndirdə bişiririk. Sifariş olduqca kənddə toylarda, məclislərdə də çörək bişirirəm. Təndirin öz sirləri var, məsələn, odunu çox olsa yandırar. İstisi çox olanda çörək təndirin divarında qalmır, düşür”. 

Ailə eyni zamanda bağçılıqla, heyvandarlıqla məşğuldur. Mandarin, limon, portağal, feyxoa ağaclarına, saxladıqları heyvanlara ailənin kiçik oğlu Mirsadiq qulluq edir. Kəndin digər gəncləri kimi o, öz torpağını şəhər həyatının gözqamaşdıran işığına dəyişmək niyyətində olmadığını deyir. Boladi çayının sahilinə nehrə yağı, təndir çörəyi və samovar çayından içə-içə kəndlə bağlı ravayətləri dinləyirik. Öyrənirik ki, bu həyətdə yaşı 300 ildən çox olan ağac var. Vaxtilə həm kənd, həm də digər bölgələrdən buranı müxtəlif diləklərlə insanlar ziyarət edib. 

Kəndin bəzi tarixi abidələri dağılıb getsə də, cənub zonası üçün xarakterik olan ləmlərdən biri hələ də sakin Elman Həsənovun həyətində qorunur. Ləmi 1870-ci ildə onun ulu babaları inşa edib. Uşaq vaxtı aşağı mərtəbədə oynayıb, yuxarıda isə yatıblar. Bu tarixi ləmlərdən biri – Astarada olan ləmdə “Ulduz” filmi də çəkilib. 

Kənd camaatı o qədər qonaqpərvərdir ki, küçədə hər gördüyümüz sakin bizimlə mehribanlıqla salamlaşıb evinə dəvət edir. Kəndi xarakterizə et desələr, şirin ləhcəli, qonaqpərvər insanların yaşadığı yer deyərdim. Bir də, belə bir deyim var: “Hər ölkəni tanımaq üçün gərək onun kəndlərini gəzəsən”. Elə xalqı tanımaq üçün də kəndlilərlə söhbətləşmək kifayət edir.

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri