“Buradakı karyeram qısa, amma gözəl idi” Mahir Emreli
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ötən gün Bundesliqa 2-də “Braunşveyq”lə oyunda het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli qarşılkaşmadan sonra açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, forvard yollarını ayırdığı Almaniyanın “Nürnberq” klubu ilə bağlı fikirlərini bölüşüb:
“Nürnberq” karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam”.
Emreli gələcək planları barədə də danışıb: “Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Son günədək bütün diqqətimi “Nürnberq”ə yönəltmək mənim üçün vacib idi”.
Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli”nin və “Kayzerslautern”in maraqlandığı deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















