Icma.az
close
up
RU
Buraxılış imtahanları yaxınlaşır: şagirdlərə psixoloji dəstək necə olmalıdır?

Buraxılış imtahanları yaxınlaşır: şagirdlərə psixoloji dəstək necə olmalıdır?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buraxılış imtahanları yaxınlaşdıqca, şagirdlər və valideynlər arasında stress və həyəcan artır. Bu dövr, təkcə biliklərin yoxlanması deyil, eyni zamanda psixoloji dözümlülüyün sınaqdan keçirilməsi mərhələsi kimi də qiymətləndirilir. Bu dövrdə şagirdlərin psixoloji yükünü azaltmaq üçün məktəblərdə hansı tədbirlər görülməlidir? Valideynlər övladlarına necə dəstək ola bilərlər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, imtahan yaxınlaşdıqca bir neçə proses dalğa-dalğa bir-birini izləyir:
“Bu proseslərdə həyəcan və stres artır, aqressivlik yüksəlir. Valideynlər düşünür ki, övladları davamlı olaraq kitab oxumalı, dərsə hazırlaşmalıdır. Amma bu, təbii ki, mümkün deyil. Hər bir abituriyentin asudə vaxtı olmalıdır. O, bu vaxtı istirahətə sərf etməlidir. Hazırlıq dövrü gün ərzində 4-5 saata qədər davam edə bilər. Bununla yanaşı, yuxu rejimi də normal olmalıdır. Çünki əgər yuxu rejimi pozularsa, gərginlik, stres, əsəb kimi hallar ortaya çıxa bilər. İmtahana az qaldıqca valideynlər övladlarını sınaqlara göndərirlər. Məlum məsələdir ki, sınaq imtahanlarında bəzən zəif, bəzən isə yetərsiz nəticələr olur. Valideyn bu nəticələrdən çıxış edərək övladını stresli vəziyyətə sala bilər. Mən valideynlərə məsləhət görərdim ki, övladlarına inansınlar, onlara güvənsinlər və bir söz desinlər: "Sən universitetə qəbul olsan da, olmasan da, mənim övladımsan. Səni uğurunla da, uğursuzluğunla da qəbul edirəm”. Həyat 120 sualdan və ya 3 saatdan ibarət deyil. Hər hansı bir sualı bilməmək və ya ona yaxşı cavab verməmək insanın savadsız olmasına dəlalət etmir. Bu, sadəcə həmin fənni yaxşı mənimsəmədiyinin göstəricisi ola bilər. Valideynin dəstəyini görən hər bir abituriyent daha uğurlu olur”.
Psixoloq onu da qeyd edib ki,  heç bir halda övladınıza şərtlər qoymayın, ona aqressiv yanaşmayın, onu günahlandırmayın:
“Təəssüf ki, bəzi valideynlər "Girməsən, get özün bilərsən", "Səndən adam olmayacaq" kimi ifadələr işlədirlər. Bu cür yanaşma qəti şəkildə yolverilməzdir. Azərbaycanda ali məktəbə qəbul olmaq sanki bir marafona çevrilib. Hətta bəzi valideynlər bu marafonda abituriyentlərdən daha çox yarışırlar. Halbuki ali təhsil almaq hələ uğurlu olmaq, varlanmaq və ya savadlı olmaq demək deyil. Ölkəmizdə düşüncələr belə formalaşıb ki, universitetə qəbul olmaq vəkil, müəllim, həkim və ya yüksək vəzifəli şəxs olmaq deməkdir. Amma ali təhsil sadəcə bir təhsildir və bunu belə qəbul etmək lazımdır. Kifayət qədər insan var ki, ali təhsil almadan da, xüsusilə biznes sahəsində böyük uğurlara imza atıb. Övladımıza hər zaman sözlərimizlə dəstək olmalıyıq. Təkcə sözlə deyil, həm də davranışlarımızla və hərəkətlərimizlə bunu göstərməliyik. Onlara güvən verməliyik ki, bu güvən sayəsində uğur qazana bilsinlər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri