Icma.az
close
up
RU
Buraxılış imtahanlarının nəticələri yaxşı olacaq EKSPERTLƏR

Buraxılış imtahanlarının nəticələri yaxşı olacaq EKSPERTLƏR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Buraxılış imtahanlarının tarixi artıq abituriyentlərə məlumdur. Keçən il keçirilən buraxılış imtahanlarında 53 nəfər maksimal bal toplayaraq ən yüksək nəticə göstərib.

Ekspertlər bu göstəricini imtahanlar asan olması ilə əlaqləndirib. Bəs bu il gözləntilər nələrdir?

Modern.az mövzu ilə bağlı elm və təhsil ekspertləri Elçin Süleymanovun və Rizvan Fikrətoğlunun fikirlərini öyrənib.

Elçin Süleymanovun sözlərinə görə,  buraxılış imtahanları demək olar ki, keçən ilki təqvimə uyğun şəkildə elan olunub:

“Bu il ümumi olaraq nəticələrin əvvəlki illərə görə daha yaxşı olacağını proqnozlaşdırmaq olar. Çünki hər il göstəricilər əvvəlki ilə görə biraz daha yaxşı olur. Bunun obyektiv və subyektiv səbəbləri var. Məktəblərdə maddi-texniki bazanın inkişafı və yenilənməsi, eyni zamanda müəllimlərin sertifikasiya sonrası həvəsləndirilməsi prosesi, direktorların seçimi, regional təhsil idarələrinin və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması və digər dəyişikliklər son illərdə təhsilin keyfiyyətinə təsir göstərdiyini düşünürəm. Birdən-birə inqilabi dəyişiklik gözləməyin real olduğuna inanmıram. Amma nisbətən göstəricilərin yaxşılaşmasını əvvəlcədən proqnozlaşdırmaq olar”.

E. Süleymanov bildirib ki, əvvəlki illərdə pandemiya və digər səbəblər şagirdlərin göstəricisinə təsir edirdi:

“Bu il demək olar ki, sakit bir ildir. Ölkəmizdə yalnız COP zamanı qısa müddətli distant təhsilə keçid oldu. Ümumi olaraq isə təhsil prosesi normalara uyğun keçdi. Əvvəlki ilə görə gözləntim müsbətdir, çünki şagirdlərin oxuma həvəsi, rəqabət mühiti, ixtisas və peşə seçimindəki həvəsi get-gedə artır. Xaricdə təhsil üzrə Dövlət Proqramı vasitəsilə kifayət qədər dünyanın reytinqli universitetlərinə Azərbaycan gəncləri oxumağa gedir. Əvvəl 500-1000 nəfər arasında belə qəbul sayı 1-2 nəfər idisə, indi onlarla, hətta 100-dən çox olur. Bu da orta təhsildə keyfiyyətin artmasının nümunəsidir”.

Rizvan Fikrətoğlu da bu ilki gözləntilərin müsbət olduğunu bildirib:

“Universitetdə plan yerləri artırılıb, əlavə olaraq ali təhsil müəssisələrində 7 ixtisas yaradılıb ki, bu ixtisaslar bu günün tələbinə uyğun ixtisaslardır. Düşünürəm ki, builki imtahan modeli də keçən ilki ilə oxşar olacaq. Abiturityentləri ən çox düşündürən mövzu balların artma ehtimalıdır. Düşünmürəm ki, keçən ilki qədər artım baş versin. Amma müəyyən ixtisaslarda artma ehtimalı ola bilər. Hazırda heç bir imtahan olmayıb deyə əldə əsas olmadan konkret fikirlər çox çətindir, demək olar ki, mümkünsüzdür. Sadəcə təcrübəyə əsaslanaraq müəyyən fikirlər bildirmək olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Yanvar 2025 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri