Icma.az
close
up
RU
Buraxılış imtahanının sualları necə olacaq? AÇIQLAMA

Buraxılış imtahanının sualları necə olacaq? AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. İmtahanda şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən biliklərini yoxlayacaqlar.

Bəs bu il buraxılış imtahanının çətinlik səviyyəsi necə gözlənilir?

Təhsil eksperti Elçin Murad Metbuat.az-a bildirib ki, bu il, istər martın 2-də, istərsə də martın 9-da, eləcə də aprel ayında keçiriləcək imtahanlar üçün sualların orta səviyyəli olacağı gözlənilir. Bu isə təbii ki, 2023-2024-cü illərin qəbul proqramı ilə əlaqəlidir:

“2023-2024-cü ildə qəbul imtahanlarında şagirdlər çox çətin suallarla qarşılaşdılar. Bu, nəticələrin birdən-birə dəyişməsinə, balların aşağı düşməsinə və ixtisas seçimində ciddi problemlərə səbəb oldu. Şagirdlər, abituriyentlər və valideynlər hansı ixtisası seçmək lazım olduğu barədə çaşqınlıq yaşadılar. Nəticədə bəzi abituriyentlər risk edərək 320-350 ballıq ixtisasların ödənişli yerlərini, 270-280 bal toplayan abituriyentlər həmin ixtisasların pulsuz yerlərini yazdılar. 320 bal toplayan abituriyentin pulluda, 280 bal toplayanın isə pulsuz təhsil alması təbii olaraq haqsızlığa yol açdı. 2024-2025-ci ildə isə imtahan sualları asanlaşdırıldı və primitiv suallar təqdim edildi. Abituriyentlərin çoxu yüksək bal topladı, hətta 56 nəfər 300 bal topladı. Bu, balların kəskin şəkildə qalxmasına səbəb oldu və şagirdlər bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdilər”.

Ekspertin fikrincə, bu il isə Dövlət İmtahan Mərkəzi imtahanlarda balansı qoruyacaq və fənlər arasında çətinlik fərqlərini orta səviyyəyə endirəcək:

“Həddindən artıq asan sualların verilməsi düzgün deyil, həmçinin çox çətin suallar da abituriyentlər üçün çətinlik yaradır. Abituriyentlər əsasən DİM-in yayımladığı 20 sınaq suallarına əsaslanaraq hazırlıq görürlər və bu suallar da orta səviyyədədir. Buna görə də bu il üçün gözlənilən sualların orta səviyyədə olacağı ehtimalı güclüdür. İxtisas seçimində və ümumilikdə imtahanın nəticələrində balansın qorunması gözlənilir”.

E.Murad imtahana girəcək abituriyentlərə öz tövsiyələrini də verib:

“Abituriyentlər həddindən artıq narahat olmamalı, sualların çox çətin olacağı barədə düşünməməlidirlər. Eyni zamanda imtahanın keçən ildəkindən daha asan olacağına da arxayınlaşmamalıdırlar. Suallar nə çox çətin, nə də çox asan olacaq, amma imtahan bitmədən heç bir mütəxəssis dəqiq olaraq balların necə dəyişəcəyini proqnozlaşdıra bilməz. Abituriyentlər sualları diqqətlə oxuyub, nə soruşulduğunu düzgün analiz etməli və cavablarını buna uyğun verməlidirlər. Bu ilki imtahan keçən ilkindən asan, amma əvvəlki ildəkindən çətin olmayacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri