Icma.az
close
up
RU
Buraxılış və dissertasiya işlərinin başqasına yazdırılması: Köhnə ənənə, yeni trend

Buraxılış və dissertasiya işlərinin başqasına yazdırılması: Köhnə ənənə, yeni trend

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ali təhsil müəssisələrində tələbələrin bakalavr və magistratura üzrə buraxılış və dissertasiya işlərini müəyyən məbləğ qarşılığında başqa şəxslərə yazdırması halları müşahidə edilir. Belə ki, sosial şəbəkələrdə bu xidmətlərin göstərilməsi üçün tələbələrə xüsusi təkliflər olunur. Bu yolla özlərinə biznes quran şəxslərin, yaxud şirkətlərin müştərisinə çevrilən tələbələrin elmi işlərini başqasına yazdırmaları təhsilin keyfiyyətinə də təsirsiz ötüşmür.

Moderator.az xəbər verir ki, "Report" mövzunun aktuallığını nəzərə alaraq buraxılış işi və dissertasiya yazan şəxslərin göstərdiyi xidmətləri, "bazar" qiymətlərini araşdırıb, həmçinin ekspert və rəsmi qurumların mövqeyini öyrənib.

Buraxılış işi və dissertasiya yazılması xidmətləri necə göstərilir?

Sosial şəbəkələrdə belə xidmətlər təklif edən bir neçə səhifə ilə maraqlandıq. Məlum oldu ki, yazılar sifariş olunan mövzu üzrə təcrübəsi və biliyi olan şəxslər tərəfindən yazılır. İşlərin ölçüsü, forması və məbləği mövzudan mövzuya, universitetdən universitetə görə dəyişir. Yəni hər bir universitetin öz qaydalarına əsasən, məqalə və ya təqdimat tələb edilə bilər, bütün bunlar tələbənin istəyinə uyğun şəkildə tam hazırlanaraq təhvil verilir. Hətta sonda yazıların plagiatlılığı da yoxlanılır, surətini çıxarma amili minimuma endirilir.

Xidmət müqabilində tələb olunan ödəniş məbləği əsasən mövzunun çətinlik dərəcəsinə görə müəyyənləşir.

Qiymətlərə gəlincə, buraxılış işləri 400-500, dissertasiya işləri isə 600-1000 manata başa gəlir.

Bəs universitetlər bu işlərinin tələbələr tərəfindən yazılıb-yazılmadığını necə müəyyən edir?

Bakı Dövlət Universitetindən (BDU) sorğuya cavab olaraq bildirilib ki, BDU-da bütün elmi işləri, dissertasiyalar, buraxılış işləri həm məzmun, həm də oxşarlıq meyarları üzrə yoxlanılır:

"Məzmun plagiatı mütəxəssislər tərəfindən, oxşarlıq plagiatı isə xüsusi antiplagiat proqramı vasitəsilə yoxlanılır. BDU-da, həmçinin Antiplagiat Komissiyası fəaliyyət göstərir".

Azərbaycan İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri, dosent Söhrab İsayev bildirib ki, magistrant dissertasiyanın yerinə yetirilməsi ilə bağlı ümumilikdə 4 dəfə hesabat verir:

"Həmin hesabatlarla əlaqədar ən azı 2 dəfə monitorinq keçirilir. Deyilən kateqoriyadan olan işlərin mütləq əksəriyyəti həmin monitorinq zamanı aşkarlanır və onlar qəbul edilmir".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) isə məlumat verilib ki, buraxılış və dissertasiya işləri akademik plagiatlığa qarşı "StrikePlagiarism.com" antiplagiat sistemi ilə yoxlanılır:

"Sistemin tətbiq edilməsi ilə elmi işlərin orijinallığının yoxlanılması prosesi şəffaflaşdırılıb. Bununla belə, elmi işlərin orijinallığının yoxlanılması antiplagiat proqramında yoxlanışdan keçirilmə ilə yekunlaşmır. Elmi işlərin həm müdafiəsi, həm də müdafiədən əvvəlki müzakirə proseslərində tədqiqatçı elmi işin məzmunu, araşdırma və hazırlanma prosesi, istifadə olunan tədqiqat metodları barədə məlumat verir və hesabatlar təqdim edir. Tələbə bununla bağlı ixtisaslaşdırılmış Şuranın üzvləri tərəfindən ünvanlanan sualları cavablandırır. Bu prosedur təqdim edilmiş elmi işin orijinallığı və tədqiqatçının özü tərəfindən hazırlanmasını müəyyən etmək üçün yetərli əsas verir".

Tələbə məsuliyyətsizliyi, yoxsa aidiyyəti qurumların tədbirsizliyi?

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev bildirib ki, tələbələr vaxtlarını itirməmək üçün belə xidmətlərə müraciət edirlər:

"Sözsüz ki, bu, heç də yaxşı bir hal deyil. Hər bir tələbə təhsilin növbəti pilləsi üçün ona veriləcək işləri özü hazırlamalıdır. Bir də bu, bir təhsil xidmətidir. Bəzən tələbələr elmi işləri özləri yazmaq istəmir, çünki buna ayıracaq vaxtlarını digər səmərəli işlərə də yönəltmək istəyirlər. Çünki dissertasiya və buraxılış işləri hazırda bir forma üzrə yazılır, daha sonra ona baxan olmur.

Əslində isə mövzunu müdafiə və ya müəyyən yenilikləri təqdim edəndə həmin yeniliklər üzərində müəyyən dərəcədə araşdırmalar edilməlidir. Sadəcə, bu məsələyə çox ciddi yanaşmırlar. Ona görə diplom işi və dissertasiyaların yazılması üçün xüsusi xidmətlər ortaya çıxıb. Həmin şəxslər çox professional şəkildə müəyyən məbləğ qarşılığında yazıları plagiatdan da keçirib tələbələrə təhvil verirlər".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov düşünür ki, bu problem olduqca ciddidir və yalnız bu gün üçün aktual deyil.

"Dünyanın müxtəlif ölkələrində bunun yaşandığını görürük. Ciddi bir məsələdir. Bununla bağlı zaman-zaman müzakirələr aparılır. Qarşısının alınması sadə proses deyil. Müəyyən zamana ehtiyac var. Dövlət qurumları, aidiyyəti strukturlar bu istiqamətdə addımlar atmalıdırlar. Gənclər özləri gedib bu işi yazdırırlar. Bu da plagiatın bir başqa formasıdır", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, problemin həlli üçün gənclərin üzərinə də müəyyən məsuliyyət düşür:

"Gənclər bu əməllərdən qaçmalıdırlar. Bunu biznesə çevirən insanlara qarşı addımların atılmasına da ehtiyac var. Bu məsələ ciddi şəkildə diqqətdə saxlanılmalıdır".

Qanunvericilik nə deyir?

Vəkil Səməd Vəkilov qeyd edib ki, bu problemlə mübarizə üzrə qanunvericilikdə hər hansı cinayət məsuliyyəti olmadığı üçün xüsusi cəza halı yoxdur:

"Keçmiş SSRİ dövründən pulla dissertasiya yazdırılması ənənəsi əksər respublikalarda hələ də davam etməkdədir. Cinayət məsuliyyəti məsələsinə gəldikdə, onu qeyd etməliyəm ki, nəzərdə tutulan cinayət əməli (ictimai təhlükəli əməl) Cinayət Məcəlləsində təsbit edilməlidir. Lakin belə bir norma olmadığı üçün bu işlə məşğul olan subyektləri (yazan və yazdıran) cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

Azərbaycanda saxta elmi iş vasitəsilə özünə karyera quran şəxslər heç də az deyil. Bu insanlar danışanda daşıdığı elmi dərəcənin ona aid olmadığını dərhal hiss edirsən. Bu bizim sovetlər dönəmindən qalan bəlamızdır".

Aidiyyəti dövlət qurumu: Bu, qlobal problemdir!

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) sorğuya cavab olaraq bildirilib ki, buraxılış və dissertasiya işlərinin başqası tərəfindən yazıldığını aşkarlamaq, onu sübut etmək kifayət qədər çətindir:

"Bu məsələ qlobal problemdir. Təəssüf ki, bütün dünyada bu cür hallar getdikcə daha geniş vüsət alır. Belə halları aşkarlamaq və sübut etmək kifayət qədər çətindir. İndiyədək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu məsələ ilə bağlı müraciət və ya şikayət daxil olmayıb. Azərbaycanda bu cür hallar aşkarlanarsa, müəlliflik hüququnun, elmi dərəcənin və elmi adın ləğvi istiqamətində müxtəlif tədbirlər görmək olar. Lakin bunlar Elm və Təhsil Nazirliyinin deyil, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının və Əqli Mülkiyyət Agentliyinin səlahiyyətlərinə daxildir".

EATDA-dan qeyd edilib ki, bununla yanaşı, elm və ali təhsil müəssisələrində də əlavə tədbirlər həyata keçirmək mümkündür:

"Məsələnin Elmi Şurada müzakirə olunması, müxtəlif cəza tədbirlərinin tətbiqi, daha ciddi hallarda hüquq-mühafizə orqanlarına müraciət edilməsi buraya aid edilə bilər. Hesab edirik ki, bu tipli məsələlərlə yalnız ayrı-ayrı təşkilatlar deyil, respublikanın bütün elmi ictimaiyyəti mübarizə aparmalıdır".

Qeyd edilənlərdən belə nəticə çıxır ki, elmi işlərin yazdırılması yalnız bir tələbənin deyil, bütün cəmiyyətin məsələdir. Burada "sağlam yanaşma sağlam gələcəkdir" prinsipi hər bir fərd və qurum üçün prioritet olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see292

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see157

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see152

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri