Icma.az
close
up
RU
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb

Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir vaxtlar şəhərin mərkəzi hissələrindən birində yaşayan sakinlər binaları söküləndən sonra çıxılmaz vəziyyətdə qalıblar. 

Sakinlər deyirlər ki, 2017-ci ildə evləri plana düşərkən seviniblər, ancaq sevinləri çox uzun çəkməyib. Şikayətçilərin sözlərinə görə, kirayə pulları verilmədiyinə görə öz hesablarına şəhərətrafı qəsəbələrdə yaşamağa məcbur qalıblar. 

Onlar mövcud vəziyyətlə bağlı məhkəməyə müraciət ediblər. Dediklərinə görə, məhkəmə onların xeyrinə qərar verib, amma qərar icra olunmur. Müraciətləri isə illərdir ki, nəticəsizdir. 

Qeyd edək ki, bir neçə il bundan öncə paytaxda yeni tikilən binalarda bir mənzilin bir neçə şəxsə satılması faktı geniş miqyas almışdı. Bu istiqamətdə çoxsaylı məhkəmə prosesləri gedirdi. Son vaxtlar isə vətəndaşlar yenidən bu problemlə üzləşirlər. 

Digər bir problem isə odur ki, bir ərazi şirkət tərəfindən alınırsa, orada yaşayan vətəndaşa həmin ərazidə deyil, ucqar bir ərazidə ev təklif olunur. Vətəndaş isə bununla razılaşmır, uzun illər yaşadığı ərazidə yaşamaq istəyir. 

Niyə son vaxtlar şirkətlərlə vətəndaş arasında bu qəbildən problemlər yenidən vüsət alıb.

Hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, əvvəllər vətəndaşlar alacaqları mənzilin bir neçə nəfərə satılması ilə bağlı problemlər yaşayıblar: 

“Belə ki, bir mənzil 5-6 nəfərə satılırdı. Bununla bağlı bir çox şirkətlərdə məsul şəxslərlə bağlı cinayət işləri başladı, hökm verildi. Elə proseslər var idi ki, orada 300-500 nəfər zərəçəkmiş şəxs kimi tanınmışdı. 

Yəni onlardan evin pulu alınmışdı, ancaq ev təqdim olunmamışdı. Bununla bağlı prokurorluqda, istintaq orqanlarında, aparılan cinayət işlərinin nəticəsində vətəndaşlar da bir qədər ayıq-sayıq davranmağa başladılar. Bu proseslərin sayı müəyyən obyektiv və subyektiv səbəblərdən azalmağa başladı. Təəssüflər olsun ki, son günlər sosial şəbəkələrdə vətəndaşların oxşar şikayətlərinin artması ilə bağlı müşahidələr var. 

Bunun səbəbini tam əminliklə demək mümkün deyil. Ola bilsin ki, bu sahəyə nəzarət azalıb və belə hallar yenidən gündəmə gəlib. Vətəndaşlar mənzil-tikinti kooperativlərindən, binanı tikən şirkətlərdən ev alan zaman müqavilə bağlayanda, kifayət qədər diqqətli olmalıdırlar. Çünki sonradan bu problemləri həll etmək çox çətin olur. Müəyyən rəsmiləşdirmələr aparılır, cinayət işi başlanılır, müəssisənin direktoru həbs olunur. 

Ancaq vətəndaşlara dəyən ziyanın geri qayıtması kifayət qədər çətin olur. Yəni həmin şəxslər həbs olunsa, cəza verilsə də, onların öz adında heç bir əmlak, heç bir gəlirləri olmadığı üçün vətəndaşlara vurulan ziyanın geri qaytarılması mümkünsüz olur. 

Bu baxımdan, vətəndaşlar daha etibarlı, əvvəllər başqa yerlərdə bina tikmiş və heç bir problem yaşamamış şirkətlərlə müqavilə bağlayıb, onlardan mənzil almağa daha çox üstünlük verməlidirlər. Yeni yaranmış, tanınmayan şirkətlərdə bu proseslər mümkündür”. 

Yeni bina tikilərkən ərazilərin alınmasına gəldikdə isə hüquqşünas deyir ki, sakinlərlə müqavilə bağlanması prosesi var: 

“Əvvəllər bu qayda fərqli idi. Bu işlər torpaqların dövlət ehtiyacı üçün alınması ilə bağlı qanunvericiliyə uyğun həyata keçirilirdi. Yəni Nazirlər Kabineti qərar qəbul edirdi və ərazi üzrə icra hakimiyyətinə tapşırılırdı ki, həmin ərazidə olan evlər, torpaqlar dövlət ehtiyacı üçün alınsın. Alındıqdan sonra hər hansı bir şirkətə bina tikilməsi üçün icazələr verilsin. 

Belə olduqda da vətəndaşlar müəyyən qədər itkilərlə qarşılaşırdı, razılığın əldə olunması çətin olurdu, məhkəmələr başlayırdı. Ya icra hakimiyyəti məhkəməyə müraciət edirdi, bir çox hallarda vətəndaşlar verilən kompensasiya ilə razılaşmadığı üçün məhkəmələrə müraciət edirdilər. 

Bu proseslər kifayət qədər uzanırdı. Həmin müddətdə də vətəndaşlara maddi ziyan dəyirdi. Sonradan dövlət orqanları anladılar ki, şirkət  kifayət qədər pul qazanır, buna rəğmən vətəndaşla dövlət orqanları məhkəmədə üz-üzə qalırlar. Buna görə də yeni metoda keçildi. Pilot layihə deyilən bir metoddan istifadə edildi. 

Şirkətlərə imkan verildi ki, yeni tikiləcək ərazidə vətəndaşlarla özləri danışsınlar, müqavilə bağlasınlar. Vətəndaşı da, şirkəti də təmin edən razılaşmanı əldə etsinlər və bundan sonra tikinti işlərinə başlasınlar. Yəni vətəndaşlar öz əmlaklarını şirkətlərə hansı şərtlərlə satmaqda sərbəstdirlər. 

“Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanunda torpaqların, əmlakların, binaların, evlərin hansı əsaslarla alınması ilə bağlı müəyyən qaydalar var. Ancaq pilot layihələrdə şirkət vətəndaşla danışması, artıq ortaq məxrəcə gəlmək şirkətlə vətəndaş arasında olan məsələdir. 

Vətəndaş təbii olaraq öz əmlakına istədiyi dəyəri qoya bilər, şirkətə də uyğundursa, onun dəyərini ödəməklə həmin əmlakı əldə edə bilər. Həmin müqavilədə müxtəlif şərtlər nəzərdə tutula bilər. Ola bilər ki, evin tam dəyəri ödənilir, yaxud bəzi hallarda öz əmlakını şirkətə satan şəxsə yeni binadan mənzil verilir. 

Tikinti gedən, həmin vətəndaşın kirayədə qaldığı müddətdə çəkilən xərc şirkət tərəfindən ödənilir. Yəni müxtəlif şərtlər nəzərdə tutula bilər. Pulu ödəyib, həmin şəxsin başqa yerə köçürülməsi şərtinin bütün hallarda keçərli olması düzgün deyil. Şirkətlə vətəndaş öz aralarında müxtəlif formatda razılığa gələ bilərlər”. 

Həmsöhbətimiz deyir ki, şirkətin vətəndaşa onun seçdiyi ərazidə yaşaması kimi tələb qoymaq hüququ yoxdur:

“Vətəndaşın hüququ var. Məsələn, Səbail rayonu ərazisində özünə məxsus olan evə elə bir dəyər qoyur ki, həmin dəyərin əvəzində yenə də həmin rayonun ərazisində, oxşar şəraitli mənzili əldə edə bilsin. Yəni vətəndaşın hüququdur ki, şərtlərini irəli sürüb tələb etsin və şirkət də o tələblər uyğun davransın”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Şirkət sakinlər Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri