Buray Bakıda unudulmaz musiqi gecəsi yaşatdı FOTO
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Event Office-in təşkilatçılığı ilə məşhur türk müğənnisi Buray Bakıda möhtəşəm konsert proqramı ilə səhnəyə çıxaraq paytaxt sakinlərinə unudulmaz bir musiqi gecəsi yaşadıb.
Sherg.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan konsertə böyük maraq göstərilib və zal tam dolu olub.
Sənətçi gecə boyunca fərqli üslubları bir araya gətirən, enerjili və duyğulu ifaları ilə tamaşaçıların qəlbini fəth edib. Onun səhnə performansı, dinamikliyi və auditoriya ilə qurduğu səmimi ünsiyyət konsertin ab-havasını daha da yüksəldib.
Konsert müddətində Buray həm yeni ifalarını, həm də illərdir sevilən hitlərini səsləndirərək zalda xüsusi bir musiqi atmosferi yaradıb. Hər mahnının sonunda alqış səsləri uzun müddət dayanmayıb, tamaşaçılar sənətçini ayaqüstə alqışlayıblar.
Gecənin ən yaddaqalan və emosional anı isə Burayın məşhur Azərbaycan mahnısı “Ayrılıq”ı canlı ifa etməsi olub. Onun bu mahnını səmimi və yüksək duyğuyla səsləndirməsi zalda böyük təəssürat yaradıb. Tamaşaçılar mahnının ilk notlarından etibarən emosional anlar yaşayıb, bir çoxu ifaya qoşularaq birlikdə oxuyub.
Elmar İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















