Icma.az
close
up
RU
Buraya giriş pullu oldu….. KONKRET

Buraya giriş pullu oldu….. KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Romada turistlər artıq dünyaca məşhur Trevi Fəvvarəsinə daxil olmaq üçün ödəniş etməlidirlər. Fəvvarənin birbaşa yanında yerləşən məhdud zonaya giriş haqqı 2 avro müəyyən edilib.

KONKRET.az bildirir ki, bu qərar İtaliya paytaxtının rəhbərliyi tərəfindən ziyarətçi axınını daha yaxşı tənzimləmək və həddindən artıq izdihamın qarşısını almaq məqsədilə qəbul olunub.

Yeni giriş sistemi həftənin əksər günlərində 09:00–22:00 saatlarında qüvvədə olacaq. Bazar ertəsi və cümə günləri isə giriş 11:30–22:00 aralığında mümkün olacaq. İlkin mərhələdə bir istisna da nəzərdə tutulub: ilk bazar ertəsi günü ödənişli giriş 09:00-dan başlayacaq. Fəvvarənin qarşısındakı meydan isə hər kəs üçün pulsuz qalacaq.

İki avroluq biletləri əvvəlcədən onlayn şəkildə – ingilis və italyan dillərində fəaliyyət göstərən xüsusi veb-sayt vasitəsilə almaq mümkündür. Biletlər həmçinin fəvvarənin girişində kredit kartı ilə, eləcə də bir neçə turist məlumat mərkəzində satışa çıxarılıb. Roma sakinləri üçün giriş ödənişsizdir.

Əlilliyi olan şəxslər və onların müşayiətçiləri, həmçinin 6 yaşdan kiçik uşaqlar da ödənişdən azaddırlar.

Qeyd edək ki, Romanın mərkəzində yerləşən Trevi Fəvvarəsi Əbədi Şəhərin ən məşhur görməli yerlərindən biridir. Abidə xüsusilə Federiko Fellininin “La Dolce Vita” filmində Anita Ekberqin çimmə səhnəsindən sonra dünya miqyasında şöhrət qazanıb.

Hər gün on minlərlə turist fəvvarəni ziyarət edir, şəkil çəkdirir və suya sikkə atır. Həddindən artıq sıxlıq isə tez-tez fəvvarə ətrafını “ən yaxşı selfi” uğrunda yarış meydanına çevirir.

Artıq təxminən bir ildir ki, ziyarətçilərin sayı məhdudlaşdırılıb — eyni anda 400 nəfərdən çox insanın əraziyə daxil olmasına icazə verilmir. Ötən il Trevi Fəvvarəsini 10 milyondan çox insan ziyarət edib, pik günlərdə isə bu rəqəm 70 min nəfərə çatıb.

Şəhər rəsmiləri bildirirlər ki, ödənişli giriş tıxacların azaldılması, turistlərin rahatlığının artırılması və Romanın ən məşhur tarixi abidələrindən birinin qorunması məqsədi daşıyır.\\Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Fevral 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri