Icma.az
close
up
RU
Bürcləri iyulda nələr gözləyir? Yeni iş, romantika və...

Bürcləri iyulda nələr gözləyir? Yeni iş, romantika və...

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

İyul ayı ulduzların hərəkəti ilə bürclərə yeni dinamikalar gətirir. 4 iyuldan etibarən sevgi, harmoniya və zövq planeti Venera Əkizlər bürcünə keçir. Bu keçid ünsiyyət bacarıqlarını gücləndirir, zehni çevikliyi artırır və münasibətlərdə incəlik tələb edir. Hər bir bürc üçün fərqli təsirlər yaradan bu dövr, həm şəxsi, həm də peşəkar sahədə mühüm dəyişikliklərə zəmin hazırlayır.

Sfera.az iyul ayının qoroskopunu təqdim edir:

Qoç

Qoçlar və yüksələni Qoç bürcündə olanlar, 4 iyulda Veneranın Əkizlər bürcünə keçməsi ilə zehni canlılıq qazanırsınız və ətrafınızdakı insanlarla ünsiyyətiniz artır. Bu, yalnız daha çox danışmaq deyil, həm də nə deyəcəyinizi və necə deyəcəyinizi daha diqqətli tərəziyə çəkmək deməkdir. İfadə tərziniz işdə və şəxsi həyatda diqqət çəkəcək. Qısamüddətli təlimlər, təqdimatlar, məsləhətlər, sənədləşmə işləri (bank, məktəb, sığorta və ya sağlamlıqla bağlı) gündəmdə ola bilər.

Buğa

Buğa və yüksələn Buğa bürcü olanlar, Veneranın Əkizlər bürcünə keçməsi ilə iyulda sahib olduqlarınızdan necə istifadə etdiyiniz, nəyə dəyər verdiyiniz yenidən nəzərdən keçirilir. Kiçik görünən, amma sizi yorub incidən xərcləri həyatınızdan çıxara bilərsiniz. Maddi təhlükəsizliklə bağlı vacib addımlar ata bilərsiniz.

Əkizlər

Əkizlər və yüksələn Əkizlər bürcü olanlar, iyulda Veneranın bürcünüzə keçməsi ilə diqqətləri üzərinizə çəkəcəyiniz bir dövr başlayır. Haqqınızdakı ilk təəssüratların daha çox əhəmiyyət qazandığını görə bilərsiniz. Təkcə görünüşünüz deyil, həm də enerjiniz, üslubunuz və bədən diliniz ön plandadır. “Bu görünüş mənə yaraşırmı?” sualını özünüzə daha tez-tez verəcəksiniz. Öz imicinizdə kiçik toxunuşlar etmək üçün çox əlverişli zamandır.

Xərçəng

Xərçənglər və yüksələn Xərçəng bürcündə olanlar, iyul ayında Veneranın Əkizlər bürcünə keçməsi ilə geri çəkilmək, sürəti azaltmaq və daxili dünyanızı dinləmək ehtiyacı hiss edəcəksiniz. Sizi bir müddətdir düşündürən, amma ifadə edə bilmədiyiniz hisslərlə baş-başa qala bilərsiniz. Münasibətlərdə “bu mənə xoş gəlir, yoxsa sadəcə vərdişdir?” sualını daha çox verə bilərsiniz. Duyğularınızı daha yaxşı anlamaq və hansı hisslərin həqiqi, hansılarının qaçış olduğunu ayırd etmək fürsətiniz olacaq.

Şir

Şirlər və yüksələn Şir bürcü olanlar, iyulun 4-dən etibarən Veneranın Əkizlər bürcünə keçməsi ilə sosial çevrənizdə yeni dinamikalar yaranır. Uzun müddətdir görmədiyiniz, amma ruhunuza toxuna biləcək insanlarla yollarınız kəsişə bilər. Xüsusilə fərqli dünyagörüşü, intellektual və yaradıcı güclü tərəfləri olan insanlarla bir araya gəlmək gələcək planlarınıza yeni baxış qata bilər. “Mən kiminlə eyni masada otururam, kimlə hədəflər qoyuram?” sualı daha çox ön plana çıxır. Bəlkə də sürpriz bir görüş uzunmüddətli bir layihənin başlanğıcı olacaq.

Qız

Qızlar və yüksələn Qız bürcü olanlar, iyul ayında karyera sahənizdə irəliləməyə başlayırsınız. İş həyatınızda daha çox fərq olunacaq, təqdir ediləcək və diqqət çəkəcəksiniz. Xüsusilə rəhbərlərlə münasibətlər, iş yoldaşları ilə dialoqlar və peşəkar imiciniz ön plandadır. Sadəcə işinizi yaxşı görmək kifayət etməyəcək, onu necə təqdim etdiyiniz də böyük əhəmiyyət daşıyacaq. Əgər yüksəliş, mövqe dəyişikliyi və ya yeni layihəyə başlamağı düşünürsünüzsə, bu ay atacağınız addımlar yaxın həftələrdə müsbət nəticə verə bilər. Əvvəllər etdiyiniz təkliflərin yenidən gündəmə gəlməsi mümkündür.

Tərəzi

Tərəzilər və yüksələn Tərəzi bürcü olanlar, iyulda Veneranın Əkizlər bürcünə keçməsi ilə həyata baxış tərziniz dəyişir. Uzun müddətdir eyni yerdə qalmaq sizi sıxa bilər. Fərqli mədəniyyətlər, yeni fikirlər və təhsil sahələri ilə maraqlanmaq sizə nəfəs aldıracaq. Geniş düşünmək, sərhədlərinizi aşmaq istəyirsiniz. Xüsusilə yazı, tədris, tərcümə, məsləhətçilik və akademik fəaliyyətlə məşğul olan Tərəzilər üçün diqqət çəkmək şansı yüksəlir.

Əqrəb

Əqrəblər və yüksələn Əqrəb bürcü olanlar, iyul ayında Veneranın Əkizlər bürcünə keçməsi ilə başqaları ilə olan münasibətlərinizdə həm maddi, həm də emosional baxımdan mühüm dəyişikliklər yaşana bilər. Həyat yoldaşınızın gəliri, miras məsələləri, bank kreditləri, ortaq hesablar və ya aliment mövzuları ön plana çıxa bilər. Daha əvvəl müraciət etdiyiniz, amma dayanan bir kredit prosesi varsa, bu ay yenidən aktivləşə bilər. Həll yönümlü dialoqlar üçün yaxşı zamandır.

Oxatan

Oxatanlar və yüksələn Oxatan bürcü olanlar, iyul ayında Veneranın Əkizlər bürcünə keçməsi ilə münasibətlər, ortaqlıqlar və həyatınızdakı “biz” mövzusu ön plana çıxır. Təkcə romantik münasibətlər deyil, həm də iş ortaqlıqları, yaxın dostluqlar və hər cür razılaşmalar diqqət tələb edir. Qarşılıqlı dialoqlar və əlaqələrinizin keyfiyyəti bu dövrdə sizin üçün çox əhəmiyyətli olacaq.

Oğlaq

Oğlaqlar və yüksələn Oğlaq bürcü olanlar, iyul ayında Veneranın Əkizlər bürcünə keçməsi ilə gündəlik həyatınıza müxtəliflik gəlir. Lakin hər şeyi eyni anda etməyə çalışmaq sizi yora bilər. İş yükünüzü ağıllı bölüşdürmək və kiçik, amma davamlı olaraq yorucu işləri sadələşdirmək lazımdır. Bəzi məsuliyyətləri başqalarına həvalə etmək və ya iş bölgüsünü yenidən qurmaq üçün əlverişli zamandır. Davamlı bölünməkdən yorulmusunuzsa, indi sistem qurmağın tam zamanıdır.

Dolça

Dolçalar və yüksələn Dolça bürcü olanlar, iyul ayında Veneranın Əkizlər bürcünə keçməsi ilə həyatınızda səhnə sizin üçün açılır. Diqqət çəkmək üçün xüsusi səy göstərməyinizə ehtiyac yoxdur. Tək ehtiyacınız özünüzü daha yaradıcı və sərbəst ifadə etməkdir. Xüsusilə sosial media, səhnə çıxışları və ictimaiyyət qarşısında təqdimatlar üçün bu ay əla zamandır. Əyləncəli və yaradıcı yanaşmanız bir çox sahədə üstünlük təmin edə bilər.

Balıqlar

Balıqlar və yüksələn Balıq bürcü olanlar, iyul ayında Veneranın Əkizlər bürcünə keçməsi ilə ev mühitinizdə dəyişiklik etmək arzusu güclənir. Lakin bu, böyük təmir işləri demək deyil. Əksinə, zehni dağınıqlığı azaldacaq, evinizə təravət qatacaq kiçik, amma təsirli dəyişikliklər etmək istəyirsiniz. Evinizi “nəfəs alan” məkana çevirmək üçün gözəl zamandır.

Fidan Hacızadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri