Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Burun tutulması və asqırma nədən xəbər verir? Həkimdən AÇIQLAMA

Burun tutulması və asqırma nədən xəbər verir? Həkimdən AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən insanlar burun tutulması, burundan selik ifrazı, asqırma kimi əlamətləri önəmsəmir və sadə allergik əlamət olduğunu düşünür.

Bəs maraqlıdır, bu əlamətlər başqa nədən xəbər verə bilər?

Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən allerqoloq Gülnar Quliyeva bildirdi ki, əgər burunla bağlı müəyyən şikayətlərdən uzun müddət əziyyət çəkirsinizsə, bu, allergik rinitin əlaməti ola bilər:

"Allergik rinit geniş yayılmış xəstəliklərdən biridir və xüsusilə allergenlərlə təmasdan sonra özünü daha qabarıq şəkildə göstərir. Allergik rinitin əsas və xarakterik əlamətləri burundan nəfəs almağın çətinləşməsi, tez-tez asqırma, burundan seliyin ifraz olunması və burunda qaşınmadır. Bəzi pasiyentlərdə bu simptomların dördü də eyni vaxtda müşahidə olunur. Lakin hər bir insanda xəstəlik eyni şəkildə özünü göstərmir. Bəzi pasiyentlər yalnız bir simptomdan, məsələn, burun tutulmasından və ya burunda qaşınmadan əziyyət çəkə bilər. Buna görə də simptomların sayından asılı olmayaraq, uzun müddət davam edən şikayətlərə ciddi yanaşmaq lazımdır".

Həkim qeyd etdi ki, allergik rinitin digər mühüm xüsusiyyəti onun uzunmüddətli xarakter daşımasıdır:

"Xəstəlik aylarla, hətta illərlə davam edə və insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Burun tutulması səbəbindən yuxu pozula, gecələr ağızdan nəfəsalma yarana və gündəlik fəaliyyətlər çətinləşə bilər. Allergik rinit bronxial astmanın inkişafı üçün risk yaradan amillərdən biri hesab olunur. Xəstəliyin gedişində müxtəlif faktorlar, o cümlədən stress, virus infeksiyaları, soyuqdəymə, bəzi kimyəvi maddələrlə təmas və zərərli vərdişlər tənəffüs yollarında problemləri daha da ağırlaşdıra bilər. Nəticədə allergik rinit fonunda aşağı tənəffüs yollarının da prosesə cəlb olunması və bronxial astma əlamətlərinin meydana çıxması mümkündür. Bu səbəbdən burun tutulması, davamlı asqırma, burundan selik gəlməsi və burunda qaşınma kimi şikayətlər uzun müddət davam edirsə, onları sadəcə adi soyuqdəymə kimi qiymətləndirmək düzgün deyil. Vaxtında həkimə müraciət etmək, xəstəliyin səbəbini müəyyənləşdirmək və uyğun müalicəyə başlamaq vacibdir. Erkən diaqnostika həm simptomların nəzarətdə saxlanmasına, həm də xəstəliyin ağırlaşma riskinin azaldılmasına kömək edə bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri