Icma.az
close
up
RU
Burun açan spreylər sizi nəfəssiz qoya bilər Həkimdən AÇIQLAMA

Burun açan spreylər sizi nəfəssiz qoya bilər Həkimdən AÇIQLAMA

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Burun spreyləri  burun axıntısı və tutulması zamanı təcili yardım vasitəsi kimi istifadə olunsa da, onların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər. Xüsusilə, asılılıq, selikli qişanın xroniki şişməsi, hətta burun toxumalarının zədələnməsi halları baş verə bilər.

Lent.az xarici mediyaya istinadən xəbər verir ki, bu barədə amerikalı həkim Kukadiya Surac “TikTok” hesabında paylaşım edib. 

Həkimin sözlərinə görə, burun spreyləri müəyyən qan damarlarını daraldaraq burun axıntısını azaldır və simptomları müvəqqəti olaraq yüngülləşdirir.

Problem ondadır ki, insanlar bu spreylərdən 2-3 gündən artıq istifadə edirlər. Bu isə “medikamentoz rinit” adlanan vəziyyətin yaranmasına səbəb olur.

“Medikamentoz rinit çox çətin sağalır.  Dərmanı qəbul etməyi dayandıran kimi sizdə yenidən ağır əlamətlər  baş verir və spreydən təkrar istifadə etmək ehtiyacı hiss edirsiniz,” – həkim izah edib.

Rinit xəstəliyi burun tutulması üçün istifadə olunan sprey, damcı və ya gellərdən istifadə edən hər kəsdə yarana bilər. Bu halın əsas əlaməti burun tutulmasıdır. Bu, burun keçidlərində qaşınma, burun axıntısı və asqırma ilə də müşayiət oluna bilər. Rinitin əksər növləri gözlərə, qulaqlara və ya boğaza da təsir edən əlavə əlamətlərlə müşayiət olunur.

Bəs burun spreylərindən nə zaman istifadə etmək olmaz?

Preparatın tərkib hissələrinə qarşı allergiya və ya yüksək həssaslıq olduqda, məsələn, konservantlara və ya əsas aktiv maddəyə qarşı;

Burun selikli qişasının zədələnməsi zamanı (yara, əməliyyat sonrası vəziyyət, burun travması) bəzi spreylər sağalma prosesini daha da çətinləşdirə bilər;

Hamiləlik və laktasiya dövründə bəzi spreylər bu dövrdə tövsiyə edilmir və yalnız həkim göstərişi ilə istifadə olunur;

Uşaqlar bəzi burun spreyləri müəyyən yaşa qədər olan uşaqlara (məsələn, 2 və ya 6 yaşa qədər) qətiyyən istifadə edilməməlidir;

Yüksək qan təzyiqi, ürək xəstəlikləri, tireotoksikozu olan insanlarda damar daraldıcı burun spreyləri ehtiyatla istifadə olunmalıdır, çünki onlar təzyiqi artıra və taxikardiyaya səbəb ola bilər.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri