Icma.az
close
up
RU
Bürünc döyüşü: Baxşıyev və Berdıyevin komandaları bu gün və sabah TƏHLİL

Bürünc döyüşü: Baxşıyev və Berdıyevin komandaları bu gün və sabah TƏHLİL

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında bir oyun keçiriləcək.

İdman.biz xəbər verir ki, XXXI tur “Qarabağ” və “Neftçi” arasında Azərbaycan derbisi ilə əlamətdar olsa da, həftənin mərkəzi qarşılaşması məhz bu gün keçiriləcək.

3-cü pillədə qərarlaşan “Araz-Naxçıvan” 4 xal qabaqladığı “Turan Tovuz”u qəbul edəcək. “Liv Bona Dea Arena”dakı görüş həm də Konfrans Liqasına vəsiqə verən bürünc mükafat baxımından böyük əhəmiyyət kəsb edir. Bu üzdən də qarşılaşma “Bürünc döyüşü” sayılır.

Əlçatmaz gümüş, uzaq izləyicilər
Nəzəri cəhətdən “Araz-Naxçıvan” da, “Turan Tovuz” da hətta 2-ci yerə şanslarını da qoruyur. Amma gümüşə hamıdan yaxın sayılan “Zirə”nin yaxşı formada olması, izləyicilərinin isə o qədər sabit oynamaması göz önündədir. Bu üzdən naxçıvanlıların 6, tovuzluların 11 xallıq fərqi aradan qaldırması real deyil. Hər iki komanda üçün gümüş əlçatmaz hesab edilə bilər. 5-ci pillədəki “Sabah”ın 3-cü yerdən 16 xal geri qalması faktı da diqqət çəkir. Bu onu göstərir ki, bürünc döyüşündə 3-cü tərəf olmayacaq.

Bürünc üçün qızıl xallar
“Araz-Naxçıvan”la “Turan Tovuz” bürünc uğrunda mübarizə aparsa da, şəxsi oyundakı xallar qızıla bərabərdir. Hətta belə duellərdə qələbənin 3 deyil, 6 xal dəyərində olduğu deyilir. Təbii ki, bunu hər iki komanda da dərk edir. Elmar Baxşıyevin yetirmələri üçün qələbə bürünc və Avropaya vəsiqə anlamına gələ bilər. İndi 5 xal öndə olan Naxçıvan təmsilçisi üstünlüyünü 8 xala çatdırsa, son beş turda bunu əldən verməz. Meydan sahibləri üçün heç-heçə də pis nəticə sayılmır. Beş xallıq üstünlüyün qorunması komandanı bürünc döyüşündə xeyli öndə saxlayacaq. Tovuz klubu cəzalı baş məşqçisi Kurban Berdıyevsiz mütləq qalib gəlməlidir. Fərqi 2 xala endirmək də “Turan Tovuz”a kifayət etməyəcək. Sadəcə mübarizəni kəskinləşdirəcək və son 5 turda qiyabi döyüş yaşanacaq.

Çətin finiş
“Araz-Naxçıvan” bu tur istədiyini əldə etsə, qarşıdakı iki oyunda bürüncü rəsmiləşdirə bilər. Bunun üçün rəqiblər də münasib olacaq. Xilas üçün sonadək döyüşəcək autsayder “Səbail” və çempionatda heç bir iddiası qalmayan “Sabah” Baxşıyevin komandasının gücünə görədir. Əvəzində finiş çox çətin olacaq. Həmin vaxtadək qızılla gümüşü təmin edən “Qarabağ”la “Zirə”yə qarşı duellər, həmçinin Şamaxı səfəri ilk iki matçdan daha çətin görünür.

“Araz-Naxçıvan”ın son 5 oyunu:
XXXII tur. “Səbail” (s)
XXXIII tur. “Sabah” (e)
XXXIV tur. “Qarabağ” (s)
XXXV tur. “Şamaxı” (s)
XXXVI tur. “Zirə” (e)

Ev üstünlüyü
“Turan Tovuz” 3-cü yerlə fərqi azalda bilsə, daha sərfəli finişdən yararlana bilər. Berdıyev cəzalı olsa da, tribunadan komandasını bürüncə daşıyacaq təcrübəyə malikdir. Qərb klubu son 5 matçdan üçünü evdə keçirəcək. Qonaqlar da heç də qorxulu görünməyən “Şamaxı”, “Neftçi” və “Kəpəz”dir. Yalnız “Zirə” ilə səfər görüşü çətin olacaq Tovuz təmsilçisinin Sumqayıtda da istədiyi nəticəni qazanması mümkündür.
“Turan Tovuz”un son 5 oyunu:
XXXII tur. “Şamaxı” (e)
XXXIII tur. “Zirə” (s)
XXXIV tur. “Neftçi” (e)
XXXV tur. “Sumqayıt” (s)
XXXVI tur. “Kəpəz” (e)

Bürüncsüz də Avropa var
Son oyunların təqvimi “Turan Tovuz”un yeganə üstünlüyü deyil. Qərblilər bütün fikrini Premyer Liqaya yönəldibsə, “Araz-Naxçıvan” bir deyil, iki cəbhədə döyüşür. Avropaya çıxmaq üçün həm çempionat, həm kubokda mübarizə aparmaq mövsümün sonunda yorğunluq anlamına gəlir. Mövsümün sonunda bürüncə sahib çıxacaq komanda təkcə tarixinin ilk mükafatını qazanmış olmayacaq, həm də Konfrans Liqasına yüksələcək. Amma "üçlük”dən kənarda qalmaqla da bunu etmək olar. “Araz-Naxçıvan”ın özü əvvəl “Qarabağ”ı, finalda isə “Sabah” – “Neftçi” cütünün qalibini üstələsə, kubokun sahibi kimi Avropa Liqasına yollanacaq. Bu, “Turan Tovuz”u 3-cü ya 4-cü yeri tutmasından asılı olmayaraq Konfrans Liqasına aparacaq. Kuboku “Qarabağ”ın qazanması da həm 3-cü, həm 4-cü yeri Avropaya aparacaq. Amma finalı gözləməmək, başqalarından asılı olmamaq üçün bürüncü ələ keçirmək lazımdır. Bürünc döyüşü isə bugünkü qiyabi mübarizə ilə qızışır.

Qeyd edək ki, “Araz-Naxçıvan”la “Turan Tovuz”un matçı saat 19:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Aprel 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri