Burunsuz adam saxlanıldı FOTO
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Florida ştatında adi yol polis yoxlaması gözlənilməz narkotik əməliyyatına çevrilib. Saxlanılan avtomobildə diqqətçəkən əşyalar aşkar edilsə də, əsas təfərrüat şübhəlinin özü olub.
Demokrat.az xəbər verir ki, ABŞ-ın Florida ştatında polis əməkdaşları adi yol yoxlaması zamanı olduqca qeyri-adi şübhəli ilə qarşılaşıblar.
“New York Post”un məlumatına görə, anadangəlmə burnu olmayan və ətrafında “Burunsuz adam” kimi tanınan 46 yaşlı Çarlz Uilson Pastorenin olduğu avtomobildə aparılan axtarış zamanı narkotik maddə, külli miqdarda nağd pul və seriya nömrəsi silinmiş tapança aşkarlanıb.
Pastore sentyabrın 3-də Fort-Loderdeyl şəhərində ağ rəngli “Mercedes-Benz” markalı avtomobildə hərəkət edərkən polis tərəfindən saxlanılıb. Əməkdaşların avtomobildə narkotik maddə olduğundan şübhələnməsindən sonra K-9 iti işə cəlb edilib. İt avtomobilin içərisində gizlədilən maddələrin yerini müəyyənləşdirib.
Xüsusi təlim keçmiş itin köməyi ilə polis birbaşa narkotik maddələrin olduğu yerə gedib. Avtomobildə 17 qramdan çox metamfetamin və təxminən 3,5 qram kokain aşkarlanıb. Lakin axtarış zamanı tapılanlar bununla məhdudlaşmayıb.
Polis protokoluna əsasən, avtomobilin arxa oturacağında yerləşən bel çantasında narkotik maddə qalıqları olan elektron dəqiq tərəzi, 3 515 dollar nağd pul və seriya nömrəsi silinmiş, dolu yarımavtomat tapança tapılıb.
Araşdırmanı genişləndirən polis əməkdaşları Pastorenin başqa avtomobili idarə edən şəxslə birlikdə hərəkət edərək narkotik ticarəti ilə məşğul olduğundan şübhələniblər.
Pastoreyə metamfetamin ticarəti, metamfetamin və kokain saxlamaq, həmçinin narkotik istifadəsi üçün avadanlıq saxlamaq ittihamları irəli sürülüb.
Bundan əlavə, polis Pastorenin üzərində saxta sürücülük vəsiqəsinin də aşkarlandığını bildirib.
46 yaşlı şübhəli bir müddət həbsdə saxlanıldıqdan sonra sentyabrın 8-də 37 min dollar girov müqabilində azad edilib.
Pastorenin vəkili barədə hələlik məlumat əldə edilmədiyi bildirilib. Fort-Loderdeyl Polisi və Brouard dairəsi Şerif İdarəsindən hadisə ilə bağlı əlavə məlumat istənilib.

Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:49
Bu xəbər 15 Sentyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları