Icma.az
close
up
RU
Buşehr AES ə hər hansı zərbə ehtimalı radiasiya sızması baxımından risklər formalaşdırır Hərbi ekspert

Buşehr AES ə hər hansı zərbə ehtimalı radiasiya sızması baxımından risklər formalaşdırır Hərbi ekspert

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İran Buşehr Atom Elektrik Stansiyasına (AES) mümkün zərbə endirilməsi halında regionda ciddi ekoloji və təhlükəsizlik risklərinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Buşehr AES-ə zərbə endirilməsi halında region üçün ən real risklər hansılardır? Azərbaycana mümkün təsirlər nə dərəcədə realdır?

Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, atom elektrik stansiyalarında nüvə yanacağından istifadə edilməsi dünya miqyasında hər zaman müəyyən riskləri gündəmdə saxlayır:

"Bəşəriyyət indiyə qədər İkinci Dünya müharibəsinin sonunda Yaponiyaya atılan bombalar, Çernobıl qəzası və Yaponiyada baş verən sunami nəticəsində zədələnən atom elektrik stansiyası kimi ciddi nüvə təhlükələri ilə üzləşib. Bu hadisələr radiasiyanın ətrafa yayılmasının nə dərəcədə fəlakətli olduğunu nümayiş etdirib. Hazırda Buşehr ətrafında baş verə biləcək hər hansı zərbə ehtimalı da ilk növbədə radiasiya sızması baxımından risklər formalaşdırır".

Ekspert əlavə etdi ki, Buşehrin Azərbaycana qonşu olan İran ərazisində yerləşməsi, külək vasitəsilə radioaktiv maddələrin ölkəmizə də yayıla bilmə ehtimalını yaradır, bu da müvafiq qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir:

"Buna baxmayaraq, hazırkı geosiyasi vəziyyətdə ABŞ-nin İranın atom elektrik stansiyasını birbaşa məhv etmək və beləliklə, öz müttəfiqləri də daxil olmaqla geniş bir coğrafiya üçün radioaktiv təhlükə yaratmaq niyyətində olduğu müşahidə edilmir. Baxmayaraq ki, zaman-zaman Buşehr AES-in fəaliyyətini məhdudlaşdırmaq məqsədilə həmin əraziyə müəyyən zərbələr endirilib, hazırda nə ABŞ, nə də İsrail tərəfindən ciddi bir fəlakətə səbəb olacaq dağıntı qeydə alınmayıb. MAQATE-nin mütəmadi hesabatları da radioaktiv fonun normalar daxilində olduğunu təsdiqləyir. Odur ki, mövcud vəziyyətdə real radioaktiv risklərdən danışmaq üçün əsaslı bir səbəb yoxdur. Bu baxımdan da əhali arasında təşvişə və ya narahatlığa lüzum görülmür".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Aprel 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri