Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Bütövlüyün qadın bayrağı Qənirə Paşayeva 50

Bütövlüyün qadın bayrağı Qənirə Paşayeva 50

Lent az saytına istinadən Icma.az xəbər verir.

Buradan Təbrizə kimi
Gül qalxıb dizə kimi
Gülüm, Tanrını sevərsən
Gəl gedək bizə kimi...

Biz görmədik ayrılıq nəğməsi çalan ölümü, biz eşitmədik ölümün ayrılıq nəğməsini. 

Elə bilirdik, ətrafımızdakı könül adamları ilə Təbrizdə badə qaldıracağıq - Ərkin sağlığına... Saatımızı «Saat qabağı»nın saatı ilə eyniləşdirəcəyik. Bakıdan Təbrizə uzanacaq qatarda bundan sonra heç vaxt yol yoldaşı ola bilməyəcimizi heç düşünmürdük. 

Şuşanı görməyən, Təbrizdən ayrı düşən mən... Görməyəcəklərimin sayı artacaqdır sən demə... Sən demə, Təbrizin, Kərkükün ümidli qızına da həsrət qalacağıq... Sən demə, arzularımıza deyil, ayrılıqlara yaxınlaşacağıq.

2016-cı ildə ilk görüşümüz baş tutan zaman “Bizim güneylilər gedib Avropada, Amerikada xarici dilləri öyrənməyə məcbur qalırlar. Sən ki onlardan deyilsən?!” – demişdi. Sonra da aramızda belə bir dialoq yaşanmışdı: 

- Öz dilimizi öyrənməyə cəhd edirəm, ancaq həm də, taleyə inanan birisiyəm. 

- Onda burada qalıb təhsil ala bilərsən. Ən azı burada sənin könül adamların var. Mən şəxsən dəstək olacağam sənə.

Bu fikir, bu söz həyatımın axarını dəyişdi. İstanbuldan həm əşyalarımı, həm xəyallarımı götürüb Bakıya gətirdim. 

Hər dəfə görüşəndə “Təbrizdə hava necədir?!” deyə soruşurdu. Dəyişməyən suala dəyişməyən cavabı verirdim. “Dumanlıdır, Qənirə xanım. Dumanlı!” Kədərli təbəssümü, iti baxışları ilə “Bilirəm!”- deyirdi. 

Təbrizdən, Kərkükdən gələn dostlar “Salam”dan sonra məndən Qənirə xanımı soruşurdu. Bir dəfə kitab təqdimatında zarafatyana özünə dedim: “Hər dəfə sizin haqqınızda danışmaqdan, “Yaxşıdır” deməkdənsə, haqqınızda bir kitab yazmalıyam, bəlkə oxuyub, sizi oradan tanısınlar”

Qənirə xanımla görüşmək arzusunda olan güneyli dostlara vasitə olurdum. Bircə zəngimlə onları qəbul edirdi. Saatlarla sözlərini dinləyirdi. Görüş bitdikdən sonra qonaqların təəssüratlarını öyrənirdim. Hamısının bir cavabı olurud: “Təbrizdən, Urmudan, Ərdəbildən danışılan sözlərdən yorulmur”. 

Həqiqətən də, o, Güney Azərbaycanın gözəlliklərindən, insanlarından doymadan bu dünyadan getdi. Güney Azərbaycandan gələn soydaşlarımızın problemlərinin həlli üçün əlindən gələni etdi. Bunun bir neçə dəfə şahidi olan şəxs kimi qətiyyətlə deyirəm. Özü də həmişə mənə deyirdi: “Belə problemlər olanda, çəkinmə, utanma, xəbər elə, əlimizdən gələni edəcəyik”. 

Qənirə Paşayeva həm də Güney Azərbaycan Azadlıq Hərəkatının mübarizə simvolu idi. Güneydə azadlıq uğrunda mübarizə aparan milyonlarla insanın sevdalısı idi. O, Bütövlüyün qadın bayraqdarı idi.

Bir dəfə Təbrizdə baş verən prosesləri müzakirə etdiyimiz zaman dedim: “Qənirə xanım, Sizi Güneydə o qədər sevirlər ki, bəlkə bir gün qismət olsa, getsəniz, Təbrizə gedən yollar bağlanacaq”. Baxdı, ürəkdən güldü... “Mütləq, gedəcəyik, bərabər gedəcəyik”- dedi.

“Facebook”da hər zaman Mövlana haqqında yazı paylaşdığımda oxuyub, görüşəndə həmin post haqqında danışardı. “Məsnəvi” stolüstü kitabımdır. Heç kitab onun kimi məni sakitləşdirə bilmir!” – deyirdi. Biz həm də söz dünyasının sakinləri idik. Əkbər Qoşalı ilə üçlükdə baş tutan görüşlərimizdə “Təbrizlə Tovuz eyni yerdir, T ilə başlayır, Z ilə bitir” – deyirdi. Bu sözü eşidən Qənirə xanımın yanaqları çiçəklənərdi. 

O, heç zaman “Siz güneylilər, siz təbrizlilər, siz ərdəbillilər” demədi. O, sözündə də, əməlində də göstərdi ki, bu torpağın adı Azərbaycandır: “Hamımızın bu torpaqda payı var, hamımız vətəndaşıq, güneylisi, quzeylisi, təbrizlisi, bakılısı yoxdur”.

Burada evləndiyim zaman o qədər sevinmişdi ki, zəng edib təbrik edəndə səsi titrəyirdi: “Buradan evlənməkdə çox yaxşı elədin, beləliklə, bütövləşirik”,- dedi. 
Bütövləşirdik, bütövləşə bilərik, ancaq bir neçə ildir sənsiz heç bir uğurun sevincini yaşamırıq, yaşaya bilmirik.

Dünyanın ən ağrılı, ən məşəqqətli işlərindən biri də məktub ünvanladığın şəxsin oxumayacağını bilə-bələ yazmağa davam etməkdir. Ona görə də Qənirə xanımın haqqında yaza bilmirdim, yazmaq istəmirdim. 50 illik yubileyinin çatdığını öyrənəndə isə ürəyim dözmədi. Düşündüm ki, yazmalıyam, elədiyi xeyirxahlıqların əvəzinin ödənilməyəcəyini bilə-bilə yazdım. 

Yazdım ki, VƏTƏNlə yaşıt Qənirə Paşayeva, 50 illiyin qutlu olsun. Bütövlüyün qadın bayraqdarı, qadın bayrağı. Torpağın sanı adın yaşasın. Təbrizin dolanbadolan küçələrində ruhun sevinsin. 

Buradan Təbrizə kimi
Gül qalxıb dizə kimi
Gülüm, Tanrını sevərsən
Gəl gedək bizə kimi...

Ümid Nəccari

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri