Icma.az
close
up
RU
Bütün ailəsi o xəstəlikdən öldü, özü sağ qaldı Alimlər onu araşdırır

Bütün ailəsi o xəstəlikdən öldü, özü sağ qaldı Alimlər onu araşdırır

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

76 yaşlı Duq Uitni demək olar ki, bütün ailəsini Altsheymer xəstəliyinə itirib. Lakin o, nadir genetik mutasiyaya sahib olmasına baxmayaraq, xəstəliyə tutulmayıb. 

Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, bu vəziyyət elm adamlarının diqqətini cəlb edib və Uitni qorxunc xəstəliyə qarşı ümid olmaq üçün könüllü olaraq klinik tədqiqatlara qatılıb. Əgər alimlər onu qoruyan sirri aşkarlaya bilsələr, bu, Altsheymerin müalicəsində böyük irəliləyiş ola bilər.

Mart ayının bir səhəri, günəş doğmadan öncə Uitni evindən 3.200 kilometr uzaqlıqdakı tibb mərkəzinə daxil olub. Bir neçə saat sonra, sakit təbiətli, eynəkli təqaüdçü bir insan tədqiqat obyekti halına gəlib.

Həkimlər onun beyin-onurğa beyini mayesindən nümunə götürüb, dərisindən hüceyrə örnəkləri alıblar. Daha sonra radioaktiv izləyici maddə inyeksiyası və termoplastik maska ilə aparılan uzunmüddətli beyin skanları həyata keçirilib. Üç günlük ziyarət zamanı Uitniyə nevroloji müayinələr, idrak testləri və çoxsaylı qan analizləri də tətbiq olunub.

14 ildir tədqiqatların mərkəzindədir

Uitni artıq 14 ildir ki, ABŞ-ın Vaşinqton Universitetində aparılan geniş elmi araşdırmaların əsas iştirakçısıdır. O, xəstə olduğu üçün deyil, xəstə olması gözlənildiyi üçün öyrənilir.

Alimlər onu, nadir genetik mutasiyaya sahib olmasına baxmayaraq sağlam qalan, elmi cəhətdən "unikal insan” hesab edirlər. Bu mutasiya, adətən insanın 40–50 yaşlarında Altsheymerə tutulmasına və on il ərzində həyatını itirməsinə səbəb olur.

Bu ailədə demək olar ki, hər kəs Altsheymer olub

Uitninin ailəsi, ABŞ-da bu xəstəliyə səbəb olan genetik mutasiyanı daşıyan ən böyük ailə kimi tanınır. Onun anası və 13 qardaş-bacısından doqquzu Altsheymer xəstəliyinə tutulub və erkən yaşda vəfat edib.

Amma o, bunu bacarıb. Sanki hansısa bioloji faktor onu qoruyub və ailə üzvlərindən ən azı 25 il artıq sağlam qalıb.

Elm adamları bioloji sirrin axtarışında

Alimlər Uitninin bioloji sirrinin arxasınca gedirlər. Onun genetik və biokimyəvi fərqlərinin öyrənilməsi Altsheymerin qarşısını almaq və ya müalicə etmək üçün yeni dərman və gen terapiyalarının yaranmasına səbəb ola bilər.

Araşdırmalar göstərib ki, Uitninin beynində "amiloid" adlı zülal yığılması yüksək səviyyədə olsa da, xəstəliyin əsas təzahürlərindən biri olan "tau" zülalının toplanması çox azdır. Nəticədə onun idrak qabiliyyəti uzun illər qorunub.

Vaşinqton Universitetindən nevroloq Xorxe Llibre-Querra bildirib:

"Uitninin beyni amiloidlə doludur, lakin çox az "tau" yığılır. O, tau zülalının yayılmasına qarşı davamlıdır – onun sirri də məhz buradadır".

Dəmir intizam və dərin sakitlik

Uitninin həyat yoldaşı Ayona, 1970-ci illərdən bəri onun vəziyyətini yaxından izləyib. O, həyat yoldaşının anasının xəstələnməsindən sonra daim eyni aqibətin təkrarlanacağından qorxduğunu deyib. Lakin Uitni bu vəziyyətə soyuqqanlılıqla yanaşıb və "Əgər qorxmaq üçün səbəb yoxdursa, hələ narahat olmağa dəyməz deyib.

Dünyada onun kimi yalnız iki nəfər daha var

Elm adamları bildirirlər ki, indiyədək Uitni kimi, erkən başlanğıclı demensiyaya səbəb olan mutasiyaya baxmayaraq sağlam qalan yalnız iki nəfər qeydə alınıb. Hər ikisi Kolumbiyadan olan ailələrdə eyni fenomen müşahidə edilib.

Uitninin 53 yaşlı oğlu Brayan da eyni mutasiyaya sahibdir və o da hələlik sağlamdır. Brayan hazırda "amiloid"ə qarşı dərman sınaqlarında iştirak edir və bu müalicənin təsiri sayəsində hələ demensiya əlamətləri göstərmir.

Son testlərə görə, Uitninin idrak göstəriciləri son dörd ildə demək olar ki, dəyişməyib. Alimlər hələ onun sirrini tam müəyyənləşdirə bilməsələr də, axtarışlar davam edir.

Duq Uitnini qoruyan genetik mexanizm, bəlkə də milyonlarla insan üçün gələcəkdə Altsheymerə qarşı açar ola bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri