Bütün argentinalıların bu andan həzz almasını istəyirəm Lionel Skaloni
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 14-cü turunda Braziliya üzərində qazandıqları böyük hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, “Mundo Deportivo” çempion məşqçinin dediklərini belə təqdim edib:
"Komanda şəklində əla çıxış etdik və Braziliyanın oyuna təsirini minimum səviyyədə saxladıq. Uşaqlar meydanda nə etməli olduqlarını çox yaxşı başa düşürdülər. Komandamız hər zaman mübarizə aparır və topdan əl çəkmir. Matçın istənilən anına hazır olduğumuzu göstərdik. Ümid edək ki, bu, gələcəkdə də davam edəcək. Mən bütün Argentinalıların bu andan həzz almasını istəyirəm, çünki bunun nə qədər davam edəcəyini bilmirik. Nə vaxtsa bütün bunlar bitəcək. Elə isə indi bundan həzz alaq. Ümid edək ki, bu, mümkün qədər uzun müddət davam edəcək".
Argentina 31 xalla dünya çempionatına erkən vəsiqə qazanıb. Braziliya isə 14 turdan sonra 21 xal toplayaraq qrupda 4-cü yerdə qərarlaşıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















