Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Bütün bu ağır sınaqlara baxmayaraq... Kamal Abdulla

Bütün bu ağır sınaqlara baxmayaraq... Kamal Abdulla

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə görüşüblər.

Axar.az xəbər verir ki, akademik Kamal Abdulla qonaqlara Azərbaycanın multikulturalizm ənənələrinin tarixi köklərindən, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşamasından bəhs edib.

O bildirib ki, multikulturalizm Azərbaycanda yalnız siyasi kurs deyil, həm də xalqın həyat tərzidir. Bu siyasətin sistemli və ardıcıl şəkildə formalaşdırılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Akademik qeyd edib ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunmasını, tolerantlıq və mədəni müxtəlifliyin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycan dövlətinin beynəlxalq imicinin mühüm tərkib hissəsinə çevrilib, ölkəmiz mədəniyyətlərarası dialoq platforması kimi dünyada tanınıb.

Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Akademik Kamal Abdulla qonaqlara məlumat verib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Bu hadisə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirilib. Akademik vurğulayıb ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir.

O diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasəti nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi köçkün düşüb. Rektor vurğulayıb ki, bütün bu ağır sınaqlara baxmayaraq, Azərbaycan xalqı öz birliyini və həmrəyliyini qoruyub saxlayıb. Məhz bu milli birlik sayəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib. O bildirib ki, qazanılan Zəfər yalnız hərbi-siyasi uğur deyil, həm də xalqın milli ruhunun, dövlətə inamının və ortaq dəyərlərə sədaqətinin təntənəsidir.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələr onları maraqlandıran sualları səsləndiriblər. Akademik Kamal Abdulla multikulturalizm siyasətinin elmi, mədəni və ictimai aspektləri barədə ətraflı fikirlərini bölüşərək belə təşəbbüslərin gənclər arasında mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, fevral ayının 25-dən mart ayının 3-dək davam edəcək XVII Beynəlxalq Multikulturalizm Məktəbində dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edir. İştirakçılar Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarına səfər edərək Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat əldə edəcəklər.

Məktəb çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumat verəcəklər.

Xatırladaq ki, Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Fevral 2026 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri