Icma.az
close
up
RU
“Bütün bunlar şəhidlərimizin canı bahasına əldə olunan tarixi Zəfərdir” Xüsusi təyinatlımız

“Bütün bunlar şəhidlərimizin canı bahasına əldə olunan tarixi Zəfərdir” Xüsusi təyinatlımız

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan günlər var. 27 Sentyabr – Anım Günü də milli yaddaşımızda belə mühüm tarixlərdən biridir. 27 sentyabr mənim üçün 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini xatırladır. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən müharibə Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə ölkəmizin bütün ərazisində suverenlik tam bərpa edildi".

Bu sözləri Redaktor.az-a Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı, Qarabağ qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev bildirdi.

O qeyd etdi ki, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə 2 min 900-dən çox hərbi qulluqçumuz şəhid olub:

"Bu Qələbə Azərbaycan xalqının həmrəyliyini və ordumuzun gücünü nümayiş etdirməklə yanaşı, şəhid və qazilərimizin qəhrəmanlığını da tarixə yazdı. Xalqımız və dövlətimiz Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması da şəhidlərimizin xatirəsinə göstərilən böyük hörmətin nümunəsidir.

Şəhidlərimizin xatirəsi yalnız Anım Günündə deyil, hər zaman ehtiramla yad edilir. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq gələcək nəsillər üçün də örnəkdir. Hər bir şəhidimizin həyat yolu, Vətənə bağlılığı və mübarizəsi bizim üçün qürur mənbəyidir. Onların Vətən sevgisi hər birimizə nümunədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

Ə.Mehdiyev hesab edir ki, Anım Günü gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, şəhidlərimizin keçdiyi döyüş yolunun gələcək nəsillərə çatdırılması və cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

"Vətən müharibəsində əldə olunan Qələbənin nəticələri yalnız hərbi sahə ilə məhdudlaşdırılmamalıdır. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Qısa müddət ərzində burada yeni şəhər və kəndlər salındı, yaşayış məntəqələri bərpa edildi. İndiyədək 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Hazırda azad edilmiş ərazilərdə 90 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü və yeni yaşayış məntəqələrinin yaradılması Vətən müharibəsindəki Qələbənin mühüm nəticələrindəndir. Bütün bunlar 27 Sentyabrda başlayan müharibə və şəhidlərimizin canı bahasına əldə olunan tarixi Zəfərdir".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri