Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Bütün dünya bilir ki, təyyarəmizi Rusiya vurub Moskva ÜZR İSTƏMƏLİDİR

Bütün dünya bilir ki, təyyarəmizi Rusiya vurub Moskva ÜZR İSTƏMƏLİDİR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. 

İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.

Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Rəsmi Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək. Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər. Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.

Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.

Azərbaycanda fəaliyyət göstərən partiyaların da tələbi eynidir.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, hadisə qəsdən olubsa, buna görə böyük məsuliyyət nəzərdə tutulur:

"Hətta sanksiya da nəzərdə tutula bilər. Hadisə səhvən olubsa üzrxahlıq və dünyasını dəyişənlərin və yaralıların kompensasiyası ödənilməlidir. Bu olduqca ciddi bir cinayətdir. Təyyarəni dənizə yönləndirmək cəhdi və digər məsələləri də nəzərə alsaq, burada başqa niyyətlər də üzə çıxır. Ona görə də bu məsələnin üzərinə ciddi şəkildə gedilməlidir. Azərbaycan və Rusiya dost ölkələrdir, məsələ dostcasına araşdırılmalıdır. Çünki iki ölkə arasında münasibətlərə müəyyən dərəcədə təsir edə bilir. Ona görə də hər iki tərəf maraqlı olmalıdır ki, başqalarının bundan istifadə etməməsi üçün məsələ iki ölkə arasında müəyyən danışıqlarla həllini tapsın. Məsələnin arxasında gələcəkdə beynəlxalq səviyyədə ittiham edici xeyli suallar ortaya çıxacaq. Bu da etibarsızlıq, hava məkanına güvənsizlik məsələlərini gündəmə gətirəcək. Azərbaycan məcbur olacaq ki, bu istiqamətdə bütümn reyslərini təxirə salsın, bu da hər iki ölkənin maraqlarına uyğun olmayacaq. Ona görə də bu məsələ indidən səmimi şəkildə həll edilməlidir. Ortada hansısa qaranlıq məqamlar, qeyri-səmimi yanaşmalar qalmamalıdır. Bu sonrakı problemlərin körüklənməsinə səbəb ola bilər”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sözlərinə görə, hazırda Rusiya ittihamları qəbul etmir:

“Amma bütün dünya artıq bilir ki, təyyarəmiz Rusiya ərazisində vurulub. Qara qutudan çıxan nəticə hasil olmayana qədər bəlkə də Rusiya bunu boynuna almaq istəməyəcək. Kreml sözçüsü Dmitri Peskov da qutunun nəticələrini gözlədiklərini bildirdi. Mənə elə gəlir ki, bu nəticələr yaxın günlərdə hazır olar, Rusiya o zaman faktları qəbul etməli olacaq. O faktlar sübut olunandan sonra Rusiya üzr istəyəcək. Burada bir fakt var ki, Rusiya bunu qəsdən etməyib, heç kim də bunu iddia etmir. Amma ortada qaranlıq bir məqam var ki, həyəcan siqnalı verən bir təyyarəni heç bir hava limanı qəbul etmir, ona Aktauya getmək məsləhət görürlər. Düşünürəm ki, Rusiya bunu yaxın hava limanlarının dron hücumu nəticəsində bağlanması, bu səbəbdən təyyarələri qəbul edilə bilmədikləri, qəbul edilsə belə təyyarələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulma ehtimalına görə icazə vermədiklərini bildirərək sərnişinləri və təyyarəni Aktauya göndərdiklərini deyəcək. Amma biz bunu çətin ki, qəbul edək. Üzr istəmək sadəcə bir sözdür, amma onun arxasında beynəlxalq hüquqa söykənən müddəalar var. Onlardan biri də budur ki, Rusiya bunu etiraf edərsə, xərcləri və kompensasiyanı ödəməlidir. O baxımdan mənə elə gəlir ki, Rusiya hadisəni təsdiq edəndən sonra oraya olan uçuşlar da dayandırılacaq və hərbi hava qüvvələrinə inam azalacaq. Rusiya üçün bunun çox ciddi nəticələri olacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, təyyarə qəzasının baş verdiyi məkandan və təyyarənin özünün ilkin vizual müşahidəsindən əslində onun vurulması versiyası dominantlıq təşkil edirdi:

"Artıq bu təsdiqlənib, məlum olub ki, təyyarə Rusiya hava məkanında Çeçenistan üzərində vurulub. Bilərəkdən yaxud bilməyərəkdən olsa da sərnişin təyyarəsinin vurulması böyük cinayətdir. Daha böyük cinayət isə zədələnmiş təyyarənin yaxınlıqda olan Rusiya hava limanları tərəfindən qəbul edilməməsi, kömək edilməməsidir. Nə Qroznı, nə Mahaçqala, nə də Mineralnye Vody Azərbaycanın Rusiya HHM sistemləri tərəfindən zədələnmiş təyyarəsinin enməsinə şərait yaradıblar. Əksinə naviqasiya cihazlarımız sıradan çıxarılaraq başqa bir istiqamətə yönləndirilib. Heç şübhə etmirəm ki, burada çox məkrli məqsəd olub ki, təyyarə dənizə düşəcək və bununla da cinayətin izləri itəcək. Bu da çox böyük suallar yaradır, buna aydınlıq gətirilməlidir”.

O bildirib ki, Rusiya tərəfinin bununla bağlı günahını etiraf edərək üzrxahlıq etməməsi sual doğurur:

“Yadımızdadır ki, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin son günlərində səhvən müharibə məkanında Rusiyanın hərbi helikopteri vurulmuş, iki pilot həlak olmuşdu. Azərbaycan tərəfi dərhal üzrxahlıq bildirdi və bütün prosedur qaydalarına uyğun olaraq hərəkət etdi. Bu da Azərbaycanın böyüklüyünü göstərən amildir. Amma bu gün 3-cü gündür ki, təyyarəmiz vurulub, Rusiya tərəfindən vurulmasına heç bir şübhə olmamasına baxmayaraq Rusiya rəsmilərinin heç bir açıqlamasını görmürük. Bu olduqca təəssüf doğuracaq haldır, çünki Rusiya qonşu dövlətdir, Azərbaycanla strareji müttəfiqlik haqqında bəyannamə imzalayıb. Biz sözdə deyil, əməl bu Rusiyanın bu məsələdə Azərbaycana yönəlik müsbət mövqeyini görmək istəyirik. Təəssüf ki, üç gün ərzində bununla bağlı heç bir rəsmi açıqlama yoxdur. Rusiya tərəfindən mütləq üzrxahlıq edilməli, prosedur qaydalarına müvafiq olaraq təzminatlar ödənilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17259

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1035

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see235

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see173

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see168

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see149

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see131

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri