Icma.az
close
up
RU
Bütün hərəkətlilik məhz genişmiqyaslı təxribatdan xəbər verir MÜNASİBƏT BİLDİRİLDİ

Bütün hərəkətlilik məhz genişmiqyaslı təxribatdan xəbər verir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Ermənistan ordusunun tez-tez atəşkəsi pozması, ordunun rotasiya edilməsi, hərəkətliliyi, sürətlə silahlanması, həmçinin Ermənistanın ATƏT-in Minsk Qrupu adlı bədnamə institutundan imtina etmək istəməməsi, konstitusiyalarında Azərbaycana qarşı ərazi iddiası müddəasında imtina etməməsi, yəni bütün bunlar artıq Ermənistanın Azərbaycana qarşı növbəti genişmiqyaslı təxribatının, bir sözlə müharibəyə hazırlaşdığının göstəricidir". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, bütün addımlar, bütün hərəkətlilik məhz genişmiqyaslı təxribatdan xəbər verir: "Düşünürəm ki, Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli bəyanatla əldə edilmiş atəşkəs rejimini pozması, həmin o dönəmdə atəşkəsin əldə edilməsini Azərbaycandan xahiş edən tərəf kimi, bu gün özünə gəlməsi və özünü növbəti dəfə Azərbaycana qarşı revanşist müharibəyə hazır olan tərəf kimi göstərir. Bunun reallıqları tamamilə fərqlidir. Amma hər bir halda Ermənistanın münasibəti və addımları bunu ortaya qoyur. Düşünürəm ki, Ermənistanın atəşkəsi pozmaqla bağlı atdığı addımlar artıq açıq şəkildə niyyətini ortaya qoyur. Buna qədər biz Ermənistanın silahlandığını deyirdik. ATƏT-in Minsk Qrupundan imtina etmək istəmirdi. Bütün bu addımlar Ermənistanın müharibəyə hazırlanmasını göstərən amillərdir. Artıq bu mərhələli şəkildə baş verən bu proseslərin Azərbaycanın sərhədlərində real addımlara keçməsi, həmçinin şərti sərhəd boyunca atəşkəsin pozulması müharibə olmasının işarətləridir".

Xəyal Bəşirov həmçinin qeyd edib ki, biz bunların nəticələri ilə bağlı dəfələrlə mövqe bildirmişik: "Bu Ermənistana çox ağır başa gələcək. Amma hər bir halda tarixboyu müharibə edən tərəflər məğlub olub-olmayacağından asılı olmayaraq bu addımları atıblar. Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində özünün havadarları və dəstəkçilərinin köməyi ilə qalib gəlmişdi. Artıq İkinci Qarabağ müharibəsində ağır və acı məğlubiyyətə uğrayıb. Amma təbii ki, bu prosesin məntiqi ardıcıllığına baxsaq və Ermənistan tərəfinin atdığı addımlara baxsaq, müşahidə edirik ki, Ermənistan tərəfi revanşist müharibə istəyir. Yəni qisas almaq istəyir. Yəni bütün o niyyəti göstərəcək addımları Ermənistan atır. Ən sonuncuda şərti sərhədboyu ərazilərdə atəşkəsin pozması oldu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri