Icma.az
close
up
RU
Bütün kasıb dövlətlərin yardımını kəsən Tramp yalnız birini istisna edir

Bütün kasıb dövlətlərin yardımını kəsən Tramp yalnız birini istisna edir

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Banqladeşdə yaşayan rohincalar ABŞ-nin BMT kanalları vasitəsilə onlara 73 milyon dollarlıq maliyyə yardımı etmək qərarını alqışlayıblar.

Bu, rohinca millətindən olan 1 milyona yaxın qaçqın üçün ümidverici siqnaldır. Çünki ABŞ prezidenti Donald Tramp beynəlxalq yardımların azaldılmasını elan etdikdən sonra onlar qida rasionunun kəsiləcəyindən qorxurdular.

Rohincaların taleyi qeyri-müəyyən olaraq qalır, lakin Banqladeşdəki mövcud rejimin davamı edib-etməyəcəyi də dəqiq deyil. 2024-cü il çevrilişindən sonra orada islamçı radikallar fəallaşıb.

Mart ayında Banqladeşə səfər edən BMT baş katibi Antonio Quterreş ABŞ və Avropa ölkələrindən rohincalara edilən yardımın azalmasını sərt ifadələrlə təsvir edib. O, bunu cinayət adlandırıb. Quterreş hər il Ramazan ayında müsəlman dövlətlərindən birinə səfər edir. AP agentliyi xatırladır ki, bir neçə yüz min rohinca Banqladeşdə onilliklər ərzində yaşayır. 2017-ci ildə Myanmadan Banqladeşə 700 mindən çox rohinca gəlib. 2024-cü ildə isə Myanma hökumət qoşunları ilə “Arakan ordusu” adlanan üsyançılar arasında gedən döyüşlər zamanı daha 70 min nəfər sərhədi keçib.

“BMT rohincalara maliyyə yardımı axınını təmin etmək üçün əlindən gələni edəcək”, – Quterreş vurğulayıb. Baş katib ölkənin paytaxtı Dəkkədə Nobel Sülh Mükafatı laureatı, müvəqqəti hökumətin rəhbəri Məhəmməd Yunusla görüşüb. Baş katib bütün dünyada yardım proqramlarının kəsildiyi, Qərb dövlətlərinin isə hazırda hərbi xərcləri artırmasından narahatlığını ifadə edib.

Yunus kiçik bizneslər üçün mikromaliyyə proqramı hazırladıqdan sonra Qərbdə məşhur sima olub. Onun mahiyyəti ondan ibarətdir ki, girovsuz kiçik kreditlər aşağı faizlə verilir. Yunusa “kasıbların bankiri” ləqəbi verilib. Ancaq əslində hər şey hamar deyildi. Müstəqil respublikanın qurucusu Mucibur Rəhmanın qızı, baş nazir Şeyx Hasinanın hökuməti Yunusun kəndliləri qarət etdiyini bildirib və o, həbs olunub, lakin zaminə buraxılıb. Ölkədə tələbələrin etiraz aksiyaları başlayıb. Ordu və hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə nümayişçiləri səssizcə izləyib, hətta onlara baş nazirin iqamətgahına soxularaq ötən əsrin 60-cı illərinin sonu və 70-ci illərinin əvvəllərində Banqladeş xalqının azadlıq hərəkatına rəhbərlik etmiş Mucibur Rəhmanın şərəfinə ucaldılmış abidəni dağıtmağa icazə veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Aprel 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri