Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

“Bütün məktəbləri və valideynləri dəvət edirik” Nazir müavinindən ÇAĞIRIŞ

“Bütün məktəbləri və valideynləri dəvət edirik” Nazir müavinindən ÇAĞIRIŞ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gündən etibarən, bildiyiniz kimi, XII Bakı Beynəlxalq Kitab Sərgisinə start verilir. Kitab sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Dövlət Nəşr Şirkətinin dəstəyi ilə həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov jurnalistlərə açıqlamasında dedi.

Nazir müavini builki sərgidə iştirakçıların sayının əvvəlki illərlə müqayisədə daha çox olduğunu bildirdi:

“Bu ilki kitab sərgisində iştirakçılıq baxımından əvvəlkilərlə müqayisədə ən yüksək rəqəmlərin olduğunu deyə bilərik. Yerli iştirakçılar sırasında 148 nəşriyyat və təşkilat öz stendi ilə təmsil olunur. Bununla yanaşı, beynəlxalq iştirakçılıqda da artım müşahidə olunmaqdadır. Belə ki, 32 ölkədən 59 nəşriyyat və təşkilat da kitab sərgisində iştirak edir.

Xüsusilə qeyd etmək lazımdır ki, kitab sərgisində bir sıra dövlət qurumları və ali təhsil müəssisələri də öz nəşrlərini xüsusi stendlərdə təqdim edəcəklər. Xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin demək olar ki, əksəriyyəti öz stendlərində xarici nəşrləri təqdim edirlər”.

Fərid Cəfərov sərginin fəxri yazarları və dəvət olunacaq xarici qonaqlar barədə də məlumat verdi:

“Bildiyiniz kimi, təşkilat komitəsi tərəfindən sərginin fəxri yazarları da seçilib və elan edilib. Fəxri yazarlar xalq şairi Sabir Rüstəmxanlı və uşaq yazarı Vəha Yusifqızıdır. Eyni zamanda, bir sıra xarici ölkələrdən tanınmış yazarların da dəvət olunması nəzərdə tutulub.

Ümumilikdə, sərgi çərçivəsində yeddi gün ərzində 300-dən çox müxtəlif səpkili tədbir keçiriləcək. Bu tədbirlər əsasən yerli və xarici yazarlarla görüşlərdən ibarətdir. Bununla yanaşı, müxtəlif mövzulara həsr olunmuş, xüsusilə ədəbiyyatın təbliği və təqdimatı ilə bağlı yerli və beynəlxalq səviyyəli tədbirlər, konfranslar da keçiriləcək”.

Nazir müavini sərgi çərçivəsində nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün də xüsusi məkan ayrıldığını vurğuladı:

“Bir məqamı da qeyd etmək istəyirəm ki, bu kitab sərgisində yalnız kitabların təqdimatı və görüşlər deyil, eyni zamanda nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün də xüsusi yer ayrılıb.

Kitab sərgisinin mövzusu ümumilikdə uşaqlara həsr olunub. Loqosu və şüarı isə “Həyat ekrandan daha böyükdür” ifadəsi ilə başlayır. Bu da təbii ki, uşaqlarımızın kitablara daha da yaxınlaşdırılmasına, ədəbiyyatımızın gənc nəsil arasında daha geniş şəkildə yayılmasına və təbliğinə hesablanıb.

Bu baxımdan, sərgi ərazisində uşaqlar üçün xüsusi zonalar da yaradılıb. Biz buradan bütün məktəblərə və valideynlərə çağırış edərək onları uşaqları ilə birlikdə bu sərgidə iştirak etməyə dəvət edirik”.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri