Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Nəcibənin toyudur Fotolar

Bütün növ əmək pensiyaları artacaq Deputatdan izah KONKRET

Bütün növ əmək pensiyaları artacaq Deputatdan izah KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi layihəsi bir daha təsdiq edir ki, gələn ildə də sosial təminat tədbirləri davamlı olaraq gücləndiriləcək. Fondun 8 milyard 483 milyon manatlıq xərclərin 8 milyard 196 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir. Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu, o deməkdir ki, fondun xərclərinin 94,0 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək:

“Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq.

Bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlər ilə müqayisə etməyə çalışaraq yanlış fikirlər formalaşmağa çalışırlar. Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən daha çoxdur. 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfəyə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur. Əgər, Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən söhbət gedə bilər?”

Deputat bildirib ki, sənəddə də qeyd olunduğu kimi, gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8 milyard 323 milyon manat olacaq:

“1.7 milyard manat fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait kimi nəzərdə tutulub. Bu, o deməkdir ki, fondun gəlirlərinin 20 faizdən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar, eynidir.

İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77.0 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28.0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək.

DSMF-in dövlət büdcəsindən aşlılığın daha da azaldılması üçün yığım potensialının artırılması ilə bağlı işlərin daha sistemləşdirilməsi və bununla bağlı konkret tədbirlər planının hazırlanması; İşsizlikdən sığorta fondunun büdcə layihəsi təqdim edilən zaman aktiv sosial proqramlara yönəldilən vəsaitlərin səmərəliliyi ilə bağlı ayrıca arayış da təqdim olunsun. Xüsusən də, özünəməşğulluq proqramının nəticələrinin mütəmadi dövrlər üzrə qiymətləndirilməsi məqsədəuyğundur; İşsizlikdən sığorta fondunun vəsaitlərindən sığorta məqsədi ilə daha çox istifadə olunması üçün bu sığortadan istifadə qaydalarına yenidən baxılsın və meyarların sayı artırılsın; İşsizlikdən sığorta fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilsin və xərclərin optimallaşadırılması həyata keçirilsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see502

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see324

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see285

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see212

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri