Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

“Bütün Qadınlar və Qızlar üçün: Hüquqlar, Bərabərlik, Gücləndirmə”

“Bütün Qadınlar və Qızlar üçün: Hüquqlar, Bərabərlik, Gücləndirmə”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

8 Mart Beynəlxalq Qadınlar Gününün ilk toxumları

 8 mart 1857. Nyu-Yorkda tekstil fabrikində çalışan 40.000 işçi qeyri-insani iş şəraitinə etiraz olaraq tətilə çıxıb, 16 saatlıq iş yükü gündə 10 saata endirilib və maaşlar artırılıb. 

Bu gün bütün dünyada əks-səda doğuran etirazlara səhnə olan 8 Martın toxumları 1908-ci ildə Nyu-Yorkda 15 min işçi qadının iş saatlarının azaldılması, maaşların artırılması və səsvermə hüququ tələbi ilə atıldı. Bir il sonra Amerika Sosialist Partiyası 8 Martı Milli Qadınlar Günü elan etdi.

Bu, qadınların kişilərlə bərabər hüquqlara malik olmaq uğrunda mübarizəsinin başlanğıcı idi.

Qadın hüquqları müdafiəçisi Klara Zetkin.

Clara Zetkin kommunist fəalı və qadın hüquqlarının müdafiəçisi idi.

1909-cu il martın 8-də Amerikada “Milli Qadınlar Günü” adlı tədbir təşkil olundu. Beynəlxalq Qadınlar Günü ideyası 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq İşçi Qadınlar Konfransında irəli sürülüb. 17 fərqli ölkədən konfransa qatılan 100 qadın Zetkinin təklifini yekdilliklə qəbul edib. Daha sonra 1910-cu ildə “II. Beynəlxalq Sosialist Qadınlar Konfransında 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması qərara alınıb. Bu tarix qadın hüquqlarının müdafiəçisi Klara Setkinin təklifi ilə edilib; Xüsusilə qadınların bərabərlik, səsvermə hüququ və digər sosial və iqtisadi hüquqlar uğrunda mübarizəsi baxımından əhəmiyyətli bir gün olaraq təyin olundu. 
 

İlk beynəlxalq tədbirlər 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə keçirilib.
 

Rusiyada Beynəlxalq Qadınlar Günü küləyi 

Birinci Dünya Müharibəsi zamanı, 1917-ci ildə rus zəhmətkeş qadınları “Biz çörək və sülh istəyirik” şüarı ilə küçələrə çıxdılar. Qurulmuş müvəqqəti hökumət qadınlara səsvermə hüququ verib. Dünyada daha çox istifadə edilən Qriqorian təqviminə görə, Rusiyada qadınların etiraz aksiyalarının başlaması 8 mart tarixinə təsadüf edir.

Bütün bu hadisələr 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasında mühüm rol oynadı. Hazırda müxtəlif ölkələrdə müxtəlif tədbirlərlə qeyd olunan bu gün qadın hüquqlarına və bərabərliyinə diqqət yetirilməsi ilə çox mühüm yer tutur.

8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı elan

1975-ci ildə BMT-nin Beynəlxalq Qadınlar Gününü qəbul etməsi ilə bu gün rəsmiləşib. 1975-ci ildə "Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün Onilliyi" elan edildi. Türkiyə də bu əhatəyə daxil olduğu üçün 1975-ci ildə Türkiyədə “Qadınlar İli Konqresi” keçirildi. 1975-ci ildə 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd edilməsində Tərəqqiçi Qadınlar Assosiasiyasının fəaliyyəti də səmərəli olmuşdur.

1977-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) 8 Martı rəsmi olaraq "Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Qadınlar Günü" kimi tanıdı. Bu, beynəlxalq miqyasda qadın hüquqlarına və bərabərliyinə diqqətin cəlb edilməsi istiqamətində böyük addım idi.

Beynəlxalq Qadınlar Gününün 100 illiyi 2011-ci ildə böyük təşkilatlarla qeyd olundu.

Qadınlar günü rəngi

Beynəlxalq Qadınlar Günü saytının məlumatına görə, 8 Martın rəngləri bənövşəyi, yaşıl və ağdır. "Bənövşəyi ədalət və ləyaqəti ifadə edir. Yaşıl ümidi təmsil edir. Ağ, mübahisəli bir anlayış olsa da, saflıq deməkdir. Rənglər 1908-ci ildə İngiltərədə Qadınların Sosial və Siyasi Birliyi (WSPU) tərəfindən müəyyən edilib", - vebsaytda deyilir.

Qadınlar günü il mövzusu

BMT 1996-cı ildə müəyyən etdiyi ilk mövzu “Keçmişi qeyd etmək, gələcəyi planlaşdırmaq” olub. Bu ilki mövzu qadın və qızları bərabər hüquqlara, imkanlara və səlahiyyətlərə nail olmaq üçün çağırışdır. O, həmçinin gənc nəsillərin, xüsusən də gənc qadınların və yeniyetmə qızların dəyişikliklərin aparıcıları kimi rolunu vurğulayır.

Bu il Birləşmiş Millətlər Təşkilatı Qadınlar bütün dünyanı aşağıdakı üç əsas sahədə hərəkətə keçməyə dəvət edir...

     1. Qadın və qızların hüquqlarının inkişafı: Zorakılığa, ayrı-seçkiliyə və istismara qarşı mübarizə.

     2. Gender bərabərliyinin təşviqi: Sistemli maneələrin aradan qaldırılması, patriarxiyanın dağıdılması və bütün qadınların səsinin yüksəldilməsi.

     3. Qadınların səlahiyyətlərinin artırılması: Təhsil, məşğulluq, liderlik və qərar qəbuletmə proseslərində inklüziv imkanların yaradılması.

BMT-nin Qadınları mediadan, özəl sektor liderlərindən, hökumətlərdən və icma liderlərindən bu məqsədləri dəstəkləmələrini və hərəkətə keçmələrini xahiş edir. 8 Mart Beynəlxalq Qadınlar Günü çərçivəsində bütün platformalarda #AllWomenAndGirls həştəqi ilə dialoqa start veriləcək və dəyişiklik üçün ruhlandırıcı hekayələr paylaşılacaq.

Pekin Bəyannaməsinin 30-cu ildönümü: Qadın hüquqlarında dönüş nöqtəsi

2025-ci il qadın hüquqları uğrunda mübarizədə mühüm mərhələ olan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 30-cu ildönümünə təsadüf edir. 1995-ci ildə 189 hökumət tərəfindən qəbul edilmiş bu bəyannamə qadın və qızların hüquqlarını təmin etmək üçün ən əhatəli və mütərəqqi yol xəritəsi hesab olunur.

8 Mart hər il bütün dünyada qadınların cəmiyyətdəki nailiyyətlərini və mübarizələrini şərəfləndirən xüsusi bir gün kimi qeyd olunur. Bu mənalı gündə qadınların cəmiyyətdəki əhəmiyyətini vurğulamaq və maarifləndirmək məqsədilə konfranslar, müsahibələr və panellər, konsertlər, sərgilər, məşğələlər, səhnə işləri, idman yarışları və s. tədbir təşkil olunur.

Bu gün Azərbaycan qadını, tarix boyu olduğu kimi, cəmiyyətin mühüm bir hissəsi olaraq müxtəlif sahələrdə fəal iştirak edir və ölkənin inkişafında mühüm rol oynayır. Azərbaycan qadını müasir dövrdə həm ailə həyatında, həm də sosial, iqtisadi, siyasi və mədəni sahələrdə böyük təsir göstərir.Azərbaycanda qadın hüquqları məsələsi son illərdə daha çox diqqət mərkəzindədir. Gender bərabərliyi, qadınların iqtisadi və sosial həyatda bərabər hüquqlara malik olmaları əsas prioritetlərdəndir. Hökumət tərəfindən qadınlara qarşı zorakılığın qarşısını almaq, onların hüquqlarını qorumaq və cəmiyyətdə bərabər imkanlar yaratmaq məqsədilə müxtəlif qanunvericilik və islahatlar həyata keçirilməkdədir.Azərbaycan qadını, ailə həyatının və cəmiyyətin əsas dayaqlarından biridir. Qadınlar  anadır, Bununla yanaşı, onlar cəmiyyətdə də fəal iştirak edirlər, müxtəlif sosial layihələrdə, xeyriyyə və humanitar işlərdə öz töhfələrini verirlər.Azərbaycan qadını mədəniyyət və incəsənət sahəsində də fəaldır. Bir çox qadın sənətkar, rəssam, yazıçı və musiqiçi kimi ölkənin mədəni həyatına töhfə verir. Onların yaradıcılığı, Azərbaycan mədəniyyətinin zənginliyini və müxtəlifliyini dünya səviyyəsində təmsil edir.

Cənab Prezident İlham Əliyevin Azərbaycan qadınına qayğısı, onların sosial, iqtisadi, təhsil və sağlamlıq sahələrində daha yaxşı imkanlara malik olmalarını təmin etmək və cəmiyyətdə bərabər hüquqlara sahib olmalarını dəstəkləmək məqsədi daşıyır. Onun liderliyi altında Azərbaycan qadınları daha çox imkanlara, hüquqlara və sosial dəstəyə sahib olurlar.Cənab Prezident İlham Əliyev, qadınların hüquqlarının qorunmasını və gender bərabərliyinin təmin edilməsini prioritet məsələ olaraq görür. Azərbaycanda qadınların hüquqlarının qorunmasına dair müxtəlif qanunlar qəbul edilib. 2006-cı ildə qəbul edilmiş "Qadınlara qarşı zorakılığın qarşısının alınması" haqqında qanun, bu sahədə atılmış mühüm addımlardan biridir.

Mehriban xanım Əliyeva, Azərbaycanın birinci vitse-prezidenti olaraq, Azərbaycan qadınlarına olan qayğısı ilə də diqqət çəkir. Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun prezidenti olaraq, qadınların sosial rifahını artırmaq məqsədilə bir çox xeyriyyə layihələrini dəstəkləyir.Mehriban xanım Əliyeva, qadınların təhsil sahəsində dəstəyini artırmağa yönəlmiş bir çox layihənin təşəbbüskarıdır. O, qadınların mədəni sahədə iştirakı üçün əlverişli şəraitin yaradılması və onların mədəni fəaliyyətlərdə iştirakının artırılması üçün çalışır. Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlər və sərgilər, qadınların mədəniyyət sahəsindəki uğurlarını tanıtmağa və onların yaradıcı potensialını nümayiş etdirməyə imkan yaradır.

Leyla xanım Əliyeva, Azərbaycan qadınının inkişafına və rifahına xüsusi diqqət ayırır.O, həm Heydər Əliyev Fondunun rəhbərliyində, həm də şəxsi təşəbbüsləri ilə qadınların sosial, iqtisadi və mədəni həyatda daha fəal rol oynamalarını dəstəkləyir Leyla xanım Əliyeva, Heydər Əliyev Fondu vasitəsilə qadınların sağlamlıq, sosial və iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün bir sıra xeyriyyə və sosial layihələr təşkil edir. Bu layihələr arasında qadınlara qarşı zorakılıqla mübarizə, ana və uşaq sağlamlığı, eləcə də qadınların iqtisadi müstəqilliyinin artırılması istiqamətində fəaliyyətlər önə çıxır.

Rəqsanə Babayeva

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru,

“Gənclik” xalq teatrının rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri