Icma.az
close
up
RU
Qadınlar, qızlar, kişilər zorlanır, bədənləri toka verilir...

Qadınlar, qızlar, kişilər zorlanır, bədənləri toka verilir...

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.



Aida Eyvazlı Göytürk,

İpək Yoilu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri, jurnalist

Azərbaycan xalqı daha bir imtahandan üzüağ çıxdı. Bu imtahanda da can qurbanımız oldu. Hər zaman olduğu kimi, biz qanımız axıdıldıqca güclənir və yenilənirik.

Yerkaterinburqda soydaşlarımızı xüsusi amansızlıqla qətl edənlərin fotoları yayıldıqda, bir foto diiqqətimi cəlb etdi. Bu şəxlsərdən biri tatar milliyyətindən olan FTB mənsubu idi. Bizdə belə bir söz var: dalağıım sancdı.

Görəsən, bir tatar özününkünə necə qıyır?

Bildiyimiz kimiş tarixin bəlli bir dönəmində türkləri həm də tatar adlandırırdılar. Mən Şimala doğru gedən məskənlərdə qalan türk tayfaları və tatarların bir çoxunun beyninin rus şovnizmi ilə yuyulduğunun şahidi olmuşam. Sibirdə xantları, şorları, dohaları, buryatları, digər azsaylı tayfa və xalqları arağa, spirtə öyrədərək, yurdlarını ələ keçirdilər, saylarını və soylarını azaltdılar. Dillərini belə unutdurdular.

Bu yazdıqlarımı o tatar balası oxusaydı, deyərdim ki, türkün daş yaddaşı, Ana Yasa kitabı olan “Kitabi Dədə Qorqud”dan xəbərin varmı? Rusların Uruz xanın törəmələri olduğunu bilirsənmi?

Uruz xandan törəyib bu gün adları “rus” yazılanlar da bilməlidirlər ki, əslində onlar uruz və ya urusdurlar.

Bəxtimə və qismətimə həm də Saxa yakutlarının tarixini araşdırmaq, öyrənmək düşdü. “Sahaya” adlandırdığım həmin kitabda tarixi mənbələrdən götürdüyüm məhkəmə sənədlərinə istinad etmişəm. (Kitab bu il işıq üzü görəcək). Həmin sənədlərdən aydın olur ki, yakutları öz doğma inanclarından döndərmək, var-dövlətlərini əlindən almaq, inadlarını sındırıb, öz hakimiyyətlərinə tabe etmək üçün onlara min bir əzab verirlər. 16-cı əsrin sonundan başlayan bu istila 17-ci əsrin əvvəlində Rusiya İmperiyasının qurulması ilə başa çatır. Rus kazakları haraya gedirdilərsə, haranı zəbt etmək istəyirdilərsə, həmin yerdə əvvəlcə zindanlar, həbsxanalar tikir, tabe olmayan xalqı bu zindan və həbsxanalarda əzablara məhkum edirdilər.

Birinci Pyotr tərəfindən təsdiq olunan həmin ssenari bu gün də qüvvəsindədir. “Rus jandarması” qan tökmək, parçalayıb bölmək və talan etməkdən başqa heç nə bacarmır. Bəli, deyə bilərsiniz ki, ruslar mədəniyyət, ədəbiyyat yaratdı. Ancaq onu da unutmayaq ki, qızılla, almazla, ən nadir əlvan metallarla dolu Sibir xaqanlığı torpaqlarının bütün var-dövlətini sümürən Rusiya yerli vətəndaşlara qənim kəsildi. Bəli, sonradan həmin yerlərə yerləşdirdiyi emissarlarının - kazakların xatirinə mədəniyyət, tibb və təhsil ocaqları da yaratdı. Tarixi mənbələri araşdıranda məlum olur ki, həmin mədəniyyəti Rusiya Avropadan gətirilən savadlı miqrantların hesabına yaradıb.

Rusiyanın Qafqazda ən çox zülm etdiyi və təsir dairəsində saxladığı məkan isə Azərbaycan olub. Mərhum şairimiz Bəxtiyar Vahabzadə “Gülüstan poeması”nda yazdırdı:

Min ləkə vurdular şərəfimizə

Verdik, sahibimiz yenə "ver" - dedi.

Lap yaxşı eləyib doğrudan, bizə

Biri "baran" dedi, biri "xər" dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma dalımızca gileyləndilər.

30 il ərzində Qarabağ və ətrafdakı ərazilərimizin rusun top-tüfəngi ilə işğal edildiyi, bu münaqişənin 30 il ərzində uzadıldığı kimsəyə sirr deyil.

Azərbaycan özünün sarsılmaz birliyi və Ali Baş Komandan, Prezident İlham Əliyevin şücaəti, dəqiq taktiki gedişləri, əsgərlərimizin əzmi sayəsində tarixi torpaqlarımızı geri qaytardı. Təbii ki, bu imperialist düşüncəli rus hakimiyyətinin ürəyindən ola bilməzdi. Axı 200 il ərzində ruslar işğal etdiyi heç bir ərazini qaytarmamışdı.

Şovinst Kreml rəsmiləri Azərbaycanın Rusiyanın əli və imzası ilə viran olan, xarabazara çevrilən yurdlarını, torpaqlarını abadlaşdırıb gülüstana çevirməyini həzm edə bilmir. Öz hirsini və həsədini boğa bilməyən Rusiya rəhbərliyi hətta Qroznıda Azərbaycanın mülki təyyarəsini vurdurdu. Təyyarədə 38 nəfər faciəli şəkildə həlak oldu. Heç nə olmayıbmış kimi, nə dövlət səviyyəsində üzr istənildi, nə də kompensasiya ödənildi.

Azərbaycan öz qanuni tələbindən geri çəkilməyəndə isə Rusiya soydaşlarımıza qarşı təqiblərə başladı. Miqrant ovuna çıxan rus FTB-si iki soydaşımızı evindəcə məhkəməsiz, sübutsuz xüsusi qəddarlıqla - döyə-döyə öldürdü. "Banditskiya Rossiya" öz mahiyyətini yenə də göstərdi.

Rusyanın Ukraynada törətdiyi qırğın və qətllər isə tarixin ən qanlı səhifəsidir. Azərbaycan əlindən çıxandan sonra özünün imperiya ideyaları və qəzəbi səbəbindən bütöv bir xalqı qırğına və soyqırıma məruz qoydu. Burada da tənəzzülə uğrayan Rusiya tərkibində məcburi əsir kimi saxlanılan türk xalqlarının övadlarını müharibəyə göndərir. İndi Rusiya tərkibində yaşayan türk xalqlarının da sayı azalıb. Yəqin ki, Ukrayna ilə müharibə başlayanda Rus vətəndaşlarının türk dövlətlərinin sərhədlərində yaranan növbələrini unutmamısınız.

Tarixin bütün dönəmlərindən Rus imperializmi türklərin təmərküzləşməsi və birliyindən qorxub. Bu birliyə hər cür mane olub. Bu gün Krımın, Tatarıstanın, Yakutiyanın zindanlarında türkçülükdən danışan, türklük ideyalarını daşıyan nə qədər insan yatır. O zindanlara düşən adamlar sonra “itkin” kimi qələmə verilirlər. Çünki həmin zindanlarda bu gün də qadınlar, qızlar, kişilər zorlanır, bədənləri toka verilir.

...Rusiya FTB-sinin soydaşlarımıza qarşı etdiyi vəhşilikdən sonra dövlət səviyyəsində görülən tədbirlər əslində Rusiyadan asılılığı rədd etmək istəyən qonşu dövlətlərə güc, enerji verdi. Mən inanıram ki, onlar rus hakimiyyətinin ayaqaltısına çevrilməkdən vaz keçəcəklər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyul 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri