Icma.az
close
up
RU
“Bütün vaksinlər ÜST ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir”

“Bütün vaksinlər ÜST ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir”

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Afaq xanım, ilk öncə peyvəndlərin əhəmiyyəti və faydası haqqında ümumi məlumat verərdiniz…

- Peyvəndlər insan həyatını təhlükəli xəstəliklərdən qoruyur. Peyvəndlər uşaqları, xüsusilə immun sistemi zəif inkişaf etmiş körpələri ciddi fəsadlardan qoruyur.
Azərbaycanda immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir və peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılmasına yönəlib. Hazırda uşaqlar arasında profilaktiki peyvəndlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Peyvənd Təqviminə əsasən həyata keçirilir. Uşaqlar ilk iki peyvəndini doğum evində alır, sonra isə yaşadığı ərazi üzrə tibb müəssisəsində qeydiyyata düşərək 2 aylığından 6 yaşına qədər təqvimə uyğun profilaktiki peyvəndlərini davam etdirir.
İmmunoprofilaktika proqramı körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş ən vacib proqramdır. Ölkədə aparılan İmmunoprofilaktika tədbirləri nəticəsində bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçəsi isə eliminasiya olunub.

- Vaksinasiya ilə hansı xəstəliklərin qarşısını almaq olar?

- Uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biridir.
İmmunoprofilaktika ictimai səhiyyə sahəsində bir sıra infeksion xəstəliklərin aradan qaldırılması və nəzarət altına alınmasına səbəb olan ən mühüm nailiyyətlərdən biridir.
Ölkədə hazırda dövlət tibb müəssisələrində peyvənd təqviminə uyğun olaraq 0-6 yaş uşaqlar arasında 11 yoluxucu xəstəliyə qarşı vaksinasiya aparılır - Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, b tipli hemofil infeksiya, pnevmokok infeksiyalari, qizilca, epidemik parotit, məxmərək.
Peyvəndlər insanları qeyd edilən xəstəliklərdən qoruyur.
2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. Ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

- Nə üçün uşaqları peyvənd etdirmək vacibdir?

- Uşaqlar hər gün ətraf mühitdəki minlərlə mikrob ilə təmasda olurlar. Bu mikroblardan qorunmağın ən effektiv üsulu peyvəndləmədir.
Hər bir uşağın hələ də ciddi fəsadlar yaradan xəstəliklərdən peyvəndlər vasitəsilə qorunmaq hüququ var.
Ölkədə peyvəndlərlə idarə olunan xəstəliklər qeydə alınmırsa belə, digər ölkələrdən gətirilmə hallar xəstəliklərin alovlanmasına səbəb ola bilər.
Uşaqların təhlükəli xəstəliklərdən qorunması üçün, onları peyvənd etdirmək vacibdir. Uşağın xəstələnməsini gözləmədən, onu peyvənd təqviminə uyğun peyvənd etdirmək mütləqdir.
Əgər uşaq peyvəndlə qarşısı alına bilən xəstəlikləri keçiribsə belə, uşaq yenə də peyvənd edilməlidir. Peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox serotiplərindən qoruyur. Məsələn, Azərbaycanda tətbiq olunan pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 serotipindən qoruyur.
Uşaq qızılca xəstəliyi keçiribsə belə, o, qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini ilə peyvənd olunmalıdır. Çünki bu vaksin onu eyni zamanda epidemik parotit və məxmərək xəstəliklərindən də qoruyaçaq.
Heksavaksin uşaqları 6 yoluxucu xəstəlikdən qoruyur – difteriya, göyöskürək, tetanus, b tipli hemofil infeksiya, hepatit B, poliomielit. Uşaq bu xəstəliklərdən hər hansı birini keçiribsə belə, o, digər infeksiyalara yoluxmamaq üçün bu peyvəndi təqvimə uyğun nəzərdə tutulmuş intervallarla 3 dəfə almalıdır.

- Uşaqların peyvənd olunmasına niyə erkən yaşda başlanılır?

- Uşaq doğulduqda onun immun (müdafiə) sistemi bir çox mikroblara müqavimət göstərə bilir. Lakin onların arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssasdır. Peyvəndlər belə mikroblara qarşı erkən yaşlardan uşağın immun sistemini gücləndirmək üçün istifadə olunur.
Peyvənd təqvimi elmi suburlara əsaslanaraq tərtib olunub. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir. Çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir. Həmçinin, bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır. Buna görə də, peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır.
Gecikdirilmiş peyvəndləri müəyyən yaş həddinə qədər sonradan vurdurmaq olar. Lakin tez bir zamanda poliklinikaya müraciət edərək, peyvəndləri etdirmək lazımdır.

- Kombinə edilmiş peyvəndlər nədir?

- Kombinə edilmiş peyvəndlər bir inyeksiya vasitəsilə uşağı bir neçə infeksiyadan qoruyur. Bu, həm uşaq üçün ağrılı olan inyeksiyaların sayını azaldır, həm də valideynlərin tibb müəssisəsinə dəfələrlə gəlmə ehtiyacını azaldır.
Hazırda Azərbaycanda tətbiq edilən kombinə edilmiş vaksinlərə QPM (qızılca, parotit, məxmərək əleyhinə), DT (difteriya, tetanus əleyhinə), GDT (göyöskürək, difteriya, tetanus əleyhinə) və Heksavaksin (göyöskürək, difteriya, tetanus, Hepatit B, B tipli hemofil infeksiya və poliomielit əleyhinə) peyvəndləri daxildir.

- Vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr peyvənd olunmalıdırmı?

- Vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alır. Anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində həmin uşaqlarda yoluxucu xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və infeksion xəstəliklərə yoluxma ehtimalı artır.
Bu səbəbdən də vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr pediatrın təyinatı əsasında profilaktik peyvənd təqviminə uyğun peyvənd oluna bilərlər.

- Peyvəndlərin yan təsirləri hansılardır? Peyvənd olunduqdan sonra hansı reaksiyalar baş verə bilər?

- Peyvəndlər hər hansı dərman preparatı kimi bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Bu, normal haldır və uşaqlar üçün zərərli və təhlükəli deyil.
Peyvənd vurulduqdan sonra ən çox rast gəlinən yan təsirlərə yüngül qızdırma, narahatlıq və peyvəndin vurulduğu nahiyədə qızartı, şişkinlik və yüngül ağrı daxildir. Bu əlamətlər adətən bir neçə gün davam edir və yüngül müalicə ilə keçir.
Əgər uşaqda narahat edən hər hansı bir reaksiya olarsa, həkimə müraciət edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri