Ekspert: VPN xidmətlərinin bütün dünyada bloklanacaq
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyanın bütün ölkələrində VPN xidmətlərinin mərhələli şəkildə bloklanması qaçılmazdır.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə ekspert German Klimenko NSN portalına müsahibəsində bildirib.
O, Avropa Parlamentinin Tədqiqat Xidmətinin (EPRS) VPN-ləri yaş məhdudiyyətlərinin (“18+”) yoxlanılması sistemini yan keçməyə imkan verən təhlükə kimi qiymətləndirməsini şərh edib.
Klimenkonun sözlərinə görə, Avropa bu problemə ilk dəfə ciddi miqyasda rast gəlib: “Avropa İttifaqında bu məsələyə indiyədək ciddi diqqət yetirilmirdi, çünki problem kiçik görünürdü. Amma yaş məhdudiyyətləri məsələsi ortaya çıxanda bu mövzu gündəmə gəldi.
Onun fikrincə, gələcəkdə digər ölkələr də oxşar addımlar atacaq: “Bütün ölkələrdə vəziyyət təxminən eyni olacaq”.
Ekspert əlavə edib ki, VPN xidmətlərinin məhdudlaşdırılması beynəlxalq səviyyədə internet resurslarının əlçatanlığına da təsir göstərə bilər. Məsələn, Almaniyada müəyyən VPN-lərin bloklanması bəzi saytlara girişin məhdudlaşmasına səbəb ola bilər. Onun fikrincə, gələcəkdə VPN xidmətləri ciddi nəzarət altında fəaliyyət göstərməyə məcbur olacaq və hətta bəzi hallarda Seyşel adaları kimi yerlərə yönləndirilə bilər.
“Bütün dövlətlər müxtəlif intensivliklə VPN xidmətlərindən öz qanunvericiliyinə əməl etməyi tələb edəcəklər. Bu, qaçılmazdır”, deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:277
Bu xəbər 13 May 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















