Buxarestin meri korrupsiyada şübhəli bilinir: İstintaqa çağırıldı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Rumıniya paytaxtı Buxarestin baş meri, Milli Liberal Partiyasının sədrinin birinci müavini Çiprian Çuku korrupsiya ittihamı üzrə Milli Antikorrupsiya İdarəsinə dindirilməyə çağırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
Çiprian Çuku tikinti icazəsi qarşılığında pul almaqda ittiham olunur. Sezar pizza
İdarənin binasına daxil olarkən şəhər administrasiyasının rəhbəri jurnalistlərlə danışmaqdan imtina edib.
"Agerpres" məhkəmə mənbələrinə istinadən bildirir ki, Çukuya korrupsiya işi üzrə şübhəli statusu verildiyi rəsmən bildirilib.
İddialara əsasən, Çuku əvvəllər Buxarestin 6-cı rayonunun meri olarkən bir iş adamına pul qarşılığında tikinti icazəsi verməkdə şübhəli bilinir. Bunun vəsaiti isə o, 2025-ci ildə paytaxt meri seçkiləri üçün öz təbliğat kampaniyasını maliyyələşdirmək məqsədilə sərf edib./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 18 İyun 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















