Icma.az
close
up
RU
Buzlu yolda baş verən qəzalarda dəyən zərəri sığorta şirkətləri QARŞILAMIR?

Buzlu yolda baş verən qəzalarda dəyən zərəri sığorta şirkətləri QARŞILAMIR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub. Belə ki, qarlı havanın nəticəsi olaraq avtomobillərə 1 milyon manatadək ziyan dəyib. Bəllidir ki, qarlı havalarda baş verən təbii qəzalar sığorta hadisəsi kimi tanınır və hər bir belə hadisə üzrə sığorta ödənişləri həyata keçirilir.
Bəs, sığorta şirkətləri hansı halda dəymiş zərəri qarşılamırlar?
Sığorta mütəxəssisi Şahin İsmayılov Bizim.Media-ya açıqlamasında qeyd edib ki,  qəzalar nəticəsində avtomobillərə, vətəndaşların sağlamlığına, əmlaklarına külli miqdarda ziyan dəyir və dəymiş zərərin qarşılanması məsələsi ortaya çıxır:
“Bildiyimiz kimi avtomobil sahibləri üçün, sığorta şirkətlərinin təklif etdiyi iki növ sığorta məhsulu mövcuddur. Bunlardan ən populyar və hər bir sürücünün istifadə etdiyi “Nəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətinin icbari sığorta” məhsulu, yaxud qısa desək, avtomobillərin icbari sığortası məhsuludur ki, bu məhsul icbaridir, cərimə sanksiyası tətbiq olunur və hadisə zamanı qarşı tərəfə dəyən zərəri qarşılayır.
İkinci məhsul avtomobillərin Kasko sığortası məhsuludur və könüllü növdür və avtomobilin özünə dəymiş zərərə təminat verir. Hadisə zamanı iki və daha çox avtomobilə zərər dəyə bilər, həmçinin vətəndaşın sağlamlığı və əmlakı da zərərlə qarşılaşa bilər. Bu hallarda avtomobilin icbari sığortası həm qarşı tərəfin avtomobilinə, həm sağlamlığına, həm də mülkiyyətinə təminat verir” – deyə ekspert bildirib.
Bəs sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilər?
Ekspert vurğulayıb ki, hadisələrin tənzimlənməsində ilkin şərt, hadisə yerinə yol polisinin,  sığorta şirkəti nümayəndəsinin gəlməsi və hadisəni qeydə almasıdır:
“Bu prosedur kimin günahkar olması və kimin zərərçəkən olmasını təyin etmək üçün lazımdır. Yol polisinin verəcəyi qərar ödənişin olunması üçün əsas şərtdir. Bu qərar olmadan ödəniş etmək mümkünsüzdür. Hadisə yerində sürücünün alkoqol təsiri altında olub, olmaması da yol polisi tərəfindən araşdırılır. Belə hal aşkarlanarsa, sığorta şirkətləri ödənişdən imtina edirlər. Ancaq elə bir vəziyyət yarana bilər ki, yolların buzlu olması səbəbindən, yol polisi hadisə yerinə gələ bilməz və avtomobillər hadisə yerini tərk edə bilərlər. Belə halda artıq ziyan sürücülərin öz aralarında razılaşmaları əsasında qarşılana bilər”.
Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri