Icma.az
close
up
RU
BVF Azərbaycana dair IV Maddə Yekun Bəyanatını yayımladı

BVF Azərbaycana dair IV Maddə Yekun Bəyanatını yayımladı

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Valyuta Fondu tərəfindən (BVF) üzv ölkələrin makroiqtisadi vəziyyətini, maliyyə sabitliyini, fiskal və monetar siyasətlərini qiymətləndirmək, potensial riskləri müəyyənləşdirmək məqsədilə mütəmadi olaraq “IV Maddə Məsləhətləşmələri” missiyası həyata keçirilir. Bununla bağlı, 2025-ci ilin yanvar – fevral aylarında Azərbaycanda səfərdə olan fondun nümayəndə heyətinə ölkəmizin makroiqtisadi vəziyyəti, iqtisadi inkişaf prioritetləri, islahat gündəliyi, fiskal və monetar siyasətləri barədə ətraflı məlumat verilib. Missiya yekunlaşdıqdan sonra bu ilin aprel ayında BVF tərəfindən Azərbaycana dair 2025-ci il üzrə yekun bəyanat dərc edilib.

İqtisadiyyat Nazirliyindən Doğru.az-a bildirilib ki, bəyanatda ölkəmizin son illərdə əldə etdiyi bir sıra müsbət nəticələr – iqtisadi risklərin balanslaşdırılması, dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, inflyasiyanın sabitləşməsi və hədəf diapazonunda saxlanılması, fiskal intizamın bərpası, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər vurğulanıb.

Sənəddə Azərbaycanın dövlət qurumları tərəfindən verilən məlumatların bir çoxu öz əksini tapsa da, bir sıra əsaslı məqamlar nəzərə alınmayıb. Beynəlxalq təşkilatların ölkələr haqqında rəyin formalaşmasına və investorların qərarlarına təsirini nəzərə alaraq, aşağıda qeyd olunan məsələlər xüsusi önəm kəsb edir.

Belə ki, BVF-nin bəyanatında ölkəmizin 2025-2030-cu illər üzrə iqtisadi artım tempinin orta illik hesabla 2,6 faiz səviyyəsində proqnozlaşdırıldığı öz əksini tapıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sonuncu makroiqtisadi proqnozlarına əsasən 2025-2029-cu illər üzrə iqtisadi artım tempi orta illik hesabla 3,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanda 2022-ci ildən dövlət-özəl tərəfdaşlığının hüquqi bazası formalaşdırılıb. Özəl sektorun inkişafı üçün əhəmiyyətli alətlərdən olan dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası ilə bağlı işlər görülüb. 2024-cü ildə xarici investorla birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrası ilə bağlı işlərə başlanılıb. Bununla belə, sənəddə struktur islahatların tərkib hissəsi kimi bu sahədə aparılmış islahatlar qeyd olunmayıb.

Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə inzibatçılığın, rəqəmsallaşmanın genişləndirilməsi, biznesin təşviqi üçün geniş güzəştlərin tətbiqi, əmək bazarında islahatlar nəzərəçarpacaq müsbət nəticələrə səbəb olub. Əmək bazarında islahatların nəticəsi ötən il Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib və Azərbaycanda tətbiq olunan təcrübə digər iqtisadiyyatlar üçün araşdırılması vacib olan səmərəli model kimi qiymətləndirilib. BVF-nin yekun bəyanatında isə Azərbaycanda vergi siyasəti ilə bağlı islahatlar tam şəkildə qiymətləndirilməyib.

Ölkəmiz vergi inzibatçılığının beynəlxalq dəyər zəncirinə uyğunlaşdırılması üçün BVF ilə əməkdaşlıq edir. Bu baxımdan Fondun Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti (TADAT) xüsusi əhəmiyyətə malikdir. 2024-cü ildə BVF və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında bu alətdən istifadə edərək daxili qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, BVF tərəfindən DVX əməkdaşlarına TADAT əsasında təlim keçirilib. TADAT-la bağlı əməkdaşlığa baxmayaraq, Fondun ölkəmizlə bağlı sənədində Azərbaycana bu alətdən istifadə ilə bağlı tövsiyə yer alıb.

Bəyanatda sənaye və istehsal sektorunun kredit portfelindəki payının 2024-cü ildə 5 faizdən 8 faizə yüksəldiyi göstərilsə də, bu rəqəm Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən 5,5 faizdir.

Azərbaycanda beynəlxalq təşkilatlarla uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa böyük önəm verilir və bu əməkdaşlıqların daha da gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://dogru.az
archiveBu xəbər 05 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri