Icma.az
close
up
RU
BYD istehsalı azaltdı Anbarlar dolub daşır

BYD istehsalı azaltdı Anbarlar dolub daşır

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

XIX əsrin böyük alman iqtisadçısı Karl Marks iqtisadi böhranların tsiklik xarakterini izah edərək özünü bir daha iqtisadçı və filosof kimi dünyaya tanıtdı. Marks iqtisadi böhranların səbəbini istehsal imkanlarının tələbi ifrat dərəcədə üstələməsi ilə izah edirdi. Onun fikrincə, tələbdən artıq istehsal böhranın köklü səbəblərindən biridir. Lakin istehlakın azalması da nəzərdən qaçmamalıdır. Sadə dildə desək, tələb-təklif nisbəti pozulduqda iqtisadi baxımdan arzu olunmayan hallar yaranır. 

Avtosfer.az Qərb mediasına istinadla xəbər verir ki, Çinin avtomobil istehsalçıları arasında 5 ildir davam edən qiymət rəqabəti artıq fəsadlar doğurmağa başlayıb. Son bir ildə onadək kiçik istehsalçı (onların əksəriyyəti daxili bazara işləyir, hazırladıqları avtomobilləri yalnız qeyri-rəsmi dilerlər (maşın alverçiləri) xaricə aparır. Bu markaları çinlilərin çoxu tanımır) müflis olub. Amma indi böyük istehsalçılar da əziyyət çəkirlər.

“Reuters” agentliyinin məlumatına görə Çinin qlobal istehsalçılarından olan BYD-nin də vəziyyəti pisə doğru gedir. Şirkət artıq istehsal tempini aşağı salıb. Zavodlarda 3-cü növbə ləğv olunub, yeni istehsal xətlərinin açılması təxirə salınıb. Təkcə bu il 4 zavodda istehsal tempi 3 dəfə azalıb. Səbəb bütün markalardan olan Çin maşınlarının yerli və qlobal bazarı doldurmasıdır. Rusiya, Yaxın Şərq və Braziliya kimi əsas bazarlarda satışlar durğunluq həddinə gəlib. BYD-nin dilerlərindəki avtomobil ehtiyatı 3 aylıq normanı ötüb. Halbuki, Çinin digər markaları üçün göstərici 1,3 aydan çox deyil.

“China EV DataTracker”in məlumatına görə BYD-nin cari ilin ilk 5 ayında satışları daxili bazarda 11 faiz (1 151 919 ədəd), ixracı 112 faiz (374 200) artıb. Təkcə may ayında isə istehsal tempi 0,2 aşağı düşüb. 

Bəs satışların geriləməsi nə ilə əlaqədardır?

Avropalı ekspertlərin fikrincə, son 1 ildə satış (daha doğrusu statistika) xatirinə kəskin endirimlər çinli istehsalçıların hamısının vəziyyətini pisləşdirib. Məsələn, BYD anbarlarını boşaltmaq üçün mayda 22 modelə endirim tətbiq etdi, çox zəngin komplektasiyalı maşınlar 7400 dollara təqdim olundu. Buna baxmayaraq, anbarlarda maşın sayı azalmaq əvəzinə artdı.  

Bu ayın birinci həftəsində Çində 83 mindən çox BYD satılsa da (tarixi maksimum), istehsal edilmiş maşınların hamısını qısa müddətə reallaşdırmaq mümkün olmur.
Bu yerdə iqtisadiyyatın qızıl qaydası olan tələb-təklif nisbəti özünü doğruldur. Müqayisə üçün deyək ki, qızıla tələbat artdığı üçün qiymətlıər tarixi maksimuma çatıb. Avtomobilə isə maraq olmadığı üçün endirimlər fayda vermir.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri