Icma.az
close
up
RU
Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Cabir İmanovun əleyhinə statuslar Öldüyü gündə nə baş verir?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Cabir İmanov böyük əksəriyyətin sevimlisi idi, koloritliydi, rolunu ifa edərkən səsini incəltmir, mimikalarını artırmır, obrazlarının əynində uyğunsuz, sallaq və yaxud tül geyimə, yamaqlı qalstuka, lap elə şəpiyə - “şəp-şəp”ə çevrilmirdi.

Cabir obrazı üçün “şəp-şəp”i də necə geyinmək lazım olduğunu bilirdi!

Özüydü, səsinin çaları da obrazlarının boyuna biçilirdi; heç nəyi xüsusi artırmırdı, əksiltmirdi.

Əlbəttə, Cabirin gənclikdən (bəlkə də yeniyetməlikdən) üzü bəri yaratdığı obrazların tam-tamına hamısı haqda bu qənaəti söyləmək çətindir. Ancaq böyük ölçüdə birmənalı olaraq İmanovlar cütünün ən istedadlısı, “Planet Parni iz Baku”nun əsas simalarından idi Cabir!

Cabirin vaxtsız ölümündən təsirlənməyən yoxdur, heç 49 yaş da verməzdin ona: bu itki bütün ictimaiyyət, sənət dünyası, onun pərəstişkarları üçün əsl şok oldu.

İctimaiyyət çox az-az halda ölümə bu cür reaksiya verir - onun ölümü haqda məlumatın yayılma sürətinə çox nadir rast gəlinir və bu, əlbəttə ki, Cabir İmanovun sevilməsi ilə bərabər, ölümünün gözlənilməzliyinə ictimai reaksiya idi.

Əksəriyyət bu gözlənilməzlikdən özünə gəlməyib; çoxları hələ də Cabir İmanovun ölüm faktını qəbul etməyə hazır deyil və bu, yalnız onun yaxınları, doğmaları ilə bağlı da deyil - geniş tamaşaçı auditoriyasına aiddir.

Məhz belə bir vaxtda C.İmanovun 2003-cü il hadisələrində həbs edilənlərə qarşı zorakılıq tətbiq etməsi iddiası hallandırıldı.

Həmin vaxt həbs olunanlar, o cümlədən İqbal Ağazadənin belə bir fikir ifadə etdiyi yada salınmaqdadır.

Cabir İmanov 1999-2018-ci ildə DİN sıralarında xidmət edib, polis polkovnik-leytenantıdır və 2003-cü il hadisələri zamanı xidmətdə olduğu haqda məlumat var, görüntü də.

Ancaq:

1. C.İmanovun fiziki imkanları onun “işgəncə vasitəsi” rolunu oynamağa imkan vermir, o, ən yaxşı halda “Eliş” rolunu oynaya bilər;

2. Həbs edilən aksiyaçılara işgəncə vermək üçün tamamilə fərqli şəxslər var, o prinsiplərə Cabir uyğun gəlmir;

3. Cabir İmanovun işgəncədə iştirakı hüquq-mühafizə orqanları üçün qəbahət olardı, çünki tanınmış şəxsdir və yadda qalır. Onun icazəli yeri qoyub, icazəsiz məkanlarda aksiyaya çıxarılanların saxlanılmasında (dünyanın heç bir yerində heç bir icazəsiz aksiya iştirakçısını başını tumarlayaraq saxlamırlar, çünki icazəsiz aksiyaya çıxanlar da “baş tumarlamır” - bizim təcrübədə səki daşlarını sökən də vardı, maşınları əzənlər də, hərbçini maşının altına qoyan da) iştirakı ola bilər, ancaq zorakılıqda iştirakı çox mübahisəlidir...

Və NƏHAYƏT:

1. 2020-ci ildən sonra Azərbaycan tamamilə yeni bir zamana, məkana, dünyaya qədəm qoyub. Azərbaycan üçün hər şey “2020-dən əvvəl” və “2020-dən sonra”ya bölünür - bitdi o dövr, bağlandı o kitab!

O dövr-kitab, o dövr-kitabın kin-küdurəti və qisası ilə yaşamaq hardan çıxdı? Axı, bunu yada salanların 2003-də hansı cinahda nələr yazdığını indikilər xatırlamır, xatırlamaq istəmir və lazım da deyil!

Çünki dövrün qapandığına kimsənin şübhəsi yox.

Nə ehtiyac var “2020-yə qədər”də eşələnib, ağrıyanları ağılamağa?

2. O dünyaya gedəni ittiham bizə düşməz - artıq o, Haqq divanındadır.

Əlbəttə, hamımız bəzən çox pis biri haqda heç də həmişə “rəhmət”i dilimizə almırıq. Ancaq “çox pis biri” haqda. C.İmanov barəsində nəsə bir neqativ üçün onilləri kürüyüb, çölə töküb, hansısa “günü”, “kadr”ı tapıb, məhz vaxtsız dünyadan getdiyi və heç qəbrə belə qoyulmadığı bir gündə o günü xatırlamaq heç də böyük cəsarətdən xəbər vermir.

Və ÜÇÜNCÜ!

Bu həyatda hər şey simvollardır: 7 dəfə 7-nin və 9 dəfə 7-nin tamamında heç də hamı üçün o dünyaya qapı açılmır!

63-ə Peyğəmbər, 49-a Nəsimi yaşı təsadüfən demirlər - ariflər anlar.

Cabir İmanov 49-da açılan qapıdan keçib getdi - bu, simvoldur, anlamasaq da, hörmət edək!

Kult.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:459
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Sentyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri