Icma.az
close
up
RU
Cabir İmanovun ölüm anının videosunu yayan şəxs... Hüquqşünas ondan danışdı

Cabir İmanovun ölüm anının videosunu yayan şəxs... Hüquqşünas ondan danışdı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Cabir İmanov sentyabrın 29-da vəfat edib. O, Bakının Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı infarkt keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə idman zalının müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Kadrlarda aktyorun oturduğu yerdə müvazinətini itirərək yıxıldığı görünür.
Hadisənin qeydə alındığı videogörüntü sosial mediada və bəzi KİV-lərdə yayımlanıb ki, bu da mərhumun ailəsinin etirazına səbəb olub.
Cabir İmanovun ölüm anını əks etdirən videonu sosial media və mətbuata kim verib? Çoxları üçün sualın cavab bəllidir: idman zalından sızdırılıb.

Modern.az baş vermiş hadisənin videogörüntüsünün sosial mediaya ötürülməsinin hüquqi cəhətdən nə dərəcədə düzgün olduğunu aydınlaşdırmaq üçün hüquqşünas Ramil Süleymanovla əlaqə saxlayıb.

Hüquqşünas qeyd edib ki, Cabir İmanov publik hüquqi şəxs olmaqla yanaşı, həmçinin tanınmış aktyor, eləcə də ictimai xadim idi. Onun sözlərinə görə, belə şəxslər cəmiyyətdə daim maraq doğurduqları üçün, onların həyatı ilə bağlı məsələlər – istər sağlıqlarında, istərsə də vəfat etdikdən sonra ictimai əhəmiyyət daşıyır.

“Bu səbəbdən, media orqanlarının bu kimi hallarda məlumat əldə etməsi və yayması onların əsas vəzifələrindən biridir. Əlbəttə ki, burada şəxsi həyatın toxunulmazlığı və vətəndaş hüquqlarının qorunması da əsas prinsiplərdən biri olaraq qalır”.

R.Süleymanov bildirib ki, Cabir İmanovun idman zalında vəfat etməsi və bu hadisənin müşahidə kameralarına düşməsi ilə bağlı görüntülərin yayılması məsələsinə gəlincə, burada hər hansı hüquqi pozuntu yoxdur.

“Bu, adi siravi vətəndaşa qarşı həyata keçirilsəydi, həmin şəxsin varisləri müvafiq qaydada hüquqi iddia qaldırmaq hüququna malik ola və hətta idman zalını mülki məsuliyyətə cəlb olunmasına da nail ola bilərdilər”.

Hüquqşünas onu da diqqətə çatdırıb ki, Cabir İmanov kimi ictimai maraq doğuran bir şəxsin həyatına dair məlumatlar və görüntülər ictimaiyyətin məlumatlandırılması baxımından əsaslandırılmış sayılır.

“Belə olan halda, onunla bağlı yayılan görüntülərdə şəxsi həyatın toxunulmazlığı və digər hüquqi prinsiplər kobud şəkildə pozulmadığı müddətcə, bu tip görüntülərinin paylaşılmasında hər hansı qanun pozuntusu yoxdur”,- deyə R.Süleymanov qeyd edib.

Xatırladaq ki, Cabir İmanov Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri