Icma.az
close
up
RU
Cadu tapanlar varsa, ANAMA ya milyonlar xərclənməzdi İlahiyyatçı

Cadu tapanlar varsa, ANAMA ya milyonlar xərclənməzdi İlahiyyatçı

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə caduları "əli ilə qoymuş kimi" tapan şəxsləri görürük. Əksər hallarda bu cadular gizlin, əlçatmaz yerlərdən çıxarılır. Təbii ki, buna inananlar da var, inanmayanlar da. Bəs ümumiyyətlə, dində cadu anlayışı var? Bu doğrudan da, kiminsə ölümünə bais ola bilərmi?

İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bildirib ki, dinə görə cadu, sehr, tilsim var və onların təsiri də var.

Onun sözlərinə görə, Quranda da bundan bəhs edilib:

"Sadəcə bu əməllərin şeytan əməli və günah iş olduğu vurğulanır, məşğul olmaq isə haram sayılır. Müəyyən araşdırmalara və rəylərə görə cadunun təsiri mənfi enerjinin yönəldilməsi və psixoloji təsirlə iz qoya bilir. Telepatiya və müxtəlif təsir vasitələri bu əməldə istifadə olunur. Cadu tapdığını deyənlər və belə bir qabiliyyəti olduğunu deyənlər illüziya və gözbağlayıcılıq metodlarından istifadə edirlər. Əgər itil tapmaq, cadu çıxarmaq qabiliyyəti olanlar olsaydı, Qarabağdan mina çıxarmaq üçün ANAMA şirkətinə milyonlarla vəsait xərclənməzdi. Cadu çıxaran şəxsləri aparıb asanlıqla basdırılmış minaların yerini öyrənmək olardı. Yaxud müəyyən şəxslərin itmiş əşyalarını tapmaq üçün, cinayətlərin açılması üçün qüvvə sərf olunmazdı".

T.İrfan əlçatmaz yerlərdən cadu çıxaranların olmasını dində onların cin və ya şeytanla əlaqədar olmaları ilə əsaslandırıldığını söyləyib:

"Lakin elmi izahı budur ki, müəyyən insanlarda müxtəlif əşyalara qarşı həssas reaksiya və hisslərin olması mümkündür. Hisslərin güclü olması, mütəmadi olaraq məşq etməklə, hipnoz vasitəsilə bu kimi işlər görənlər var. Ekstrasens adı ilə bu kimi işlərlə məşğul olanlar da var. Təbii ki, sözü gedən mövzu haqda tam elmi tədqiqatlar aparılmadığı üçün konkret izah vermək mümkün deyil. Sadəcə dinin və digər sahələrin bu kimi işlərə yanaşması mənfidir. Peyğəmbər zamanında bir yəhudi uşağın insanların düşüncəsini oxuduğunu dedilər. Peyğəmbər onu yoxladı və gördü ki, həqiqətən də oxuya bilir. Lakin bu işdən uzaq olmasını tövsiyyə etdi".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Noyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri