Icma.az
close
up
RU
“Çağırış: zaman və məkan boşluğunda itmiş rəmzlər” adlı sərgi açılıb AZƏRTAC

“Çağırış: zaman və məkan boşluğunda itmiş rəmzlər” adlı sərgi açılıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 yanvar, Mikayıl Məmmədov, AZƏRTAC

Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Ülviyyə Həmzəyevanın “Çağırış: zaman və məkan boşluğunda itmiş rəmzlər” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 50-dən çox qrafik işi nümayiş etdirilir.

Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı, müasir təsviri sənətin tanınmış simalarından olan Ülviyyə Həmzəyevanın yaradıcılığı dərin məna və məzmunu ilə seçilir. O, Azərbaycanın min illər boyu formalaşmış zəngin bədii ənənələrindən güc alır. Sərgidə nümayiş etdirilən qrafika işlərinin fəlsəfi mahiyyəti rəssamın ata yurdu Naxçıvanın qədim və təkrarolunmaz tarixi ilə eyni ruhda səsləşir. Burada dərin semantikaya malik olan Misir rəmzləri və dünya xalqlarının mifologiyasından olan obrazlar ayrılmaz vəhdətdə yaşayır.

Ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəsi, COVID-19 pandemiyası, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, eləcə də arzuların və gerçəkliyin davamlı vizual axını - bütün bunlar tabloların əsas mövzularını təşkil edir və rəssamın gərgin yaradıcılıq axtarışlarının nəticəsidir.

Ənənəvi və ya şərh olunmuş formada qədim rəmz və obrazları canlandıran Ülviyyə Həmzəyeva qeyri-adi bədii dillə yaradıcı baxışını ifadə edir. Sərgidə təqdim olunan müxtəlif qiyafədə olan avtoportretlər belə özünüifadə orijinallığını bir daha vurğulayır. Qrafik əsərlərində Azərbaycan incəsənətinin qədim bədii dilini müasirləşdirən rəssam onlara öz qəlbinin, ruhunun hərarətini bəxş edib.

Sərgi fevralın 28-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri