Icma.az
close
up
RU
Çağırışların fürsətə çevrilməsi ANALİZ

Çağırışların fürsətə çevrilməsi ANALİZ

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Ölkəmiz növbəti dəfə daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycan yenə də öz təşəbbüsləri sayəsində dünyanın siyasi xəritəsində mötəbər qlobal siyasi platforma statusunda idi. Biz beynəlxalq təşkilatlara tədbirlərin keçirilməsi üçün sadəcə məkanı təqdim etmirik, Azərbaycan artıq özü söz sahibi olaraq qlobal siyasi xəritənin nüfuzlu ünvanlarından birinə çevrilib. Unutmayaq ki, bu cür status rahatlıqla əldə edilmir və bəzi ölkələr tərəfindən rahat “həzm” də olunmur. Müşahidə etdiyimiz və canlı iştirakçısı olduğumuz bir çox proseslər əhalinin ictimai təfəkkürünə aydın məzmunda həkk olunmalıdır. Əhalinin ictimai təfəkkürünün məzmunu ilə əlaqədar görülən bütün işlər isə dövlətin ideoloji fəaliyyətinin mühüm sahələrindən biridir.

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başladı. Prezident İlham Əliyev tədbirin rəsmi açılış mərasimində səsləndirdiyi nitqdə olduqca mühüm mesajlar öz əksini tapdı. Səsləndirilmiş bütün mesajların konkret ünvanları da göstərilmişdi. Heç şübhəsiz, dövlətimizin başçısının fikirləri hələ uzun müddət bəzi ölkələrdə fəal şəkildə müzakirə olunacaq.

Bu fikirlər politoloq Asif Adilin “Çağırışların fürsətə çevrilməsi” sərlövhəli məqaləsində yer alıb.

Politoloq bildirib: “Prezidentin xarici auditoriyaya ünvanlanmış mesajlarında bu gün beynəlxalq münasibətlər sistemində müşahidə edilən əsas “zəif nöqtələr” də qeyd olunurdu. Ehtimal edə bilərik ki, bu cür fikirlərin səsləndirilməsi bir çox dövlət başçısının “ürəyindən keçir”, sadəcə, onlar bunu etmək üçün lazımi siyasi iradə və potensiala malik deyillər. Bu mənada, Azərbaycan təkcə regional deyil, qlobal tendensiyaları və mühüm beynəlxalq impulsları yaratmaq iqtidarında olan dövlətdir. Bəli, məhz elə buna görə də böyük ehtimalla Prezidentin fikirlərinə müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı hələ çox istinadlar olacaq.

Burada milli ideologiya kontekstində Prezident İlham Əliyevin xüsusi əhəmiyyətə malik olan bəzi mesajlarına qısaca toxunmaq istərdik. Bəli, milli ideologiya məqalə deyil və heç kitab da deyil, ideologiyanı bir yazıya sıxışdırmaq mümkünsüzdür. Milli ideologiya prosesdir, məzmun və mahiyyətdir, düşüncə paradiqması, habelə yaşam tərzidir. O, ictimai-iqtisadi münasibətlərin bütün sahələrinin strateji prioritetlərini müəyyən edən fundamental məfhumdur. Odur ki, milli ideologiya dövlətin və xalqın öz gələcəyi ilə bağlı olan həyati əhəmiyyətli strateji seçimidir”.

A.Adil vurğulayıb ki, milli ideologiya “böyük Çin səddi” kimi zamanla kərpic-kərpic hörülür, o da öz növbəsində dövləti nəhəng qalxan kimi qoruyur, xalqın dayanıqlı inkişafını təmin edir. Kosmonavtı açıq kosmosda skafandr qoruduğu kimi, milli ideologiya da dövlət və xalqı təlatümlü dünyada milli əsasları eroziyaya uğrayan qlobal dalğalardan qoruya bilir. Təsadüfi deyil ki, konkret ölkəyə qarşı aparılan hibrid müharibələrin strateji hədəfi məhz milli ideologiya və milli birliyin deqradasiyasıdır. Başa sözlə, qlobal müharibəyə səbəb ola biləcək nüvə silahı artıq çoxdandır ki, hərəkətə gətirilib, sadəcə, bu silah hələlik virtual hesab olunan informasiya məkanında dövriyyə edir.

Dünyada baş verən proseslər fonunda Prezident İlham Əliyevin Forumda səsləndirdiyi bəzi fikirlər müasir çağırışlara cavab verən milli ideologiyanı formalaşdıran, onu möhkəmləndirən və əsrlər boyu xalqa xidmət edə biləcək həmin o vacib “səddin” mühüm “kərpicləridir”.

Mesaj 1: “Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir”. Bu fikirlər dünya ictimaiyyətinə onu ehtiva edir ki, bütün əziyyətlərə və 30 il ərzində ölkəmizə qarşı nümayiş etdirilən ədalətsizliklərə rəğmən, sülh əllərini uzadan tərəf yenə də məhz Azərbaycandır. Bu mənada, dövlətimizin başçısının növbəti fikirləri də xüsusi qeyd olunmalıdır.

Mesaj 2: “Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub”. Yəni, yalnız “Azərbaycanın sülhü”, başqa sözlə, ölkəmizin təqdim etdiyi sülh modeli bütün regiona dayanıqlı sülhü və sabitliyi qazandıra biləcək. Kənardan “sıralanan” sülh modelləri isə əksinə, regionun “vasitəçi” ölkələrdən asılılığını təsbit edəcək. Odur ki, “sülh” amili və “regionun əsas söz sahibi olan ölkə” təfəkkürü bizim milli ideologiyamızın məzmun və mahiyyətini müəyyənləşdirən əsas məfhumlarından olmalıdır.

Öz tarixi Qələbəsi sayəsində regionda yeni reallığın müəllifi olan Azərbaycan, eyni zamanda, regionun aparıcı qüvvəsidir. Yeni milli ideologiyada qeyd edilən amillər, xüsusən də “qələbə” məfhumu mütləq şəkildə təsbit olunmalıdır. “Qalib xalq” düşüncəsi milli ideologiyamıza rəng qatan əsas amillərdəndir. Qələbəmizi bütün mənalarda unutmamalıyıq və unutdurmamalıyıq. Bu mənada, düşmənlərimizin əllərinə su tökən bəzi xainciklərin “nə qədər Qələbədən danışmaq olar, bəsdirin də” kimi fikirləri, sadəcə, ikrah hissi yaradır. Qələbəmizin kiçildilməsinə yönəlmiş hətta ən kiçik hərəkət belə bu cür davranışların müəlliflərinə qarşı açıq nifrət hisslərinin yaranmasına səbəbdir. Nümayəndəsi olduğun xalqa, millətə, vətəndaşı olduğun doğma Vətəninə nə qədər nifrət etməlisən ki, bu cür sözləri və fikirləri dilə gətirə biləsən? Əlbəttə ki, bu cür düşüncə və yanaşma yalnız xəstə təfəkkürün məhsulu ola bilər.

Odur ki, Prezident İlham Əliyevin qeyd etdiyimiz çıxışında öz əksini tapmış növbəti fikirlər də mövcud istiqamətdəki mülahizələrimizi inkişaf etdirir.

Mesaj 3: “Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz”. Bəli, yeni reallığın müəllifi olan qalib xalq və regionun ən böyük potensiallarına malik ölkə mütləq güclü olmalıdır. Güclü ölkənin isə güclü vətəndaşları olmalıdır. Cəmiyyətimizdə yaşanan həmrəylik mühiti bizim immunitetimizi artırır və xalqı daha güclü edir. Bu fikirlər milli ideologiya kontekstində, eyni zamanda, digər anlamda interpretasiya oluna bilər: hər bir vətəndaşın fərdi inkişafı dövlətin immunitetini və onun beynəlxalq qüdrətini artırır. Beləliklə də Prezident İlham Əliyevin bu cür fikirləri bütün ideologiyaların açar ifadələrindən biri olan “fərd-cəmiyyət-dövlət” nisbətinə də aydınlıq gətirmiş olur.

Dövlətimizin başçısının milli ideologiyanın məzmununu müəyyən edə biləcək digər sözləri də xüsusi əhəmiyyətə malikdir.

Mesaj 4: “Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib... İndi isə biz onları yenidən tikirik”. Prezidentin bu sözləri ideologiya kontekstində o anlamda başa düşülməlidir ki, Azərbaycan xalqı qurucu xalqdır. Razılaşın ki, “qurucu xalq” məfhumu milli ideologiyamızı əsaslı şəkildə zənginləşdirir və millətimizi bəşər tarixində müsbət iz saxlamış millətlərlə bir sıraya qoyur.

Burada dövlətimizin başçısının yeni milli ideologiyanın məzmunu müstəvisində müstəsna əhəmiyyətə malik digər fikirlərini də vurğulamalıyıq.

Mesaj 5: “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq”. Beləliklə, Azərbaycan Prezidenti bu sözlərlə “milli yaddaş” məfhumunu da aktuallaşdırmış oldu. “Milli yaddaş” ən mürəkkəb sosial-siyasi təzahürlərdəndir. Heç şübhəsiz ki, milli yaddaş yuxarıda qeyd etdiyimiz şərti ideoloji səddin ən vacib “kərpiclərindəndir”. Qələbəmizin qorunması naminə tarixdə xalqımıza qarşı törədilmiş bütün ədalətsizlikləri heç zaman unutmamalıyıq. Bunu etmək ən azından gələcək nəsilləri yaşana biləcək müxtəlif “stress”lərdən qorumaq üçün önəmlidir. Təsadüfi deyil ki, XII Qlobal Bakı Forumunun adında “çağırışların fürsətə çevrilməsi” fikri öz əksini tapmışdır.

P.S. Ümid edirik ki, bu cür mühüm mesajlar Azərbaycan ictimaiyyətinin diqqətindən kənar qalmayacaq.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicablı qadın uşağı ilə metro relslərinə yıxıldı VIDEO

27 Mart 2025 20:55see463

Myanmada güclü zəlzələ yüzlərlə insan həlak oldu və yaralandı — ANBAAN VİDEO

28 Mart 2025 20:35see439

Qız kirayə puluna görə tualetdə yaşayır İNANILMAZ

27 Mart 2025 20:01see300

Çingiz Əhmədovun oğlu xəstəxanaya yerləşdirildi FOTO

27 Mart 2025 12:24see152

13 yaşlı uşaq ana olubsa, deməli o kənddə… Ekspert

27 Mart 2025 12:00see141

Sərnişin sıxlığı aradan qaldırılır

27 Mart 2025 13:05see137

Putin: Tramp səmimi şəkildə Ukraynadakı münaqişəyə son qoymaq istəyir

28 Mart 2025 01:28see127

Masazırda ər arvadını döydü TƏFƏRRÜAT

27 Mart 2025 13:52see118

Prezident və birinci xanım Qarabağa səfər ediblər

27 Mart 2025 12:05see117

Cəlilabadda minik avtomobilləri toqquşdu, ölən və xəsarət alan var KONKRET

27 Mart 2025 13:04see115

Fərdi evdə baş vermiş yanğında 4 nəfər ölüb

27 Mart 2025 21:14see114

Lavrov Putinin Hindistana səfərinə hazırlıq işlərini açıqlayıb

27 Mart 2025 11:34see113

Aydın Mirzəzadə: “Onları tənqid edən şəxs Paşinyan deyil, tarixdir”

27 Mart 2025 12:51see111

Kəsəmənli ailəsində qalmaqal

27 Mart 2025 10:22see110

Xarkovda əks hücumun qarşısını aldıq, irəliləyirik Qançev

28 Mart 2025 01:04see110

Myanmada güclü zəlzələ: iki ölkə də silkələndi

28 Mart 2025 11:04see109

İran Azərbaycanla sərhəddə beton divar çəkir

27 Mart 2025 12:28see108

İş adamı Fərhad Əhmədovun keçmiş arvadı vəkilinə qarşı iddiasını geri götürüb

28 Mart 2025 02:42see108

Xavi Simons və daha 3 ulduzun qiyməti 10 milyon avro ucuzlaşdı

27 Mart 2025 20:36see108

Zelenski Ukraynanı Trampa təslim edir? Mineral sazişin arxasındakı gizli hədəf

27 Mart 2025 12:24see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri